PDF Oxu

Köşə

  • 2 235

10 MİN AVROYA SATIN ALINMIŞ "JURNALİST FƏALİYYƏTİ"

10 MİN AVROYA SATIN ALINMIŞ "JURNALİST FƏALİYYƏTİ"

Xəbər saytlarının birində informasiya oxuyuram. İnformasiyanın başlığı isə belədir -"Gəncədə çalışan jurnalist beynəlxalq mükafata layiq görülüb". Ardınca isə yazılıb - "Azadlıq" radiosunun əməkdaşı Təhminə Tağızadə Almaniyanın (?!- R.) "ZEIT" və Norveçin (?!-R.) "Fritt Ord" fondlarının təsis etdiyi "Gerd Bucerius" mükafatına layiq görülüb. Ancaq nəyə və hansı "jurnalistika fəaliyyəti"nə görə?Belə ki, adlarıçəkilən Almaniya və Norveç təşkilatlatları yaydıqları məlumatda qeyd edirlər ki, Təhminə Tağızadə Gəncədə müstəqil jurnalist kimi fəaliyyət göstərib. Təzyiq (?) və təqiblərə (?) baxmayaraq T. Tağızadə yorulmadan jurnalist fəaliyyətinəd davam edib. Gəncə Media Mərkəzinin koordinatoru olmuş jurnalist hətta bloq yazıları da yazır və onun mükafata namizədliyini Bakıdakı Almaniya (!) səfirliyi irəli sürülüb. Bu barədə az sonra daha ətraflı yazacağam. Digər tərəfdən, "Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutu"nun ("RATİ"- R.) "fotoreportyoru" Mehman Hüseynov da eyni mükafatı alanlar sırasındadır. Maraqlıdır ki, indiyə qədər Azərbaycandan bu mükafata yalnız aşırı radikallıqları ilə seçilən müxalifət jurnalistləri - "Azadlıq" qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu, "Bizim yol" qəzetinin müxbiri Natiq Cavadlı, "Yeni Müsavat"ın köşə yazarı Hacı Zamin və "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova layiq görülüb. Mükafatın məbləği isə 10 min avrodur. Yaxşı, bunu da bildik bəs sonrası? Sonrası isə budur ki, "Azadlıq" radiosunun əməkdaşı Təhminə Tağızadənin "fəaliyyətini" 10 min avroya satın alan Almaniya səfriliyi bu ölkənin araqarışdıran fondlarından olan "ZEIT", eləcə də, Norveçin "Fritt Ord" fondu dəfələrlə Azərbaycanda öz qaranlıq siyasi maraqlarını gerçəkləşdirmək istəyərkən buna nail olmayıblar. Çünki Azərbaycanda sağlam düşüncəli cəmiyyət dağıdıcılıq ruhu ilə zəhərlənmiş tör-töküntülərdən çoxdur. Belə olan halda, "Azadlıq" radiosunun Gəncədəki əməkdaşı Təhminə Tağızadənin, həmçinin, ondan öncə həmin fiondlar tərəfindən satın alınmış müxalifət yazarlarının nəyə görə "mükafata" layiq görülmələri təəccüb doğurmamalıdır. Bu zaman daha bir sual meydana çıxır - Tutaq ki, bunlar həqiqətən də jurnalistika fəaliyyəti göstəriblər. Bəs onların fəaliyyətləri nədən ibarət olub? Bildiyimiz qədər T.Tağızadə blogger kimi də yazılar yazır. Ancaq onun yazılarında bir dənə də olsun Vətən və dövlətçilik təbliğatı ilə bağlı məqaləyə rast gəlmirsən. Onun işi-gücü yalnız dövlətin gördüyü nəhəng layihələrə, tikinti-quruculuq işlərinə alman və norveçli ağalarının təlimatlarına uyğun şəkildə kölgə salmaqdan ibarətdir. Ordu, cəmiyyət kimi mövzularda isə Təhminənin yazıları heç də ermənilərin anti-Azərbaycan təbliğatlarından fərqlənmir. Məhz bu səbəbdən də özünü Almaniya və Norveç fondlarına satır! Necə ki, ondan qabaq "Azadlıq" qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu, "Bizim yol" qəzetinin müxbiri Natiq Cavadlı, "Yeni Müsavat"ın köşə yazarı Hacı Zamin və "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova, "Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutu"nun "fotoreportyoru" Mehman Hüseynov da məhz həmin qiymətə özlərini adıçəkilən Qərb fondlarına satıblar. Lakin onu da deyim ki, həmin fondlardan başqaları da var və Azərbaycanda öz siyasi maraqlarını reallaşdırmaq istəyən başqa Qərb fondları da onlara yaxşı pul xərcləyiblər. Necə deyərlər, aldıqları mallar yaxşı mallardır!Qaldı ki, Almaniya səfirliyinin adıçəkilən jurnalistlərin "təzyiq" və təqiblərlə" üzləşmələrinə, burada demək vacibdir ki, əgər onların "qiymətləndirdiyi" fərdlər, həqiqətən də, "təqib"-"təzyiq" olunurlarsa, onda bəh-bəhlə təriflədikləri yazı-pozularını necə ictimailəşdirirlər? Nəmxuda hamısının evi-eşiyi, pulu-parası, kefi-damağı da yerində. Üstəlik, iş proseslərinə də heç bir müdaxilə-filan yoxdur. Ona görə də zilə çıxmasalar yaxşıdır.Obyektivliyə gəlincə isə bu gün müstəqil qəzetlərdə kifayət qədər bacarıqlı yazarlar mövcuddur. Nəyə görə həmin jurnalistlər adıçəkilən Qərb fondları tərəfindən satın alınmırlar? Çünki həmin jurnalistlər bayaqkılardan fərqli olaraq satılmırlar, onların əqidələri və ləyaqətləri var, onlar Vətənə, millətə, dövlətə xəyanət etmirlər!

Digər xəbərlər