PDF Oxu

Köşə

  • 1 471

Belə şey qətiyyən olmaz!

Belə şey qətiyyən olmaz!

Deyilənə görə xaricdən şəxsən "Milli Şura" üzvü Rüstəm İbrahimbəyova söz veriblər ki, sən narahat olma, vaxtı çatanda bu qurumun dirçəlməsinə kömək edəcəyik, sənin əziyyət çəkməyinə ehtiyac yoxdur, hələ ki, xaricdə yaşamalısan.

Yadıma Malayziyanın bəzi tayfalarının adətlərindən biri düşdü. Deməli, həmin tayfada evlənən bəy toy gecəsi öz arvadı ilə gərdəyə girmir, belə desək, yəni gəlin ilk gecəsini öz halal əri ilə keçirmir. Bəyin dostlarından kimsə gəlinlə ilk gecəni yaşamalı olur. Adətləri də belədir ki, bəy toy gecəsi belə bezdirici, adamı yoran işlə məşğul olmamalıdır. Bu, o xalqın yüz illərlə tarixi olan milli adətlərindən biridir.

Axı biz görümüşük ki, bəy ilk gecənin əvəzolunmaz şəxsi kimi necədirsə, "Milli Şura"nın da bir sədri olmalıdır və bu sədrlik işini də bir nəfər həyata keçirməlidir. Daha Malayziyadakı kimi nəyə lazımdır ki, qıraqdan kimsə gəlib öz malına sahib çıxsın. Odur ki, mən Rüstəmə məsləhət görürəm ki, tələssin, əgər bir az geciksən...

AXCP sədri Əli Kərimli oğlunu Avropaya göndərəndən sonra Rüsətm onun yanına elçi də göndəribmiş ki, uşağın könlünü alsın, uşaq bir də gedib Hafiz Hacıyevin şəklini cırmasın. Deyilənə görə, bir əmi kimi paradan-zaddan da köməklik edib. Türkel də, türklər demişkən, atasına zəng açıb Rüstəmin bu xeyirxah əməlini ona çatdırıb.

İndi uşaqlar jest vasitəsinə çevrilib onsuz da. Bir də görürsən ki, müxalifətin mitinqində hansısa qadın 3 yaşlı uşağı mitinqə gətirib. Uşağın da ağzında mürəbbə şirəsi, saçlrında da Azərbaycan bayrağı əks olunan yekə bir "abadok". Bu zalım qızına bir nəfər demir ki, uşaq buralıq deyil, körpəni soyuqda incitmə, apar evinə, axı nə məcbur düşüb?! Bəlkə əminsən ki, hələ dalında özü boyda pampers gəzidən bu körpə uşaq da "istefa" deyə çığıra biləcək? Və ya bəlkə arxayın olmusan ki, hay-küy salıb söyüşləri yağdıracaqsan və bu uşağa görə sənə qarşı humanistmi olacaqlar?

Yardımlıda 5 dəqiqə gəzsən ən azı 500 dəfə müxtəlif bacalardan səslənən "ipi qırıq" sözünün şahidi olacaqsan. Heyf o torpaqdan, Yardımlı başqa nemətdir. Düzdür, hər yerin beləsi var, amma bu ifadə xüsusi çalarla elə mənim də doğma vətənim olan Yardımlıda xüsusi bir pafosla deyilir. Onu deyim ki, o torpağın ağsaqqalları bu sözü qəşəng tutuzdura da bilirlər.

İndi bir sürün ipi qırığı elə bil, taxıl sahəsinə buraxmısan. Elə bil zənciri qırıb qaçıblar. Amma hamısından qabaqda yekə zəncirli biri gedir. O da İsa Qəmbərdir. Amma diqqətimizi ən çox çəkən "Məhsul" stadionunun qapısındakı tıxac olur. Heç kim içəri girmir, hamı doluşur qapının ağzına, stadionun da içi boş. Bu bir taktikadır, guya o qədər adam var ki, qapıdan girməyə yer yoxdur. İnanmırsınızsa, oktyabrın 27-də gedin qıraqdan baxın, görün.

Digər xəbərlər