PDF Oxu

Köşə

  • 1 858

Yenə də boğazdan yuxarı fikirlər...

Yenə də boğazdan yuxarı fikirlər...

"Milli Şura"nın ciddi-cəhdlə hazırlaşdığı və təmtəraqla təbliğ etdiyi növbəti mitinqi də eynilə əvvəlkinin təkrarı oldu. Yenə də dedikləri "10000"lərin əvəzinə "400-500"lər gəldi. Bir daha sübut olundu ki, bu yazıqların heç bir sosial bazası, dəstək qüvvəsi yoxdur və dağıdıcı müxalifətdə yalnız ailə müxalifəti təmsil olunur. Bunu əsnəyə-əsnəyə ortalıqda gəzişən və mitinqə niyə gəldiyini bilməyən "uşaq-muşağ"ın dediklərindən də görmək olardı. "Qaqa, sən də gəlmisən? Sənin burda nə işin var? Heç özüm də bilmirəm, xalam oğlundan xahiş ediblər adam gətir, mən də onunla gəlmişəm. Bir az baxıb gedəcəm."

Açıq-aşkar görünürdü ki, mitinqə gələnlərin çox az olması "Milli Şura" "liderləri"ni son dərəcə məyus etmişdi. Bu isə ona gətirib çıxarmışdı ki, Cəmil Həsənli özü başda olmaqla yanındakı ünsürlər gələnlərin getməməsi üçün çıxışlarını yalnız söyüş və təhqir üzərində qurmuşdular. Guya bununla diqqət cəlb edir və marağa səbəb olurdular. Əslində, "Milli Şura" üzvlərinin özlərinin layiq olduqları sözləri dillərinə gətirirdilər. Hərdən də adam özünü hansısa toy məclisində imiş kimi hiss edirdi. Şeirlər, musiqilər səslənirdi. Həqiqətən, toy tamadası olan birinin mitinqə aparıcılıq etməsi və öz ünvanlarına deyilməli olan mənasız sözləri nəzmlə səsləndirməsi də "Milli Şura"çıların nə qədər anormal və gülünc bir vəziyyətdə olduğunu göstərirdi.

Onsuz da mənəviyyatsız, ləyaqətsiz və düşüncəsiz olduqlarını hamı yaxşı bilirdi. Amma bir daha təsdiq olundu ki, xalq bu gədaları dəstəkləmir, onların çağırışlarına cavab vermir, təhqir, şər-böhtan dolu, gərəksiz şüarlarına inanmır və onların əlindən bezib. 5-10 nəfərin bir yerə yığışıb siqaret çəkib, sonra da "əşşi, toz-torpağın içində nə işimiz var" deyib dağılışması da biabırçılıqdan başqa bir şey deyildi. Ümumiyyətlə, gələnlər də bir-birinə yalnız atmacalar atmaqla məşğul idilər. "Həə, bura yaxşı otluqdur, oturmaq olar. Gərək termos-filan gətirərdik", "Bu stadionda yaxşı futbol oynamaq olar" və s. Görünən budur ki, danışdıqları da özləri kimi qeyri-ciddi və küçə düşüncəsinə əsaslanan fikirlərdir.

Mitinqdən sonra dağıdıcı müxalifətin nəzarətində olan KİV-ləri izləyəndə də gülməmək olmur. Elə fikir yaranır ki, AXCP ilə Müsavat ayrı-ayrı mitinqlərdə iştirak ediblər. Müsavata yaxın mənbələr mitinqdə 3-4 min adamın, AXCP-nin mənbələri isə "izdiham"ın olduğunu yazırlar. Əslində isə, yenə də 400-500 nəfər aralıqda hərlənirdi. Ola bilər 5-10 il əvvəl onlar kimlərisə aldada bilərdilər, indi isə internet əsridir. Hamı şəkilləri və videoları çox yaxşı görür və kimin haqlı olduğunu yaxşı başa düşür. Hamı çox yaxşı bilir ki, bədbəxt "Milli Şura" "liderləri" ancaq və ancaq boğazdan yuxarı fikirlər işlətməkdə peşəkardırlar. Əsil reallıq bax, budur.

Digər xəbərlər