Son günlər "cəbhə" sədri Əli Kərimlinin "mən qərbpərəst deyiləm" fikrini ictimai rəyə sırıması cəhdi özündə bir çox məqamları üzə çıxrdı. Hətta bu bəyanat "qarğa, məndə qoz var" məsəlini kifayət qədər qabartmış oldu. Bəri başdan deyim ki, Ə.Kərimli öz siyasi fəaliyyəti ilə bir yerə parçalanmış fərdlərdəndir. Zamanında İranın xüsusi xidmət orqanlarına casusluq edən "cəbhə" sədri, bundan əvvəllər, daha dəqiq desək, "hərəkatda" olduğu dövrlərdə SSRİ DTK-sına casusluq edib və bu barədə arxiv sənədləri mövcuddur. Lakin sonradan onun Qərb siyasi dairələri ilə də qurduğu təmaslar deməyə əsas yaradır ki, AXCP sədri ona lazım olanda gah rusiyapərəst, gah iranpərəst, gah da ki, qərbpərəstlik mövqeyini ortaya qoyub. Məhz bu baxımdan, həm də vurğulamaq istərdim ki, sabah AXCP sədri xaçpərəst olsa, şəxsən məndə heç bir təəccüb hissləri oyanmaz. Çünki belə dəyişikliklər onda kifayət qədər mövcuddur.
AXC-də indi də iranpərəst və rusiyapərəstlik dövrü başladı
Ancaq bu ərəfələrdə AXCP sədrinin "Qərbdən əl çəkin" mesajını verməsi indi onun ya rusiyapərəst, ya da iranpərəst olmasına dəlalət edir. Yuxarıda qeyd etdiyim kimi, seçkilər ərəfəsində Qərbin ona istədiyi diqqəti yetirməməsi sonda belə bəyanatla əvəzləndi. Üstəlik, ya Rusiyadan, ya da İrandan Ə.Kərimliyə sərf edən, qazanc və siyasi dividend bağışlayan təkliflərin verilməsi də bu qənaətə gəlməyə əsas yaradır ki, o, hazırda həm İran, həm də Rusiya təhlükəsizlik qüvvələrinə işləyir.
Lakin belə olan təqdirdə, onun "xalq" adından sui-istifadə etməsi həm məndə, həm də cəmiyyətdə hiddət yaratdı. Bir halda ki, özün öz dilinlə Qərbdən imtina edərək, başqa qüvvələrə işlədiyini bəyan edirsən, bəs xalqı niyə buraya qatırsan? Axı bildiyimiz qədər Ə.Kərimli heç də xalqpərəst deyil. Əgər xalqa pərəstiş edirsə, gərək ona-buna agentlik etməyə və siyasi fəaliyyətini xalqa xidmət üzərində qura. Qura bilmirsə, çəkilsin dayansın kənarda və burnunu ona lazım olmayan işlərə soxmasın.
Amma göründüyü kimi, AXCP sədri özünə daha çox pərəstişkar qazandırmaq üçün xalq məfhumundan sui-istifadə etməyə başlayıb. Fəqət, bir xalqın özündən soruşmur ki, ay xalq, ay millət, siz məni dəstəkləyirsinizmi?
Xalq isə Ə.Kərimlidən fərqli olaraq, sadəcə, dövlətpərəstdir
Onun xalq dediyi beş-üç nəfər oturub facebookda Ə.Kərimlinin şəninə təriflər yağdırmaqla məşğuldur. Necə deyərlər, "cəbhə" sədrinin bəytərifi sosial şəbəkələrdən o tərəfə keçmir. Ona görə də yaxşı olardı ki, "qarğa məndə qoz var" imicini qabardarkən, birbaşa nə və harapərəst olduğunu da açıqca olaraq deyərdi. Demirsə, elə bu deməməyin özü də bir pərəstlik etirafıdır. Yoxsa "mən qərbpərəst deyiləm" iddiası, sadəcə, ictimai rəyi çaşdırmağa yönəlmiş, özünü ifşa edən addımdır. Elə isə xalq onunla deyilsə, xalqın adından niyə istifadə edir? Axı xalq onun kimi müxtəlif "pərəstliklərə" parçalanmayıb. Çünki xalq Ə.Kərimlidən fərqli olaraq, sadəcə, dövlətpərəstdir, yəni dövlətçilik ideyalarına sadiqdir. Bu səbəbdən də, xalqı öz kirli siyasi işlərinə qatmasa, xalqın adından danışmasa, məncə, daha yaxşı olardı...