El arasında kimsə bir eyib iş tutanda ona deyirlər ki, özünü biabır elədin, gedib torpağın altına gir, çıxma çölə. İndi bunu, sözün müstəqim mənasında, Rusiyanın üzərinə köçürəndə heç də pis alınmır.
Ədəbi əsərlərdə xaraba, bədnam ölkə kimi personajların nitqini bəzəyən Rusiyada ən qəddar üsullarla hər gün 100 nəfər insan qətlə yetirilir, ölümlə nəticələnən onlarla rüsvayçı zorlama faktları qeydə alınır. Rusiyanın İrkutsk vilayətində elə bir gün yoxdur ki, zibilliklərdə doğranmış, tikə-tikə edilmiş insan cəsədi görməyəsən. Amma bu cinayəti törədənlərin heç birini döşəmə taxtasına oxşayan nə maskalı şəxslər qamarlayıb döyür, nə də Rusiyanın daxili işlərindən başqa hər şeylə məşğul olan nazirinin qabağına çıxarılır.
Paho, Orxan Zeynalov nə boyda cinayət edibmiş! Sən demə, o zırpılıqda Çar Rusiyasını Orxan dağıdıbmış, Nikolayın evini o yıxıbmış, üstəgəl, Yekatirinanın da ölümünə səbəbkar elə Orxan imiş. Ona görə də, Rusiyanın sifətləri, Mozambik xiyarından fərqlənməyən əməliyyatçıları Orxanı tutub işgəncə veriblər, nənələrinin də heyfini alıblar. Dünyanın "ağ ayı" dediyi Rusiya tülkü kimi hiylələr işlətdi.
Baxın, hadisə baş verən binada bu hadisəyə qədər heç vaxt kamera olmayıb, ətrafdakı binaların heç birində də kamera yoxdur. Yalnız bu binada kamera var, özü də ən modern. Axı bu binada bir milyonçu, ya da bir vəzifəli şəxs də yaşamır. Kim və nədən ötrü, özü də qəfildən kameranı binanın blokunun qabağında qurdurub?
Baxın, Orxan polislər tərəfindən həbs olunarkən ona qarşı tətbiq edilən işgəncələr kameralara çəkilib, özü də elə polislərin özləri tərəfindən. Görüntülərdən də bilinir ki, bu çəkiliş də xüsusi tapşırıqla həyata keçirilir. Əgər göstəriş olmasa idi, əməliyyatçıların gözü qabağında qanunla qadağan olunan işgəncə verilərdimi? Və ya polislər özləri etdikləri bu qanunsuzluğun kameranın yaddaşına köçürülməsinə icazə verərdilərmi?
Baxın, Hadisə olan gün, 27 yaşlı bir azərbaycanlı döyülərək, öldürülür, 30 yaşlı bir vətəndaşımız isə, zəhərlə qətlə yetirilir. Baxın, cinayət baş verən gün azərbaycanlıların işlədiyi "pakrov" bazarına rus "vətənşüvənləri" hücum edir, azərbaycanlıları döyür, bazarı da bağlayırlar. Baxın, hadisə baş verən gün Rusiyanın ən yuxarı instansiyalarından azərbaycanlı biznesmenlərə xüsusi tapşırıqlar gəlir ki, "dolya"nı artırsınlar.
Bütün bunlar göstərir ki, bir mərkəzdən idarə olunan bu hadisələr heç də təsadüfi deyil. Əgər sənin Azərbaycana sözün varsa, məncə, bunun daha mərd üsulları var və bu üsullarla sözünü deyə bilərsən. Daha nəyə lazımdır ki, hansısa xəstə gənc bir rus alkaşı öyrədib müxtəlif "vədlərlə" şirnikləndirib azərbaycanlının qabağına atırsan.
Sözsüz ki, bunu ruslar da qəşəng bilir ki, azərbaycanlı kişi ilə ən bədnam qadın yol getsə belə, həmin azərbaycanlı onu qoruya biləcək, ona görə yox ki, o, qadındır. Ona görə ki, azərbaycanlı kişi ruslar kimi eyş-işrətdən sonra arvadlarını dəyişmirlər, bir "vodkaya" bir arvad aksiyasını həyata keçirmirlər. Bizim kişinin yanında it belə getsə, ona daş atsan, o daşı alıb elə yerinə dürtür ki... Odur ki, rus çinovnikləri psixologiyamızı yaxşı bildikləri üçün bu yola əl atdılar. Qarşı tərəf aqressiv və qeyrətli olmalıdı idi ki, atılan sözə dözə bilməyib, onu bıçaqla vurub öldürsün. Əhsən, Rusiyanın polis ağaları, əhsən!
Məşhur "Bəxt üzüyü" filmində deyildiyi kimi, bir dılğır üzükdən ötrü bu boyda həngamə lazım deyildi? Nəyinə lazım idi ki, dilini, qolunu, ayağını dinc tuta bilməyən rus gəncdən ötrü özünü biabır elədin? Guya ölən rus gənc bu həngaməyə dəyər. Belə baxanda, heç mənim bu suallarımın yeri yoxdur. Çünki əsil səbəbi dedik axı.
Baxın, növbəti biabırçılıqlar Orxanın məhkəməsində olacaq. Məhkəmədə utanmadan SSRİ-nin dağıdılma səbəbini də Orxanın üstünə atacaqlar. Axırda məlum olacaq ki, Orxan Eynşteynlə əlbir olub atom hazırlayıbmış, nüvə başlıqlarını gizli danışıqlarından sonra o hazırlayıbmış. Kül başınıza...