"Ziyalilar Forumu"nun həmtəsisçisi, Azərbaycan xalqının Abram Aqulisski (Buna qədər Əkrəm Əylisli - R.) qədər düşməni adını haqq etmiş Rüstəm İbrahimbəyovun daha bir xəyanətkar bənzəri ortaya çıxdı. Bununla da bəlli oldu ki, sən demə "Ziyalılar Forumu" başdan-başa erməni dığaları, yaxud da dığasevərləri ilə ilə doluymuş. Çünki R.İbrahimbəyovun müdafiəçilərindən biri də adıçəkilən qurumun üzvü, qondarma tarixçi Cəmil Həsənlidir. Məlumat üçün onu da qeyd edim ki, adıçəkilən fərd R.İbrahimbəyovu millətə, xalqa, dövlətə xəyanətdə suçlayan hər kəsi təhqir edib. Ancaq təbii ki, C.Həsənlinin ağzından çıxan hər bir ifadə onun özünə və özükimilərinə aiddir.
Maraqlıdır ki, bu gün ictimai rəy çoxluğu R.İbrahimbəyovu, Ə.Əylislini ittiham edərkən, belə fərdlərin ortaya düşüb ermənisevərlik "matışkalıqları" etməsi təbii olaraq cəmiyyəti hiddətləndirməkdədir. Əgər bu gün küçəyə çıxıb sorğu aparsan ki, - R.İbrahimbəyov Dağlıq Qarabağ məsələsində Qarabağ torpaqlarının Azərbaycana məxsusluğunu şübhə altına alan ifadələr səsləndirib, buna münasibətiniz necədir? Onda birmənalı olaraq belə cavabı alarsan - R.İbrahimbəyov Azərbaycan xalqına qarşı xəyanət edib və bu xəyanətinə görə ölkədə yaşamağa hüququ yoxdur!
Var olan mövcusluğu "yox" kimi sırıyanlar
Ancaq göründüyü kimi, var olan mövcudluğu "yox" kimi cəmiyyətə sırımağa cəhd edən belə satqınlar hələ də öz rüsvayçı, heç kimə lazım olmayan bəyanatlarını səsləndirməkdədirlər. Üstəlik, onlara haqlı irad bildirənlərə qarşı həyasızlıqlar sərgiləməklə. Nədir ki, millət vəkili Aydın Mirzəzadə də bir vətənsevər Azərbaycan övladı kimi, "Ziyalılar Forumu"nu Ermənistanı Azərbaycanda müdafiə edən siyasi təşkilat adlandırıb. Və bu haqlı ifadə C.Həsənlinin xoşuna getməyib. Çünki həmin "Ziyalılar Forumu"nda C.Həsənlinin özü də təmsil olunur. Üstəlik, Ə.Əylsili də adıçəkilən qurumda Azərbaycana qarşı erməni davranışlarını sürdürməkdədir. Bax, məsələ də ondadır ki, A.Mirzəzadə sözün düzünü deyəndə, C.Həsənlinin başına "qaynar su tökülüb". Necə deyərlər, soğan yeməmisən, için niyə göynəyir? Bu göynərtinin səbəbi isə bəllidir. Hətta o qədər bəllidir ki, onlar R.İbrahimbəyov, Ə.Əylisli kimi satqınları müdafiə etməklə xəyanətkar hisslərini cilovlaya bilməyərək, daha da üzə çıxarırlar. Sonra da onlara qarşı irad bildirən tərəfləri ittiham etməyə çalışırlar ki, guya onlar dığasevər fərdlər deyillər.
Çünki ermənilər onlara kifayət qədər pul buraxırlar
Həyatda həyatı pozulmuş pozğun qadınlar olduğu kimi, siyasətdə də pozğun qadınlardan fərqlənməyən pozğun siyasətçilər mövcuddur. Müqayisə etsək, bunu belə izah edə bilərik. Pozğun qadın fahişəliyindən bəhrələnmək üçün bədənini satır, pozğun siyasətçi isə pul qazanmaqdan ötrü dövlətçilik, millətçilik maraqlarını satır. Bu gün, təəssüflər olsun ki, həm dağıdıcı müxalifətdə, həm də onların həndəvərlərində fırlanan təşkilatlarda belə pozğunların, siyasiləşmiş fahişələrin sayı kifayət qədərdir. Çünki ermənilər onlara kifayət qədər pul buraxırlar.
Biz bunu Ramil Səfərov Azərbaycana geri qayıtdıqdan sonra da gördük, Ə.Əylisli "Daş yuxular" əsərini yazarkən də gördük, nəticə etibarı ilə hazırda R.İbrahimbəyovun müdafiəsinə qalxan C.Həsənlinin timsalında da görürük. Onu da deyim ki, belə arzuolunmaz görüntülərin sonuna elə də çox qalmayıb. Uzağı yarım il...