Rüstəm İbrahimbəyovun qondarma ziyalı və şübhəsiz, reneqat olmasından başqa, onun daha bir maraqlı "məharəti" üzə çıxıb. Sən demə, bu vaxta qədər mətbuatda bəlkə yüz kərə "Ziyalılar Forumu" siyasətə qarışmır" deyə sərsəm bəyanatlar verən Rüstəm "bəy" bir daha sübut etdi ki, o, həm də bir "velikiy kombinatordur". Yəni "atanşik", el dili ilə desək, camaata kəf gələn. Əslində, İbrahimbəyovun dələduzluq əməlləri bəllidir. Yəni onun dövlət tərəfindən verilən torpaq sahələrini ayrı-ayrı fiziki şəxslərə satması, festival pullarını "Daşnaksütyun" partiyasından olan erməni qonaqlarına xərcləməsi və s. Ancaq onun siyasi məsələlərdə də dələduzluqlar etməsi yuxarıdakı fikirləri bir daha təsdiq edir. R.İbrahimbəyov "velikiy kombinator"dur! Təsdiq edir ki, bəli, bu fərd heç də "12 stul" filmindəki odessalı dələduz Ostap Bender obrazından qətiyyən fərqlənmir. Hətta onu üstələyir. Nə isə, indi də gəlin onun siyasi fırıldaqlarını bir daha təhlil edək.Kimdir R.İbrahimbəyov? R.İbrahimbəyov yaxın dövrlərə qədər Azərbaycan hakimiyyətinin ona yaratdığı şəraitdən kifayət qədər yararalanan, hakimiyyətin şərəfinə müxtəlif məclislərdə badə qaldırıb sağlıqlar deyən, həmin dövrlərdə müxaifət mediasında ciddi tənqid atəşinə tutulan şəxs idi.
İndi isə hər şey tamamilə əksinədir. Azərbaycan hakimiyyəti və onu dəstəkləyən xalq ordusu R.İbrahimbəyovun paxırlarını üzə çıxardaraq ifşa etdikdən sonra o, dönüb olub müxalifətçi. Gecə-gündüz "Azadlıq" və "Yeni Müsavat"ın səhifələrində gözləri döyənək edən R.İbrahimbəyovun xoşuna getməyib ki, hakimiyyət onun əməllərini araşdırıb və məhkəməyə verib. R.İbrahimbəyovun xoşuna getməyib ki, hakimiyyət, eləcə də, Azərbaycan xalqı onun erməni lobbisi ilə əməkdaşlığını da ifşa edib, lənətləyib. Eyni zamanda, İbrahimbəyovun xoşuna getməyib ki...
Nəticədə, Rüstəm "bəy" "Ziyalılar Forumu"nu yaradaraq olub onun rəhbəri. Sonradan isə həmin "forum" başlayıb siyasi fəaliyyət göstərməyə. Özü kimi ətraflarını başına yığan reneqat nə qədər də iddia etsə ki, o, siyasi işlərə qarışmır, ancaq nəticədə, onun bu fırıldağı da sübuta yertirldi. Həmin fırıldaq "Milli Şura" adlı qurumda bəs deyənə qədər özünü göstərir. Həqiqətdə "Milli Şura"nın ANTİMİLLİ ŞURA olduğunu da cəmiyyət görür. Çünki orada təmsil olunanlar ya ermənilərə satılmış milli xəyanətkarlar, ya da vaxtilə hakimiyyətə "dədə" deyən, sonradan isə üzüdönük çıxan gər-gədalardırlar! Niyə gər-gədalar? Onu da deyəcəm, bir az səbrli olun.
"Siyasətlə məşğul olmayan" "forum"dan "Milli Şura"ya üzv olanların - Rafiq Əliyevin, Cəmil Həsənlinin, Ramiz Rövşənin, Gültəkin Hacıbəylinin adları bizə çox məsələləri xatırladır. Və bir daha əmin edir ki, bunlar məhz siyasətlə (xəyanətkarlıq siyasəti ilə - R.) məşğul olurlar. "Adam kişi olar" məsəlini bax bu yerdə çəkərlər. Çünki R.Əliyev də universitetdə dərs deyərkən, nədənsə heç nədən narahat deyildi. Amma tədris müəssisəsindən dərs saatlarını buraxdığı üçün, çıxarılanda, o, "narahat" olmağa başladı. Bununla da kişilik obrazı üzərindən çalın-çarpaz xətt çəkdi. R.Rövşən şair olub şeir yazmaq yerinə, "şeir olub şair yazır". Yəni o da bir növ başadüşülən zadlardan deyil. C.Həsənli gah bir partiyada, gah da digər partiyada təmsil olunmaqla neçə sifətli "tarixçi" olduğunu isbat edib. Gültəkin Hacıbəylidən isə, ümumiyyətlə, danışmağa dəyməz. Onun haqqında vaxtilə yazdığım xatırlatmanı bir daha təkrar etmək istərdim - ərlərini corab kimi dəyişən xəyanətkar və gözü qızmış "qadın".
İndi siz düşünün və dəyərləndirin, hörmətli oxucularım. Bunlarmı hakimiyyətə gəlib, Azərbaycan xalqının problemlərini həll edəcəklər? Şəxsən bir Azərbaycan vətəndaşı kimi mən bu tipajlara sadəcə nifrət edir və onlardan diksinirəm! Axı onların ardınca sözügedən ANTİMİLLİ "Milli Şura"da daha kimlər yoxdur? Müsavat partiyasından "KQB" agenti İsa Qəmbər və onun əlaltıları, AXCP-dən İran kəşfiyyatının muzdlusu Əli Kərimli və onun xəyanətkar qrupu, "EL" hərəkatından (hansı ki, "Milli Şura" məhz R.İbrahimbəyovun və E.Namazovun inhisarındadır -R.) PAPKADAŞIYAN Eldar Namazov və onun gədə-güdələri, "REAL" hərəkatından İlqar Məmmədov adlı ERMƏNİYƏ SATILMIŞ QƏRB EMİSSARI və s. Mən hələ həyatı və fəaliyyəti donqili-dinqili işlərdən ibarət olan Rəsul Quliyevi, yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını (??!!-R.) etiraf edən müxalifətin siyasi fahişəsi və ləçəri Leyla Yunusu, eləcə də, digərlərini demirəm!
Yəni dediyim budur ki, bir halda ki, ANTİMİLLİ "Milli Şura"nın başında R.İbrahimbəyov kimi "velikiy kombinator Ostap Bender" dayanıbsa, onun tərkibi də belə gədələrdən-güdələrdən, həmçinin, siyasi fahişələrdən və ləçərlərdən ibarət olacaq. Bir də ki, maraqlıdır eee, görəsən, bunlar orada bir-birləri ilə daha hansı oyunlardan çıxacaqlar? Birdən Rüstəm "bəy" onların da başlarını tovlayıb ANTİMİLLİ "Milli Şura"da pis-pis kino-zad çəkər, sonra da atar hakimiyyətin üstünə. Axı ondan bütün pislikləri, naqislikləri gözləməyə dəyər! Yeri gəlmişkən, deyəsən, "Azadlıq" radiosunun psevdoəməkdaşı Xədicə İsmayılovanın adı o siyahıda yoxdur axı. Əcəb işdir, vallah!