Leninizm, marksizm, faşizm, sosializm, kommunuzm, populizm...Bu kimi müxtəlif "izm"lər barədə çox danışmaq olar. Ancaq daha bir sonluğu "izm"lə başa çatan ifadə, bəlkə də ölkədə ilk dəfə işlədilən KÖPƏKİZM sözüdür. Nədir köpəkizm? Köpəkizm sözü hürərək qorxudan və qorxduğu üçün də quyruğunu bulayanlara aid olan ifadədir və belə ifadələrə aid olan ünsürlərə həm ölkə daxilində, həm də ölkə xaricində rast gəlmək olar.
Ancaq bu dəfə mən separatçılıq fəaliyyəti ilə məşğul olan köpəkizm nümayəndəsi haqqında bəhs etmək istərdim. Separatçı köpəkizmin nə olduğunu bilməyənlərə isə demək istərdim ki, həmin ifadəyə aid olan ünsürün adı Əlikram Hümbətovdur. Yəni vaxtilə özünü separatçı "Talış-Muğan Respublikası"nın "prezidenti" elan etmiş, hətta bu "respublikanın" şərəfinə (??!!-R.) "himn" yazdırmış Əlikram Hümbətov. İndi bu separatçı köpəkizm nümayəndəsi Yerevanda səfərdədir və orada öz köpəkizmi barədə ağız dolusu çıxışlar edir. Üstəlik, Azərbaycanın ərazi bötüvlüyü əleyhinə! Əslində, bu köpəkdən köpəkizmə aid nəsə varsa, ondan nə desən gözləmək olar. Bir halda ki, sən çörəyini yeyib, suyunu içdiyin məmləkəti öz ağılsızlığına, başıxarablığına, ucuz ambisiyana dəyişərək, onu parçlamağa cəhd edirsənsə, demək, belə çıxır ki, səndən öz əyalına, arvad-uşağına qarşı da belə köpəkizm hərəkətləri gözləməyə dəyər. Bu, öz yerində.
Ancaq maraqlısı da budur ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz etmiş, torpqalarımızın 20 faizini işğal altında saxlayan Ermənistana gedərək, Əlikramın Yerevan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında talışşünaslıq üzrə magistr proqramının açılışında iştirak etməsi, orada ağzına gələni hürməsi artıq ağ oldu. Çünki həmin universitetin kafedra müdiri, erməni köpəkizminin təmsilçisi Qarnik Asatryan Əlikramı "Talış-Muğan Respublikası"nın prezidenti kimi təqdim edib. Üstəlik, divara separatçıların bayrağ vurulub, talış dilində oxunan himn çalınarkən hamı ayağa qalxıb və Əlikram Hümbətovu əl çalaraq qarşılayıb. Sonra Qarnik Asatryan səslənən musiqinin "Lənkəran himni" olduğunu deyib.
Ermənilərin "Lragir.am" informasiya saytının məlumatına görə isə Ermənistana səfəri çərçivəsində Əlikram Hümbətovun Ermənistan ictimai, siyasi və elmi dairələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Bundan başqa, o, iki gün Dağlıq Qarabağda olacağını, Xankəndi Universitetində çıxış edəcəyini planlaşdırıb. Onu da xatırladaq ki, Əlikram Hümbətov Azərbaycan vətəndaşlığından çıxarılıb və hazırda Hollandiyada yaşayır.
Görünür, Əli Kərimlinin də, İsa Qəmbərin də partiyaları belə köpəkizm nümayəndələri yetişdirmək üçün yaradılıb
Bu arada daha bir məsələyə toxunmaq mümkündür. Belə ki, separatçı köpəkizmin ən bariz nümayəndəsi, vaxtilə hazırkı müxalifət "liderləri" ilə yaxınlığı ilə seçilən İsa Qəmbərlə, Əli Kərimli ilə "can-brat" olan Əlikram Hümbətov indi Ermənistanda istədiyi qədər hürür, hətta həmin hürüşlərini işğal olunmuş Qarabağ torpqlarımızda da davam etdirməyi planlaşdırır. Yəni məsələ yalnız onun köpəkizmliyində deyil. Məsələ həm də digər köpəkizm nümayəndələrinin, hazırda hakimiyyətə ən axrıncı yollar vasitəsilə gəlməyə can atan milli köpəkizm nümayəndələrinin vaxtilə onunla birlikdə siyasi olaylarda birgə iştirakının olmasıdır. Və məni burada bir sual maraqlandırır ki, axı nəyə görə bunların içindən zaman-zaman məhz belə köpəkizm nümayəndələri çıxır?!
Məsələn, niyə Leyla Yunus, niyə Arif Yunus, niyə Ruslan Bəşirli, niyə Emin Milli, niyə onlarla digərləri istər AXCP, istərsə də Müsavat daxilindən çıxanlar olub? Görünür, Əli Kərimlinin də, İsa Qəmbərin də partiyaları belə köpəkizm nümayəndələri yetişdirmək üçün yaradılıb. Bu gün bunu elə Əlikram Hümbətovun timsalında kifayət qədər görmək mümkündür.
Çoxlu sual verməyi xoşlayan "Milli Şura" sədri Cəmil Həsənli bəlkə ünvanladığım bu suala gələn debatların birində cavab versin?!
Əlikram vaxtilə AXC-nin yaratdığı özünümüdafiə batalyonunda Ermənistana qarşı döyüşlərdə iştirak edən adamlardan (əslində, onun adamlığa aid heç nəyi qalmayıb-R.) biri olub. Hətta polkovnik rütbəsinə qədər yüksəlib. Özü də bu rütbəni də ona məhz AXC hakimiyyəti peşkəş edib. Lakin sonradan AXC-Müsavat iqtidarı xalqı dar ayaqda, vətəndaş müharibsi astanasında qoyub qaçdıqdan sonra, respublikadakı ağır siyasi vəziyyətdən sui-istifadə edən Əlikram gedib Lənkərana və orada məlum "TMR"-i yaradıb. Məhz bu faktor da AXC-Müsavat iqtidarının Azərbaycana vurduğu xəyanət zərbələrindən biridir.
İndi separatçı köpəkizmin ali ünsürü Əlikramın Ermənistana gedərək, anti-Azərbaycan fəaliyyəti qalsın bir yana, bu gün Azərbaycanda iqtidara yiyələnməyə hərisliklə, xəyanətlər yolu ilə, ən rüsvayçı yollarla cəhd edənlər cavab verməlidirlər ki, niyə onların içindən yalnız xəyanət, rüsvayçılıq və bu kimi digər amillər çıxıb və hazırda bu amillər Azərbaycana qarşı işləyir?!
Yeri gəlmişkən, teledebatlarda öz opponentlərinə çoxlu suallar verməyi xoşlayan "Milli Şura" sədri Cəmil Həsənli bəlkə ünvanladığım bu suala gələn debatların birində cavab versin?!