Prezidentliyə namizədlikləri irəli sürülmüş şəxslərin növbəti debatında yaşanan arzuolunmaz məlum olay bir daha təsdiq etdi ki, daim təxribat, xəyanət və şərəf amilinə zidd üslubları ilə seçilən dağıdıcı müxalifət təmsilçiləri ənənəvi ampulalarından çıxmağı bacarmayıblar. Əslində, ilk növbədə görünən budur ki, sözügedən düşərgə təmsilçiləri ümumiyyətlə, həm insani, həm siyasi, həm də digər sahələrdə bacarıqsız ünsürlərdir. Bu səbəbdən, hər seçkilər öncəsi bunları hakimiyyət hərisliyi yandırır və yandıqca daha da aqressivləşir, quduzlaşırlar. Hətta o dərəcədə quduzlaşırlar ki, öz şərəfsizliklərini, mənəviyyatsızlıqlarını, eləcə də çoxdan itirilmiş milli qeyrətlərini bir daha xalq qarşısında nümayiş edirlər. Məsələn, "Milli Şura"nın dublyor namizədi Cəmil Həsənli AXCP kimi bişərəflər toplumunun naftalin qoxusu verən şinelindən çıxmış cılız fərdlərindən biridir. Digər tərəfdən, adıçəkilən ünsür uzun illər tanınmış bir cinsi azlıq nümayəndəsinin əl buyruqçusu qismində onun "qoluboyvari" əmrlərinə itaət edib, xarici səfirliklərin qapısı ağzında aftafa-dəsmalla "bəçeşm" deyərək əmrə müntəzir dayanıb.
Onda alınmır ki, alınmır!
Ona görə də bu gün C.Həsənlinin üzərindən üfunət qoxusu gəlirsə, bundan təəccüblənməyə dəyməz. Çünki vaxtilə onun da təmsil olunduğu partiya sıralarında belə şeylər adi hala çevrilmişdi. Bu gün həmin partiyanın "Milli Şura"da təmsil olunması da həmin faktorların nəticəsidir. Təbii ki, əgər AXCP adlı siyasiləşmiş fahişələr, öz qohum-əqrəbalarına göz dikənlər toplum sırasında "vahid namizəd" kimi qəbul edilən C.Həsənli "amili" mövcuddursa, demək, o da yuxarıda qeyd edilən fikirlərin içində yer alıb. Və görünən də budur ki, Əli Kərimli və İsa Qəmbər kimi agentlər tərəfindən təlimatlandırılmış qaydada debatlara qatılan C.Həsənli şərəfsizi eyni zamanda xarici ağalarının da sifarişlərini dişini qıcıdıb, quyruq bulamaqla reallaşdırmağa cəhd edir. Amma onda alınmır ki, alınmır!
Ucuz, rəzil və rüsvayçı ünsür
Əgər belə olmasa idi ona qarşı haqlı ittihamlarla çıxış etmiş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə yerindəcə cavabını verərdi. Ancaq görünən nə oldu? Cəmil Həsənli Hafiz Hacıyevin ittihamlarını cavabsız qoymuş oldu. Əvəzində bu satqın fərd YAP namizədinin səlahiyyətli nümayəndəsinə xitabən dövlət və hökumətə, Azərbaycanın inkişafında, tərəqqisində, beynəlxalq aləmə tanıtmasında, bu dövləti dünyada söz sahibinə çevirməsində və s. sahələrdə əvəzsiz töhfələrini vermiş şəxslərə qarşı ədəbsiz fikirlər səsləndirib. Bununla da o, nə qədər ucuz, rüsvayçı ünsür olduğunu növbəti dəfə təsdiq edib. Yəni sözügedən debatda C.Həsənli seçki qanunvericiliyi, həmçinin, insan haqları ilə bağlı digər qanunvericilik aktlarını kobud şəkildə pozaraq YAP-ın namizədinə qarşı təhqiramiz ifadələr, şər-böhtan səsləndirib ki, o, bütün bunlara görə qanuna uyğun şəkildə cəzalandırılmalıdır. Çünki C.Həsənli canlı efir vaxtından istifadə edərək platforması ilə bağlı deyil, iqtidara qarşı şər-böhtan, təhqir kampaniyası aparıb.
Cəmilin dadına Əli Kərimli çata bilər
C.Həsənlinin bütün bunların əvəzində YAP-ın səlahiyyətli nümayəndəsinin suallarına cavab verməkdən imtina etməsi onun dələduzluğunu, qondarma sənədlərlə xalqın cibinə girərək, əlillik pensiyası aldığını sübuta yetirdi. Ancaq nədənsə sübut edə bilmədi ki, onun qızının ingilisə ərə getməsi arxasnıda daha hansı gizlinlər dayanıb? Eləcə də C.Həsənli növbəti debata ingilis kürəkəninin "müsəlman" olmasını da təsdiq edən sənəndlər gətirməlidir. Əgər gətirə bilmirsə, bu zaman onun dadına şər, böhtan yuvası olan "Azadlıq" qəzeti və AXCP sədri Əli Kərimli çata bilər. Məsələn, C.Həsənli həm adıçəkilən qəzet səhifəsində, həm də qəzetin elektron variantında sevimli ingilis kürəkəninin sünnət toyunun bir neçə kadr fotoşəkillərini yerləşdirə bilər. Yəni necə "müsəlman" olmasını sübut etməyə çalışar. Yox, əgər bunu da edə bilməzsə, demək, məsələ aydındır...
P.S. Yaxşı olardı ki, Cəmil Həsənli bir daha ar edib efirə çıxmasın. Ancaq bunu ondan gözləməyə dəyməz. Siyasi korların hansı "ara" malik olmasını 20 illik zaman kifayət qədər göstərib. Belələri hər zaman öz həyasız davranışları ilə seçiliblər. Ancaq xalq tərəfindən yox, xalqa, dövlətə qarşı çıxan şərəfsizlər tərəfindən!