Cəmiyyətin jarqon ifadəsində belə bir söz var - "işverənlik". Yəni biri yaxşı münasibət bəsləmədiyi tərəfə mərdiməzarlıq etməkdən ötrü, üz-gözünü cırıb, tumanını da başına çəkir ki, bəs qoymayın, mənim başıma oyun gətirdilər. Lap bu ərəfələrdə AXCP sədri Əli Kərimlinin təlimatlarına uyğun olaraq ölkədə seçkiqabağı təxribatlar töərtməyə çalışan "cəbhə" funksionerləri kimi. Məsələn, ötən aylarda Ə.Kərimli Saatlıdakı "cəbhəçilərə" təlimat vermişdi ki, gedib kənd məzarlığını dağıtsınlar. Dağıtdılar da! Amma bunu atdılar iqtidarın üstünə ki, bəs iqtidarın adamları qəbiristanlığı talayaraq, AXCP-nin "nüfuzunu" aşağı salmağa cəhd edib (?!-R.). Ancaq sonradan bəlli oldu ki, məzarlığı dağıdanlar elə Ə.Kərimliyə yaxın olan qohumlarıdır.
Yaxşıca "tumarlar"
Sonra da başladılar bölgələrdə "maşavirələr" keçirməyə. Ağdaşda, Ağcabədidə, Lənkəranda və daha haralardasa "müşavirə" keçirmək adı altında kef məclisləri düzəldən "cəbhə" işverənləri sonda camaatın haqlı narazılıqlarına tuş gəliblər. Yəni elə ediblər ki, təxribat baş versin və camaat da bunların baş-gözlərinə yaxşıca "tumarlar" çəksin. Adını da qoysunlar ki, hakimiyyət AXCP-nin "müşavirələrindən" qorxdu (?!-R.) və "öyrədilmiş adamları" saldı bunların üstünə. Amma deməyəcəklər ki, məsələn, F.Qəhrəmanlı maşınını qəsdən sürüb ağaca çırparkən, onun bu əməlləri kameraya düşüb. Yəni kor-kor, gör-gördür ki, Fuad ən azından işverənlik etməkdən ötrü o boyda maşını sürərək, aparıb vurub ağacın gövdəsinə.
"Cəbhəçilərin" minik avtomobilləri görünür, amma o boyda KAMAZ yoxdur
Çünki görünən bə budur ki, "Azadlıq" qəzetinin saytında verilmiş xəbərlərdə və yayımlanmış fotolarda "maşının qarşısını kəsən KAMAZ" ümumiyyətlə görünmür. İndi bunu necə başa düşək ki, "cəbhəçilərin" minik avtomobilləri görünür, amma o boyda KAMAZ yoxdur? Yaxud, necə başa düşək ki, "cəbhəçi" "zədələnmiş" dirsəyini göstərir, amma dirsəyin üzərində mığ-mığ dişləyib boyda olan zərrə qədər nöqtə də görünmür?
Adama deyərlər ki, gedin özünüzə və ətrafınızdakı gədalara "cəbhəkrat" nağılları danışın. Yoxsa belə işverənliklərlə onsuz da sizlərdən zəhlələri gedən millətin daha çox zəhləsi gedəcək. Məgər hakimiyyətə gəlməkdən ötrü bu qədər ibnəliyə yol verməyi özünüzə kişilik-filan hesab edirsiniz? Yaxud, onu da bilin ki, sabah başınıza çəkdiyiniz tumanlar büsbütün cırılıb qurtardıqdan sonra, heç kim sizə tuman verməyəcək. Qalacaqsınız yırtıq tumanların əlində. Məgər görmürsünüz ki, sədriniz Əli "bəy" də bar-bar bağırır ki, Qərbdən əlinizi üzün? Əgər Qərbdən üz döndərirsinizsə, bəs sizlərə tumanı kim verəcək? Bax, bu sualın ətrafında cavab tapandan sonra mənə "vızov" atarsınız.
P.S. AXCP işverənlərinə şad xəbər! Deyilənlərə görə, Uqandanın İşverdurmadıyatdı kəndində rəngli-rəngli tumanlar müftə-müfəssələ paylanır.