O günləri "Azadlıq" qəzetinin sözdə baş redaktoru Qənimət Zahid "Azadlıq" qəzetinin gizli baş redaktoru Əli Kərimlinin göstərişinə əsasən yekə bir yazı yazıb. "Cəmil Həsənlinin platforması qürurlu insanlar üçündür" başlıqlı yazıda Cəmil Həsənli təriflənir, bəy tərifinə mindirilir, ona məddahlıq edilir və nəhayət, onun platforması barədə məlumat verilir. Beləliklə, Cəmil Həsənli "xalqın xilaskarı" kimi təqdim edilir və sən demə, Qəniməy Zahid unudur ki, Əli Kərimli vaxtilə Rüstəm İbrahimbəyovu da "xilaskar" adlandırıb. Hələ o, "Milli Şura"nın "vahid namizədi" olduğu zamanlar.
Kor atın da, kor nalbəndi olar
Atalarımız burada yaxşı debilər. Deyiblər ki, kor atın da kor nalbəndi olar. Yəni Cəmil Həsənli indi də Qənimət Zahid tərəfindən tərif olunur. Və sən demə, Qənimət Zahidin prezidentlərlə işləməkdə böyük təcrübəsi (?!-R.) var imiş. Xatırlatmaq yerinə düşərdi ki, onun kieçmiş silahdaşlarından olan KXCP üzvü, bayraqdar Elman Türkoğlu 01.09.2012-ci il tarixdə internet televiziyası kimi olan M5TV-yə açıqlamasına Qənimət Zahidin bu sahədəki "özəl fəaliyyətini" xüsusi qeyd etmişdi. Sözügedən müsahibəsində Elman Türkoğlu mərhum AXCP lideri Əbülfəz Elçibəyin 3 qadın və 5 kişi tərəfindən zəhərləndiyini bildirərək, bu məqsəd üçün də zəhəri "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin İrandan gətirdiyini demişdi. Yəqin indi də fikirləşir ki, işdir, şayət Cəmil Həsənli prezident seçilsə, onun bu "xidmətindən" yenə istifadə oluna bilər.
Vay Cəmil Həsənlinin halına!
Hətta düşünmək olar ki, Qənimət Zahidə təlimat verərək sözügedən məqaləni yazdıran AXCP sədri Əli Kərimli indi də öz planlarını cızma-qaralayıb. Fikirlərşir ki, birdən Cəmil prezident olar və onu da zəhərləmək planı işə düşər. Ona görə də Qənimət Zahid Cəmilə məddahlanmalı, onun qarşısında dividend qazanmalıdır. Sonra isə Əli Kərimli Cəmili zəhərlətmək üçün Qənimətdən istifadə etməlidir. Çünki bir halda ki, Əli Kərimli öz keçmiş lideri Əbülfəz Elçibəyi zəhərlətməyə imkan tapıbsa, bu zaman Cəminl Həsənlini zəhərləmək onun üçün su içmək kimi bir şeydir.
Məhz bu səbəbdən də Cəmil prezident olmaq fikrindən yaxşı olardı ki, vaz keçsin. Yoxsa Əli onun qılığına girib, cəhənnəmə vasil edər. Bundan nə desən gözləməyə dəyər. Bu gün "xilsakar" dediyi adamdan xilas olmaqdan ötrü həmin adamın çayına, plovuna və kababına "cəbhə" zəhəri qatar. Vay Cəmil Həsənlinin halına!