PDF Oxu

Köşə

  • 1 415

"Milli Şura" ilə bağlı bir çox əmmalar

"Milli Şura" ilə bağlı bir çox əmmalar

Bu gün nəinki Cəmil Həsənli, hətta dünyanın bütün siyasi biliciləri yığışsa belə, bədnam "Milli Şura"nı düşdüyü acınacaqlı durumdan və iflasdan xilas edə bilməyəcəklər. Çünki ortada bir çox əmmalar var.

Başqa tərəfdən, Cəmil Həsənlinin bəh-bəhli namizədliyi "Milli Şura" iflasa uğradıqdan, bu qurumun Rusiyanın manipulyativ və uzaq strateji hədəfi olmayan layihəsi olduğuna şübhə qalmadıqdan sonra irəli sürüldü ki, bu da artıq onun milli güc kimi dəstək ala biləcəyinə kifayət qədər və faktlara əsaslanan şübhələr yaradır. Bu gün isə qurumun namizədinin özü də, onun namizədliyini irəli sürənlər də "Milli Şura"nın prezidentliyə namizədinin bu seçkilərdə bir vasitə kimi iştirak edəcəyini etiraf edirlər. Onlar etiraf edirlər ki C.Həsənli seçkilərdə "qələbə qazandıqdan" (çox gülünc səslənir, deyilmi?) sonra "Milli Şurad"akı partiyalarla vəzifə bölgüsü aparacaq. Ancaq ordata əmmalar var və bu əmmalar o qədərdir ki...

Əgər o, həqiqətən də bir balaca professor biliyinə sahib olsaydı

Məsələn qurumun sonuncu mitinqi hər şeyi tam çılpaqlığı ilə ortaya qoydu. Həmin mitinqdə "Milli Şura"dakı partiyaların funksionerlərindən özgə demək olar ki, heç kim iştirak etmədi. Hətta mitinqin yarım saaat öncə başlaması, 40 dəqiqə tez qurtarması da qurumun iflasını kifayət qədər sübuta yetirdi. C.Həsənli isə bu oyuna gedərək, özünü çıxılmaz vəziyyətə qoyub. Əgər o, həqiqətən də bir balaca professor biliyinə sahib olsaydı, bir çox həqiqətləri etiraf edə bilərdi. Çünki cəmiyyət o zaman dəyişikliyə gedir ki, onun özü buna hazır olsun. Belə olacağı və "liderlərini" dəyişəcəkləri təqdirdə, növbəti mərhələdə nəyə isə nail ola bilərlər.

"Milli Şura"ya ilginc təklif

Bu arada "Milli Şura"da təmsl olunan partiya sədrlərinə ilginc təklifim var. "Milli Şura"ya daxil olan partiyalar bir siyasi təşkilatda birləşsinlər və C.Həsənli də həmin siyasi təşkilatın sədri olsun. Bax, bu ideyanı qəbul edərlərsə, növbəti parlament seçkilərində onların parlamentdə təmsil olunmaq imkanları yarana bilər. Amma "Milli Şura" ilə bağlı yaranmış vəziyyət bu qurumdakı partiya sədrlərinin nə qədər səriştəsiz, iddialı, məsuliyyətsiz və qabiliyyətsiz davrandıqlarını ortaya çıxardı. Bu vəziyyət onların bu günə kimi özlərinə xitabən bəyan etdikləri "milli qüvvə", "milli-demokratik qüvvə" iddialarının da nə qədər puç və əsassız olduğunu sübuta yetirdi. Rusiyadan, İrandan dəstək gözəmək, həm də demokratiyanın inkişafı istiqamətində dəstək gözləmək, onların dəstəyilə Azərbaycanda hakimiyyətə gəlməyi düşünmək, bu istiqamətdə fəaliyyətə qoşulmaq və eyni zamanda "milli-demokratik qüvvə" adına iddia etmək qədər təzadlı düşüncəyə, ziddiyyətli mövqeyə rast gəlmək mümkün deyil.

Baş verənlər isə bir daha sübuta yetirdi ki, bu adamlar nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək, həm də öz ölkələrində dəhşətli rejim yaratmış insanların dəstəyilə iqtidara yiyələnmək istəyirlər. Burada heç bir millilikdən, demokratik düşüncədən söhbət gedə də bilməz.

Onda belədirsə, nəyə görə bu qədər əmmaları yığıblar başlarına və ortada oyunbazlıq edirlər? Məgər başqa işləri-gücləri yoxdurmu?

Digər xəbərlər