PDF Oxu

Köşə

  • 1 319

"GÜNAH KEÇİSİ"Nİ AXTARAN "MİLLİ ŞURA"

"GÜNAH KEÇİSİ"Nİ AXTARAN "MİLLİ ŞURA"

Bəllidir ki, bu gün dünyanın hər yerində seçkilərdə iştirak edəcək namizədlərin imzatoplama kampaniyası üçün qısa bir müddət verilir. Yəni bu amil seçkilərə hazırlıq müddəti üçün namizədlərə daha çox imkan yaradır. Onlar imzalarını topladıqdan sonra bu istiqamətdəki işlərini də daha erkən qurmağa başlayırlar. Əslində, həqiqətən də 50-60 gün ölkəni gərginlik içində saxlamaqla, heç nə əldə etmək olmaz. Şünki o adamlarda ki, müəyyən siyasi bacarıq, yaxud da seçki qabiliyyəti varsa, onlar qısa müddət ərzində də o həmin imzaları toplaya bilərlər. Məsələn, İqbal Ağazadə də müxalifətçidir. Amma o, artıq imzatoplama kampaniyasını bitirib. Bu zaman sual yaranır ki, "Milli Şura"dakılar 21 gün müddət ərzində o səsləri toplaya bilməyəcəklərsə, o zaman niyə seçkilərdə iştirak edirlər? İşin öhdəsindən gələ bilməyəcəklərsə, niyə dövlətin məsuliyyətini üzərlərinə götürürlər? Axı bir daha bəlli oldu ki, bunlar imza toplayanda da saxtakarlıqlara imza atırlar. Məsələn, "Milli Şura"nın seçki qərargahının rəhbərləri Arif Hacılı və Həsən Kərimov nə az, nə çox, düz 6-ca min imzanı saxtalaşdırıb ətrafındakıları aldadıblar. Niyəsini isə yəqin ki, yaxın dövrlərdə biləcəyik.

Lakin indi başlayıblar "günah keçisi"ni axtarmağa. Baxmayaraq ki, "günah keçiləri" elə bunların özləriymiş.

Seçkini nəzir qutusu ilə əvəzləyən "yenilik"

Başqa tərəfdən, əvvəllər 60 gün müddət veriləndə də, onlar lazımi imzaları toplaya bilmirdilər. Topladıqları imzaların əksəriyyəti ya öz yaxın adamları, qohum-əqrəbaları, ya da kimlərisə aldadaraq əldə ediblər. Əgər statistikaya baxsaq, belə bir rəqəmin ortaya çıxdığını görərik - bütövlükdə quruma üzv siyasi təşkilatlardakı adamların sayı aşağı-yuxarı 160 min civarındadır. Bunlar keçirdikləri mitinqlərinə uzağı 1000 nəfər adam qata bildirlər. Bu zaman belə bir sual yaranır: Bu necə "Milli Şura"dır ki, bu qədər üzvdən 40 min imza toplaya bilmirlər və nəticədə saxtakarlıqlara gedirlər? Vaxt gəlib çatanda isə xarici təşkilatlara bəhanə olaraq zamanın az olmasından şikayətlənirlər. Yəni bunlar hamısı işi bacarmamaqdan doğan zərurətlərdir.

Bildiyimiz kimi, bir müddət öncə Rüstəm İbrahimbəyovun "manat şousu" gündəmə gəldi. Beləliklə də, müxalifət daha bir "yeniliyə" imza atmış oldu. Seçkini nəzir qutusu ilə əvəzlədi. Beləliklə, bu cür sual yaranır: əgər bir millətin prezidenti olmaq istəyən insan, o millətə pul üçün əl açıb dilənirsə, onda soruşmaq lazımdır ki, xalq qarşısında dilənçilik edən fərd sabah daha kimlərə əl açıb dilənəcək? Təbii ki, bu da bəllidir. Onu təlimatlandıran, ona tövsiyyələr verən, qabağında nökər kimi işlədərək öz siyasi-iqtisadi ambisiyalarını reallaşdıran xarici ağalara. Bu, aksiomadır.

Digər xəbərlər