Əslində, "Milli Şura"nın sədri və problemli "vahid namizədi" Rüstəm İbrahimbəyovun erməni sevdalı olması barədə məlumatlar daha öncələrə qədər gedib çıxır. O hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Bakıdan köçüb gedən ermənilərə görə xiffət etdiyini gizlətməyərək Moskva mətbuatında bununla bağlı məqalələr dərc etdirirdi. Sanki "Pravda", "İzvestiya", "Trud" kimi aparıcı Rusiya qəzetləri İbrahimbəyova bu şəraiti yaratmaqdan ötrü növbəyə düzülürdülər. Maraqlıdır ki, bu gün də belədir. R.İbrahimbəyov Rusiya mətbuatının gülü-bülbülü, üstəlik də sünbülüdür. Onun Qarabağın mübahisəli ərazi olması haqqında dediyi gülünc və cəfəng fikirləri də erməni lobbisinin himayəsində olan rus mətbuatında işıq üzü görüb.
"U NEQO KRIŞA POYEXALO"
Görünən də budur ki, aradan uzun illər ötəndən sonra İbrahimbəyovun içində tüğyan edən erməni sevdası onu yenidən silkələməyə başlayıb. Bu süvda Rüstəm "bəyi" əməlli başlı yeyib-bitirəcək. Çünki artıq, bu kimi zadlar görünməkdədir. Ruslar demişkən, "U NEQO KRIŞA POYEXALA". Yəni Rüstəm "bəyin" ağlı o söz...
R.İbrahimbəyov bu dəfə "ermənilər ağıllı millətdirlər" deyir. Müharibənin, dağıntıların, insanlarımızın ev-eşiklərindən didərgin düşmələrinin baiskarları olan erməniləri tərifləyən R.İbrahimbəyov üzünü azərbaycanlılara tutaraq onların ünvanına qınaqlar söyləyir: Gərək, ermənilər onlara ögey baxmadığımıza, onlar üçün bərabər şərait yaradacağımıza inansınlar..."
Hələ bu azmış kimi, əzəli və bədi Qarabağımızın ərazilərinin mübahisəli ərazi olduğunu bir-neçə min dollar müqabilində bəyan edən Vətən xaini İbrahimbəyov erməniləri özünə qohum saydığını da gizlətmir.
İBRAHIMBƏYOVUN QATI ERMƏNİ SEVDALISI OLDUĞU ORTADADIR
Bax, məsələ də bundadır ki, əgər onun bir balaca ağlı-dərrakəsi olsaydı, mənsub olduğu xalqı haqqında belə rüsvayçı sözlər danışmazdı. Amma danışır. Danışdıqca da quşlar buraxır. Onun quşlarını isə Əli Kərimli, Eldar Namazov kimiləri ha malalamağa çalışsalar da düzəldə bilmirlər ki, bu da onların öz problemləridir.
Necə deyərlər, "Milli Şura"nın "vahid namizədinin" bu tipli açıqlamasına şərh vermək artıqdır. Necə deyərlər, qaradan tünd rəng yoxdur. R.İbrahimbəyovun qatı erməni sevdalısı olduğu da ortadadır. Bəs özlərini milli qüvvə sayan AXCP-nin, Müsavatın, ACP-nin, "EL" hərəkatının təmsilçilərinin belə bir erməni sevdalısını dəstəkləmələrini necə başa düşək? Erməni sevdalısı R.İbrahimbəyovu dəstəkləyən tiplər bundan sonra "milli qüvvə" olduqlarını necə dilə gətirəcəklər? Axı onlarda bir qram da olsun ki, millilikdən-filandan əsər-əlamət görünmür! Üstəlik, onların "liderləri" İbrahimbəyovdan Abrahamyana çevrilir...