PDF Oxu

Köşə

  • 1 750

"Avtoş qatillər"...

"Avtoş qatillər"...

Bu gün ağır bir mövzudan yazırıq. Elə bir mövzu ki, hər bir azərbaycanlı üçün az qala Qarabağ müharibəsi qədər aktual və əhəmiyyətli məsələyə çevrilib. Elə bir mövzudan yazırıq ki, Qarabağdan çox-çox uzaqlarda, arxa cəbhədə erməni gülləsindən deyil, "hörmətlə" alınan "sürücülük vəsiqələri" və sərxoşluq "gülləsindən", gündə az qala 10-larla azərbaycanlı canını əzrayıla tapşırmalı olur. Yol-nəqliyyat qəzaları, bu gün artıq cəmiyyət üçün istənilən ictimai bəladan daha təhlükəli faktora çevrilib.

Hərçənd ki, "trafik canavarı"nın belə hal almasının arxasında, yuxarıda dediyimiz kimi, "hörmətlə" alınan "sürücülük vəsiqələri" dayanır. Acı da olsa etiraf etməliyik ki, artıq bu gün sürücülük hüququ alan 10 nəfərdən 7-si sürücülük missiyasının və qanunlarının nədən ibarət olduğunu belə anlamırlar. Təki bahalı maşına minib şəhər küçələrində şütüsünlər. Yol polisləri onları saxlayıb qanuna dəvət edəndə isə, bunların üzünü görmə. Sanki bunlar Mixail Şumaxerdirlər, bunlara hələ bir də yol qaydası öyrətməyə cəsarət edirsən?

Müasir Bakı, ölkəmizdə gedən sürətli inkişafın, elmi-tərəqqinin bariz simvoludur. Heç kim iddia edə bilməz ki, ölkəmizin paytaxtı, öz inkişafına görə hansısa Avropa paytaxtından geri qalır. Bu faktı, elə son beynəlxalq tədbirlərdə ölkəmizə gələ bütün əcnəbi qonaqlar da etiraf edirlər. Allaha şükür, Bakının küçələrində Avropanın ən son model avtomobilləri şütüyür, ciblərimizdə ingilis və fransızın həsəd aparacağı ən son model mobil telefonlar var. Amma...

Hə, bu əmma hər şeyi korlayır. Belə görürük ki, bu inkişafdan deyəsən bəziləri öz "bildikləri" kimi yararlanmaq istəyirlər. Yaşlısından tutmuş yeniyetməsinə qədər bir çoxları yollarda "avtoşluq" edib günahsız insanları o dünyaya göndərmək "yarışına" çıxıblar sanki. Hətta min bir yolla cibinə "sürücülük vəsiqəsi" qoyub, amma heç həvəskar sürücü səviyyəsində belə maşın idarə etməyi bacarmayan insanlar, indi yollarda at oynadırlar. Sözün əsil mənasında, insan libasına bürünmüş əzrayıllar kimi!

Son bir neçə ildir ki, Azərbaycanda hər gün orta hesabla ən azı 3-4 insan, yol hərəkət qaydalarından heç xəbərləri belə olmayan naşı adamların törətdikləri yol-nəqliyyat qəzalarında canlarını tapşırır, iki o qədər insan isə, ağır zədə alaraq qalan ömrünü şikəstliklə keçirməyə, əlillik adını daşımağa məhkum olurlar. Xüsusi ilə sürücülük üçün heç bir qayda-qanun qadağalarına bələd olmayan, psixoloji baxımdan maşın sürməyə hazır olmayan "avtoş" yeniyetmələrin və enerjisi "aşıb-daşan" cavan xanımların yollarda yaratdıqları acınacaqlı durum diqqəti daha çox cəlb edir. Təsəvvür edin ki, 15-16 yaşlı uşaqları mərkəzi küçələrdə sükan arxasında görmək, artıq adi hal alıb. Nə sürücülük vəsiqəsi var, nə bircə gün də olsun təlim keçib, nə də....

Təsəvvür edin ki, bığıburma ata 16 yaşlı uşağının ad günündə imkanlı "day-day" "saxladığı sevgilisi"nin xoş günündə bahalı-bahalı maşınlar alıb salırlar onları yollara. Bu gün Bakıda qız-qadınların dəyəri neçə yüz min manatlarla ölçülən bahalı maşınları hər yeri başına alıb gedir. Özü də bu xanım "sürücülərin" maşın sürməkdən heç xəbərləri də yoxdur. Avtomat karobkalı abtomobillərin canı sağ olsun. Gözəllik salonlarında, firmalarda, nə bilim daha haralarda çalışan "işgüzar xanımlar" sürücülük adı altında əsil "ölüm maşınına" çevriliblər. Allah bizi qorusun!

Digər xəbərlər