Deyəsən, müxalifətin sandığı başlayıb yavaş-yavaş açılmağa. Hətta elə açılmağa ki, belə açılamalar qabaqlar heç vədə olmayıb. Açılan sandıqlardan elə pambıqlar tökülür ki, gəl görəsən! Görünür, budəfəki seçkilər düşərgə təmsilçiləri üçün söyüş seçkiləri olacaq. Məsələn, budəfəki söyüş mənbəyi AXP sədri Pənah Hüseyndir. P.Hüseyn ötən gün axşamçağı Müsavatın qərargahında yenidən İsa Qəmbərə "sabunsuz" müraciətlər edib. Deyib ki, bəs bu gün müxalifətdə, həmçinin, "Milli Şura"da ondan başqa "vahid namizədliyə" alternativ yoxuymuş və s. Məsələn, AXP sədri onu da buyurub ki, hər yerindən duran indi onun (İsanın -R.) üstünə gəlmək istəyir: "Facebookda yazırlar ki, İsa Qəmbər vahid namizəd olub "Milli Şura"nın işini pozmaq istəyir... "Milli Şura" projesinin alınmasının əsas qarantlarından, şansından biri məhz İsa Qəmbərin vahid namizəd olmasındadır..."
İsa Qəmbər "vahid namizəd" olub "Milli Şura"nın projesini pozsa nə olar, pozmasa nə olar?
Yaxşı, tutaq ki, ay Pənahbala, sən öz İsa əmini canından da çox istəyirsən və gündə ona beş, hətta on dəfə sabunsuz "müraciətlər" edisrsən, tərif atına mindirirsən. Bəs buraya Facebookun nə dəxli var axı? Bu gün Facebooku açıb oxuyanda görürsən ki, müxalifət qruplarında oturan adamlar gündə acqarına bir-birlərini min dəfə söyürlər. Hətta söhbət restoran "razborkalarına" qədər gedib çıxır. İndi yazıblar-yazıblar daaa. Guya İ.Qəmbər namizəd olub "Milli Şura"nın projesini pozsa nə olar, pozmasa nə olar?
"Milli Şura"nın "vahid namizəd"lik nəticəsi artıq bəllidir. Bu gün Rusiyanın ermənipərəst dairələrinin gah "Turan" İA-nın baş direktoru Mehman Əliyevin, gah "Ziyalılar Forumu"nun təsisçisi Rüstəm İbrahimbəyovun, gah "EL" hərəkatının rəhbəri Eldar Namazovun, gah da AXCP sədri Əli Kərimlinin üzərində dayanması, nəticədə isə İ.Qəmbərin bu siyahıdan kənarda qalması P.Hüseynin Müsavat başqanına "sabunsuz" müracitələrini intensivləşdirib. Axı İ.Qəmbər hələlik "Milli Şura"da olmasına rəğmən, hər şeyi açıq-açığına deyə bilmir. Hətta desə belə, onu "şuradan" necə deyərlər, "iqnor" edərlər. Ona görə də P.Hüseyn İ.Qəmbərin dilindən elə İ.Qəmbərin filan yerini dəsmalla qurulayır.
Bu gün Ə.Kərimli Pənaha bu kimi bənzərliyi yapışdırırsa...
Amma bu, təbii ki, Müsavat başqanının əzəli düşməni Ə.Kərimlinin xoşuna getməyib. Məsəlçün, Əli öz yaxın ətrafına deyib ki, Pənah İsanın tüpürcəyidir, hara tüpürürsə, oradaca yapışıb qalır. Yəni Pənahın ağzı nədir ki, başqa yerə tüpürülsün?
Ancaq öz aramızdır, "Milli Şura"dakı "vahid namizədlik" məsələsi vəziyyəti kökündən dəyişdirə bilər. Bu gün Ə.Kərimli Pənaha bu kimi bənzərliyi yapışdırırsa, sabah Eldar Sülhəddinə, Mirmahud Laləyə, ya da hamısı Rüstəmə qarşı ən sərt təhqirləri səsləndirə bilərlər. Necə deyərlər, alışıblar, alşqandırlar.
Başqa bir məsələ isə ondadır ki, Əli Kərimli Pənaha "jest" edib, onu İsanın tüpürcəyinə bənzədib. Çünki o Pənahı İsanın daha "münasib" yerinə də bənzədə bilərdi...