Açıqlamaları və bəyanatları ilə cəmiyyətə qeyri-ciddi, ağılını və mənəviyyatını itirmiş ahıl təsiri bağışlayan baş reneqat Rüstəm İbrahimbəyovun boş-boş xülyalara dalması onun növbəti cəhətini ortaya çıxarıb. Məsələn, saytların birinə verdiyi müsahibəsində "vəziyyət gözlədiyimizdən də yaxşıdır" deyən İbrahimbəyov sanki bununla özünə təskinlik verməyə çalışıb. Ancaq başqa tərəfdən, "vəziyyətin gözlənildiyindən də yaxşı" olması məsələsi arxasında daha bir neçə nüansın dayandığını görə bilərik. Lakin bundan öncə sualımızı verək və Rüstəm "bəydən" soruşaq ki, a "bəy", "vəziyyətin yaxşılığından" nəyə görə rus iyi gəlir? Bəlkə elə rus iyidir sənin vəziyyətini gözlədiyindən də artıq "yaxşı" edən?
BALALAYKA HAVALARI
Bunu öz müsahibəsində "izah" edən R.İbrahimbəyov dolayısı ilə etiraf edib. Etiraf edib ki, onun AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə apardığı danışıqları arxasında Rusiyanın ermənipərəst siyasi dairələrinin xərclədikləri rublları dayanıb. Yəni həm "cəbhə", həm də Müsavat "liderləri" hələ ki, dollardan imtina edərək, "qiblələrini" Qərbdən Şimala - Kremlə tərəf çeviriblər. Ancaq xatırlasaq ki, hər iki partiya sədri yaman cüvəllağı və cığaldırlar və hər an arxalarını "Milli Şura" ideyasına tərəf döndərərlər, onda Rüstəm "bəyin" kef etməyi də gözlədiyi kimi uzun çəkməyəcək. Bununla da "vəziyyət gözlənildiyindən də artıq yaxşı" olmaqdan, gözlənlməz pisliyə tərəd dəişiləcək. Bax, onda maraqlıdır ki, R.İbrahimbəyov "bəy" müsahibəsində hansı balalayka havaları dınqıldadacaq?
Başqa tərəfdən, İbrahimbəyov bir vaxt deyirdi ki, onun Azərbaycana geri dönməsi axmaqlıq olardı. Fəqət, indi də durub deyir ki, Azərbaycana nə vaxt qayıdacağını "Milli Şura" müəyyən edəcək (?!-R.).
RÜSTƏMBEK, MƏGƏR SƏN AXMAQSAN?
Ay balam, məgər R.İbrahimbəyov bu qədər müstəqil deyil ki, hətta onun Azərbaycana qayıtmasını da özü deyil, məhz "Milli Şura" müəyyən edəcək? Təbii ki, belədir. Yəni İbrahimbəyov heç də müstəqil deyil və onun ölkəyə qayıtması əmrinin "Milli Şura" tərəfindən verilməsi də məhz Kremlin qaranlıq dairələri tərəfindən müəyyənləşdiriləcək.
Onda belə hesab etmək mümkündür ki, R.İbrahimbəyov axmaqdır. Axı Azərbaycana geri dönəcəyini (baxmayaraq hansı qüvvələrin təlimatı ilə -R.) deyən baş reneqat bununla daha əvvəl dediyi fikirlərini təsdiq etmiş olur. Və belə sual yaranır: - qospodin Rüstəm "bek", məgər sən axmaqsan? Təəssüf ki, bu, belədir...