PDF Oxu

Köşə

  • 1 635

FƏHMİNİN SİYASİ MAZOXİSTLİYİ

FƏHMİNİN SİYASİ MAZOXİSTLİYİ

AXCP-nin sədri Əli Kərimlinin eks-müşaviri Fəhmin Hacıyevin partiyadan istefa verməsindən sonra siyasi təşkilat daxilində ona qarşı kampaniyaya start verilib. Sosial şəbəkələrdə "cəbhə" sədrinin "siyasi balaları" F.Hacıyevin harasına gəldi gumbultu ilə təhqirlər, biri bir qəpikdən olan söyüşlər, təhdidlər və daha nələr və nələr döşəyirlər. Nədi ki, F.Hacıyev AXCP-dən istefaya gedərkən, keçmiş sədrinə yekə bir minnət qoyub. Necə ki, Kəmalə Bənənyarlıda olduğu kimi. Təsəvvür edin, son bir ay içində iki tanınmış "cəbhəçi" AXCP-dən qalmaqallı şəkildə istefaya getdilər. Bundan sonra da onlara qarşı Əli Kərimliyə xas olan hücumlara start verilib. Lakin Ə.Kərimlinin necə bir "tərbiyəyə" mənsub olduğunu bildiyimizə görə, keçirəm əsas məsələyə...

Minnətə bax eee!

Qeyd etdiyimiz kimi, "cəbhədən" bir ay içində iki nəfər istefaya getdi və bu istefaların arxasından Müsavat başqanı İsa Qəmbərin qəlyanı görünür. Daha dəqiq desəm, qəlyanın acı tüstüsü. Cəmiyyət seçkilər ərəfəsində müxalifət daxilində bu kimi olayları tez-tez görüb və bundan sonra da görəcək. Lakin məsələ bundadır ki, F.Hacıyevin AXCP-dən istefa verməsi və həmin istefadan dolayı səsləndirdiyi bəyanatı çox ilgincdir. F.Hacıyev partiya sədri Əl.Kərimliyə istefası ilə bağlı məlumat verib-vermədiyinə aydınlıq gətirərkən deyib ki, əgər məlumat versəydi, minnət kimi başa düşülərdi: "Danışsaydım, minnət kimi olardı, çox düşündüm və qərarımı verdim".

Deyirəm, minnətə bax eee! Sən bir tərəfdən Ə.Kərimlinin siyasətini bəyənmədiyin üçün ona qarşı çıxır və istefa verirsən, başqa tərəfdən də deyirsən ki, istefa verdiyim üçün Ə.Kərimli ilə danışmağı minnət hesab edirəm. Nə deyəsən? Bir halda ki, siyasi fəaliyyətini AXCP kimi yöndəmsiz təşkilatda qurmusansa, başqa cür açıqlama gözləməyə də dəyməzdi. Ancaq maraqlıdır ki, Fəhmin öz istefasından sonra "Milli Şura"ya üzv olmaq üçün müraciət etdiyini də açıqlayıb. Ancaq bunu da minnətli şəkildə: "Özləri bilər, istərlər qəbul edərlər, istərlər etməzlər. Hələ irəlidə çox işlər var. Çox əcayibliklərin şahidi olacağıq".

AXCP-də həsir və Məmmədnəsir amili

Ümumiyyətlə, belə getsə, yəni istefalar davam etsə və həmin istefaların arxasından İ.Qəmbərin qəlyanının acı tüstüsü görünsə, AXCP bir həsir olacaq, bir də Məmmədnəsir. Amma Ə.Kərimlinin ətrafının siyasi dünyagörüşünü, səviyyəsini nəzərə alsaq, Məmmədnəsirlə işimiz yoxdur, həsir isə toya getməlidir.

Düzünü desək, sağlam düşüncəli cəmiyyət F.Hacıyevin nə qədər siyasi avantürist olduğunu bilir. Onun siyasi mozaxist olduğu isə indi, istefa verəndən sonra aydın oldu. Əcaib-qəraib perspektiv, zülm və cəfa bu adamın xoşuna gəlirmiş. Özü də lap çox...Nə deyəsən, "cəbhəçidir" daaa. Belə şeylər onlar üçün çox adi bir haldır.

Digər xəbərlər