PDF Oxu

Köşə

  • 1 535

LƏYAQƏTƏ LAYİQ OLMAYAN "LƏYAQƏTLİ"

image

Və ya Gültəkin Hacıbəylinin müxalifətçilik "namusu" hansı "şərəfə" söykənib?

Ləyaqət anlamı özünü və digərlərini dərk edən insanlara xas olan ən ümdə və ən nəcib xüsusiyyətlərin öndə gedən təzahürüdür. Ləyaqət sözünü dərk edən insanlara layiq olan mövcudluqdur. Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə elə insanlar var ki, onlar ləyaqət və mənəviyyat anlayışları olmadığı halda, ətraflarında olan tərəflərə insaniyyət keyfiyyətlətindən dəm vurmaqla özlərinə müəyyən dividendlər qazanmağa cəhd edirlər. Belələri yalnız milli təfəkkürümüzü pozan bəzi üzdəniraq, tərbiyəsilik simvollarına çevrilmuiş şou-biznes nümayəndələrimizə aid deyil. Belələri həm də özlərini "siyasətçi" kimi ortaya ataraq, ingilis bayrağı kimi ora-bura əsən siyasətbaz və əqidəsiz tərəflərə də aid olan şəxslərdir. Çünki bir insanın ki, əqidəsi (siyasi, mənəvi və s.) yoxdursa, onun ləyaqət kimi əhəmiyyətli faktordan danışmağa mənəvi haqqı yoxdur. Necə ki, vaxtilə xalqın dəstəklədiyi iqtidarın mövqeyindən çıxış edərək, siyasi pikini yaşayan və bunun vasitəsilə özünə ən yüksək imic formalaşdıran, ancaq sonradan əqidəsini şəxsi maraqlarına sataraq, xarici dövlətlərin quluna çevrilən Gültəkin Hacıbəyli kimi...

Özü kimi ləyqətsilzik, ismətsizlik və binamusluq simvolu olan "Azadlıq" qəzetinə müsahibə...

Bu gün adıçəkilən "xanım" "Milli Şura"da, "Ziyalıalr Forumu"nda təmsil olunmaqla, həm özünü, həm də ətrafındakı zəif təfəkkürlü insalara yalanlar danışmaqla, "ləyaqət" anlamından bəhs edir. Ancaq onun bu kimi davranışları, təbii ki, sağlam düşüncəli insanlar tərəfindən nə dərk olunur, nə də ki, real həqiqət kimi dəyərləndirilir. Söz yox ki, G.Hacıbəyli məhz öz xainliyi və əqdisəziliyi ucbatından siyasi elitadan kənarda qalaraq, öz "kimliyini" sübuta yetirmiş oldu.

Bu gün özü kimi ləyqətsilzik, ismətsizlik və binamusluq simvolu olan "Azadlıq" qəzetinə müsahibə verən G.Hacıbəyli kimi ərdəyişən "arvad"lardan "Həyatda itirməyə qorxduğum yeganə dəyər ləyaqətimdir" sözünü eşitmək ciddi arqument sayıla bilməz. Çünki bu sözü ləyaqəti olmayan tərəf Əli Kərimli tərəfindən idarə olunan siyasi sarı mətbuatda işlədib.

Bu gün G.Hacıbəyli hətta o qədər ləyaqətsilik və şərəfsizlik amilinə aludə olub ki, o öz doğma övladını belə bulaşdığı siyasi girdabda istifadə etməyə çalışır. Bir ana öz övladının adından sui-istifadə edirsə, bunu öz dividendinə yazmağa səy göstərirsə, demək, onda müqəddəslik instinkti, ümumiyyətlə, mövcud deyil!

Ancaq...

Vaxtilə iqtidarı dəstəkləyən, iqtidarın yürütdüyü uğurlu siyasəti beynəlxalq arenada müdafiə edən G.Hacıbəyli indi də Ə.Kərimli kimi bir satqın fərdin qəzetində deyir ki, bilmirsən bu hakimiyyətin vəziyyətinə güləsən, ya ağlayasan?! Əslində, Hacıbəylinin işlətdiyi bu ifadələr məhz onun özünə aid olan sözlərdir. Çünki biz jurnalistlər bilmirik ki, hazırda G.Hacıbəylinin düşdüyü günə gülmək lazımdır, yoxsa ağlamaq?! Çünki öz övladının doğma atası haqqında "birisi" kimi tələffüz edib, onun barəsində ağzına gələni mətbuatda danışmağın özü də G.Hacıbəylinin "ləyaqətini", "etikasını", "mədəniyyətini" ortaya qoyur. Çünki o, ən azından, övladının sələfi haqqında danışmaya da bilərdi. Əlbəttə susmaqla. Ancaq...

Ancaq gördüyümüz kimi, G.Hacıbəyli elə öz əqidəsizliyi çərçivəsində, müəyyən dividendlər xatirinə, hətta övladına belə, xəyanət edərək, bunu siyasi müstəviyə yönəltməyə çalışdı. Bununla da yerdə qalan azacıq hörmətini də satdı xidmət göstərdiyi qüvvələrin ayaqları altına. Bununla da ləyaqətini itirdi. G.Hacıbəyli nəinki Azərbaycanın, hətta dünyanın ən satqın, ləyaqətsiz, xəyanətkar və şərəfsiz qəzetində müsahibə verməsilə sübut etdi ki, bəli, o, məhz LƏYAQƏTSİZLİK SİMVOLU kimi öz yerini tuta bilən ƏQİDƏSİZLİK "örnəyidir"...

Digər xəbərlər