"Milli Şura"nın ağ"ç"aqqalı, yəni "lideri" Rüstəm İbrahimbəyov Almaniya mətbuatına verdiyi məlum müsahibəsində iddia edib ki, guya hakimiyyət bunun qorxusundan yaman həyəcana düşüb və möhkəmcə təşviş keçirir. Eyni zamanda neodonuzluq simvoluna çevrilmiş bu fərdin 2013-cü ildə birdən-birə meydana çıxması, neçə illərdir harada olması ilə bağlı sualı cavablandırarkən "şoxsaylı xidmətləri" haqqında da danışmağı unutmayıb. Xatırlatmaq istərdim ki, neodonuzluğu qədər də neoerməniçiliyi ilə digər müxalifət "liderlərindən" seçilən İbrahimbəyov əlavə, yəni ehtiyat namizəd məsələsinə də öz təbirincə kəskin reaksiya verib və hamının "Milli Şura"nın "vahid namizədini" dəstəkləməli olduğunu bildirib.
Çox maraqlıdır, ömrü boyu təsəvvürlər və xülyalar içində yaşayan həmin təsəvvür və xülyalarını gerçək həyatda deyil, məhz kino aləmində reallaşdıran Rüstəm İbrahimbəyov öz dediyinə özü inanırmı? Ümumiyyətlə, bu gün xalqın dəstəklədiyi iqtidarın qisasçılıq hissi ilə alovlanıb yanan, siyasətdən xəbəri olmayan, nə danışdığını özü də bilməyən, artıq müxalifətdə də yuxarıda qeyd edilən psevdonimlərlə yanaşı "qumarbaz qoca" adlandırılan 74 yaşlı bir artistdən, kinoçəkəndən qorxması nə qədər real görünə bilər? Nədir ahıl yaşında ağlını itirmiş qoca İbrahimbəyovun bu xalq qarşısındakı "çoxsaylı" xidmətləri? Öz dediyinə görə, "Ultimatum" filmi çəkib, guya 1989-cu ildə xalq hərəkatının fəalları təzyiqlərlə üzləşəndə onlara yardım edib, 20 Yanvar hadisələrindən sonra Moskvada Azərbaycanın daimi nümayəndəliyində qərargah yaradıb, ona rəhbərlik edib, mətbuat konfransı keçirib, bir də SSRİ "KQB"-sini aldadıb Fransadan 3-4 jurnalist gətirib ki, həmin hadisələrlə bağlı Azərbaycanın mövqeyini işıqlandırsınlar. Vəssalam, şüt tamam. Bu zaman belə bir sual yaranır ki, nəyə görə İbrahimbəyovun guya Moskvada Azərbaycanın daimi nümayəndəliyində qərargah yaratması bircə onun özünə məlumdur? Əgər həmin qərargah fəaliyyət göstəribsə, hanı o mətbuat konfranslarının videogörüntüləri, hanı İbrahimbəyovun 20 Yanvara görə SSRİ hakimiyyətini, Qorbaçovu ittiham edən fikirləri? Fransalı jurnalistlərin Azərbaycana gəlməsindən niyə heç kimin xəbəri yoxdur? Tutaq ki gəliblər, qayıdandan sonra nə yazıblar, nə iş görüblər, hansı məqalələri ilə yadda qalıblar? Başqa tərəfdən, bir zamanlar dünyaya meydan oxuyan SSRİ "KQB"-si o qədərmi ağılsız idi ki, İbrahimbəyov o boyda təhlükəsizlik orqanına kələk gələ bilib?
Bu gün açıq şəkildə ermənilərə dayılıq, qardaşlıq, dostluq edən bir xəyanətkarın ümumiyyətlə vətənpərvərlikdən danışması ən azından milləti ələ salmaq, xalqı, dövləti təhqir etmək anlamını daşıyır! Belə olan təqdirdə, yəni hakimiyyət həqiqətən də bundan qorxub-təlaş keçirirsə, buyursun dönsün Azərbaycana və "gücünü" göstərsin. Yox, "gücünü" göstərə bilmirsə, onda başından böyük qələtlər danışıb, xalqın zəndeyi-zəhləsini aparmasın.
RÖVŞƏN