PDF Oxu

Köşə

  • 2 191

Pişiyin ağzı ətə çatmayanda...

Pişiyin ağzı ətə çatmayanda...

AXCP sədri Əli Kərimli "İctimai Palata"nın sessiyasında çıxışı zamanı bu dəfə beynəlxalq təşkilatları və onlara ümid edənləri (?-M.) hədəf seçib. Hansı ki, bir müddət bundan öncəyə qədər "cəbhə" sədri gah bir təşkilatın, gah da digər dipkorpusun, Qərb səfirliklərinin rəhbərliyi ilə görüşlərini bilavasitə nəzarətində saxladığı "Azadlıq" qəzetində reklam etdirirdi. Amma birdən onun ani şəkildə valı tərsinə çevirməsi istər-istəməz bəzi sualların yaranmasına gətirib çıxardı. Məsələn, dünənə qədər "siyasi məhbus" məsələsindən bəhrələnən, bundan siyasi dividend güdən "cəbhə" sədri xarici təşkilatlara "qurtuluş yolu" kimi baxırdısa, indi də "beynəlxalq təşkilatlardan nicat gözləməyin" deyib, yaxasını-başını cırır.

Qısaca xatırlatma

Qısacası, "cəbhə" sədrinə hələ indi çatıb ki, ittiham etdiyi Qərb təşkilatları öz siyasi maraqlarını Azərbaycanda reallaşdırmaqdan ötrü onun özündən, Müsavat başqanı İ.Qəmbərdən və yerdə qalan digər dağıdıcı müxalifət "liderlərindən" istifadə etməklə müxtəlif təxribatçılıq yollarına əl atıb. Qısaca xatırlatma edirəm. İcazəsiz küçə yürüşləri, məlum dağıdıcılıq faktorları da məhz siyasi sifarişlərdən irəli gələn amillərdəndir ki, xalq bütün bunları hələ də unutmayıb. Xalq unutmayıb ki, 2003-cü ildə baş verən oktyabr hadisələrinin, 2005-ci il noyabr olaylarının arxasında başda Ə.Kərimi, İ.Qəmbər olmaqla onlara sifarişlər verən xarici təşklatlar dayanıb.

Ancaq həqiqət budur ki, nə onda, nə də indiki zamanlarda aşırı radikalizm yolunu tutmuş müxalifət "liderləri" xarici təşkilatların maraqlarını ölkədə gerçəkləşdirə bilməyiblər. Çünki ortada dövlət-xalq və xalq- dövlət vəhdəti mövcud olub. Bu mövcudluğu isə dağıdıb-parçalamaq qeyr- mümkündür. Görünür, qeyd edilən reallığı çox gec olsa da, başa düşməyə başlayan AXCP sədri indi də durub vaxtilə ona "çörək verən" təşkilatları hədəfinə götürüb. İndi də durub deyir ki, müxalifət öz nicatını özündə axtarmalıdır (?!-M.).

Gecikmiş etiraf

Bu, həm də gecikmiş etirafdır desək, yanılmarıq. Çünki "beynəlxalq təşkilatlardan nicat gözləməyi!" deyərkən, Ə.Kərimli ona qarşı haqlı olaraq irəli sürülən xəyanətkarlıq, satqınçılıq ittihamlarını dolayısı ilə qəbul edib. Yəni etiraf edib ki, bəli, zamanında həmin təşkilatların sifarişlərini canla-başla yerinə yetirməyə çalışıb. Lakin nə o, nə də ki, ona müəmmalı tapşırıq və tövsiyələr verən Qərb təşkilatları ümidlərini doğrulda bilməyərək, Azrbaycan dövlətçiliyinin gücü qarşısında aciz qalıblar. Nəticədə, AXCP sədri indi də "nicatını" xalqda axtarmağa bağlasa da, çox gecdir.

Pişiyin isə ağızı ətə çatmayanda, "iylənibdir" deyə bərkdən, var gücü ilə miyoldayır. Lap AXCP sədri Ə.Kərimli kimi.

P.S. Öz aramızdır, bu aylarda, yəni qanın qaybayan vaxtında pişiklər yaman aktiv olurlar. Ancaq bu "aktivliyi" "cəbhə" sədrindən gözləməyə dəyməz. Sanki passivlik birbaşa onun boyuna-buxununa biçilib.

Digər xəbərlər