PDF Oxu

Köşə

  • 2 520

Dəvə bara girib-çıxandan sonra olur DƏVƏQUŞU

Dəvə bara girib-çıxandan sonra olur DƏVƏQUŞU

Boğazından yapışıb desən də ki, boynuna al, müxalifətçisən, yenə də almayacaq, deyəcək ki, "şura"çıyam. Axı bu "Milli Şura"da nə açıb göstərirlər ki, kim ora girirsə, çıxandan sonra nəsə birtəhər olur, ya geyimini dəyişir, ya gedib yeni partiya yaratmaq üçün bir qutu vərəq alır, ya da nə bilirdisə, hamısını açıq buraxır.

Bu yaxınlarda maraqlı bir olay olub. İki dost görüşüblər, onlardan biri yanında öz dostunu da gətiribmiş. Dostlardan biri müxalifətçidir. Müxalifətçi dostunun yanındakı oğlandan soruşub ki, nə işlə məşğulsan? O da deyib ki, "Milli Şura"nın üzvüyəm. Bu müxalifətçi onun başına dönüb, əhsən deyib, ərz edib ki, halal olsun sənə ki, sən "Milli Şura"nın üzvüsən. Sən demə, Mikayıl adlı oğlan "Gənclər Milli Şura"sının üzvü imiş, elə qarşısındakının səhv anladığını görüb, izahat verib ki, mən əsil "Milli Şura"nın üzvüyəm. Orası aydındır ki, öz liederləri kimi müxalifətçi təzə gəlinlər kimi küsüb ondan.

"Milli Şura" üzvlərinin tərcümeyi-halına baxırdım. Hansının həyatına baxırsan bax, hamsıında mütləq "cəbhəçi, millətçi, fizika müəllimi, icra başçısı, traktorçu, kombaynçı" və sairə sözləri var. İndiyə qədər işlədikləri, daşıdıqları vəzifələrin heç biri dövlət vəzifəsi deyil. Cəmi bir neçəsi 1992-ci ilin basabas vaxtında hakimiyyətin palazına bürünüb bədən tərbiyəsi müəllimliyindən icra başçısı kreslosuna qədər özünü dürtə bilib.

Təsəvvür edin, AXCP-də bəlkə də yüzlərlə qurum var: nəzarət-təftiş, mərkəzi şura, gənclər, beynəlxalq, daxili nəzarət şöbələri, nə bilim, daha nələr. Bir cəbhəçi də bunların hamısına üzv ola bilir. Bütün müxalifətçilərin də tərcümeyi-halında bunlar yazılıb. Qanmayan adam da elə bilir ki, sən öl, bu kişi yuxarıda işləyir, nəsə yekəqarın bir şeydir, mərkəzi şuranın üzvüdür, qalstukludur, baxın, arxasında da bayraq şəkli var.

"Milli Şura"da əvvəl "ailə dəyər"i yaratmaq istəyiblər. Təklif də Əli Kərimlidən gəlibmiş. Sən demə, kimin nə problemi olsa, yığışıb şura üzvləri onu birlikdə həll etməli imişlər, hətta şəxsi problemlərini, ailə qayğılarını belə. Ancaq sonra məlum oldu ki, Ə.Kərimli pul yığıb özünə maşın alıb, təklifi isə görüntü üçün edilmiş.

Atalar yaxşı deyib, ayı oynamağa bir şey tapmayanda, öz başında qavalça çalır.

Samir

Digər xəbərlər