PDF Oxu

Köşə

  • 2 290

QASIM GƏLİR!

QASIM GƏLİR!

Yəqin ki, hörmətli oxucularımız məşhur "Kişi sözü" filmindəki Qasım obrazını unutmayıblar. Kiçik xatırlatma üçün deyək ki, ucqar kənddən şəhərə oxumağa gedən Qasım doğma yurduna qayıdarkən, kəndin uşaqları onu "Qasım gəlir, Qasım gəlir!" sevinci ilə qarşılayırlar. Amma məsələ bunda deyil. Yəni bu dəfə məsələ Qasımın üzərində cərəyan etmir. Çünki Qasım öz kəndinə qayıdarkən, kişi kimi qayıdır. Əlbəttə ki, bəzilərindən fərqli olaraq. Tutaq ki, Rüstəm İbrahimbəyovdan.

Bu gün eyni epizod onun sədri olduğu "Milli Şura"da davam edir. Ancaq ortada bir dənə də olsun "Kişi sözü" amili dayanmayıb. Hətta deyərdim ki, İbrahimbəyovun "qayıdışını" "Rüstəm gəlir, Rüstəm gəlir!" pafosu ilə bağıranların özləri də yaxşı bilirlər ki, həmin bu Rüstəm ölkəyə dönməkdə qorxaqlıq edir. Deyir ki, birdən onu tutarlar və...

Məgər İbrahimbəyov yalnız yığdığı pulları sayəsində bu qədər daşıb-coşur?

Hansı ki, bu Rüstəm düz bir neçə aydır ki, geri qayıdır və hələ də qayıdıb qurtara bilmir. İndi də deyir ki, Gürcüstan vasitəsilə təyyarəyə minib Azərbaycana dönəcək. Adama deyərlər ki, əşşi, fəqri nədir ki, sən Gücüstandan gəlirsən, ya da Rusiyadan, əsası odur ki, gələsən və sənə qarşı qaldırılmış ittihamlara kişi kimi cavab verib, özünü müdafiə edəsən. Yox, gələ bilmirsənsə, onda Qsımdan fərqli olaraq səndə bir dınqılı, bir damcı da olsa kişilik amili yoxdur!

Başqa tərəfdən, bayaq qeyd olunduğu kimi, İbrahimbəyov Azərbaycana Gürcüstan reysi ilə qayıdacağını bəyan edib. Yəqin, bununla demək istəyib ki, lazım gələrsə, Ermənistandan da Azərbaycana dönə bilər. Axı onun qoca və yekəpər dalında bir gör nə qədər erməni maqnatları, lobbi nümayəndələri dayanıb. Daha bir amili də nəzərə alaraq, inanıram ki, əgər Rüstəm özündə kişilik tapıb, Gürcüstan hava limanında təyyarəyə otursa belə, onu yola salanlar arasında Gürcüstanın erməni lobbiçiləri də olacaq. Bəs nə bilmişdiniz? Məgər İbrahimbəyov yalnız yığdığı pulları sayəsində bu qədər daşıb-coşur? Söz yox ki, onu bu qədər danışdıran faktorlardan biri də ermənilərin onun üçün xərclədikləri yüz minlərlə dollarlarlardır.

Azərbaycanda belə axmaqları ağıllandıracaq qədər çoxsaylı müəssisələr var

Qaldı ki, "Milli Şura"dakı uşaqların "Rüstəm gəlir, Rüstəm gəlir" kimi qışqırtı-bağırtılarına, bu zaman deyə bilərik ki, əbəs yerə boğazlarını yırtıb-eləməsinlər. Onsuz da o, geri dönməyəcək. Çünki hələ yaz aylarında Moskvada oturub müsahibə verən R.İbrahimbəyov həmin açılamasında bildirmişdi ki, onun Azərbaycana qayıtması axmaqlıq olardı. Hərgah o, özünü həm də axmaq kimi görürsə, onda buyurub gəlsin. Azərbaycanda belə axmaqları ağıllandıracaq qədər çoxsaylı müəssisələr var. Gəlsin və axmaqlıq xəstəliyindən də qurtulsun. Hələ yenə də gec deyil.

Digər xəbərlər