Peyğəmbərimiz (s.ə. və s.) buyurub ki, donuz əti müsəlmanlara haramdır. Yəni bu murdar heyvanın ətini yesən, mütləq cəhənnəm alovunda yanıb kül olacaqsan. Amma təəssüf ki, dinimizə, mənəvi dəyərlərimizə, dini əxalqi-dəyərlərimizə hörmət qoymayanlar da var. Düzdür, son anda etdikləri səhvlərini tövbə edərək, düzgün yola qayıdanlar da olur. Ancaq nırx deyib donuz ətindən imtina etməyəcəklərini, hətta bundan sonra nəinki donuz, hətta it, pişik, siçovul ətini də menyularına daxil edəcəklərini iddia edənlər də var. Məsələn, Rüstəm İbrahimbəyov. Guya bu adam özü-özlüyündə müsəlmanlarla yəhudilər arasında bənzərliyi önə sürərək, hər iki dini baxışlarda donuz ətinin haram olduğunu bildirib.
Müsavat başqanı İsa Qəmbər başlayıblar onu çoşqa kimi yeməyə
Maraqlıdır ki, bir müddət öncə, heç vaxt siyasətlə məşğul olmayacağını, lakin sonradan siyasətin ta yekəsini yapdığını sərgiləyən İbrahimbəyov indi də dini işlərə qarışmaqdadır. Adama deyərlər sənin nəyinə lazımdır ki, hansı millət donuz ətini yeyir, ya da yemir?! Sən get "Milli Şura"nla məşğul ol, yoxsa vəziyyət elə olacaq ki, özünü yeyib-bitirəcəklər. Artıq bu, baş verməkdədir.
R.İbrahimbəyov donuz ətinə olan sevgisini o qədər artırıb ki, artıq "Milli Şura"dakı sədrliyi də yadından çıxıb. Ona görə də "EL" sədri Eldar Namazovla, Müsavat başqanı İsa Qəmbər başlayıblar onu çoşqa kimi yeməyə. Binəva İbrahimbəyov da onda gözünü açıb-görəcək ki, bir həsirdir, bir də Məmmədnəsir. İt də gedib, ip də...
Deyilənə görə, islamçılar Rüstəmin donuz sevgisini həzm edə bilmirlər
İp demişkən, yadıma "İctimai Palata" düşdü. Oradakılar da zamanında bir-birlərini o qədər gözümçıxdıya salıb, didişdilər ki, axırda "İP" dibindən kəsildi. İndi "Milli Şura"da da eynilə həmin motiv təsdiq olunmaqdadır. Donuz ətini çox sevdiyini deyən İbrahimbəyov qalıb iki daşın ortasında. Bur tərəfdən E.Namazovla İ.Qəmbər, o biri tərəfdən də islamçılar. Deyilənə görə, islamçılar Rüstəmin donuz sevgisini həzm edə bilmirlər. Çünki donuz əti həm də tibbi baxımdan, həzm olunmayan ətlərdəndir. Belə olan təqdirdə, vay Rüstəmin halına. O qədər donuz yeyəcək ki, axırda o məsələ olacaq. Allah buna bir az da əsil islam əxlaqı versin!