Cəmonun (Cəmil Həsənlinin) ABŞ-a səfərə çıxması, ümumiyyətlə, seçkidən sonra onun Avropaya, Qərbə tərəf yaman tez-tez üz tutması yadıma Almaniya kinomatoqrafiyasının bir neçə il öncə "Oskar" mükafatı qazandığı "Beqi, Lola, beqi" (tərcüməsi "Qaç, Lola, qaç") filmini saldı. Düzdür, həmin filmdəki hadisələr heç də uğursuz siyasət amilləri, yaxud da qurama oyunbazlıqlarla dolu olan süjet xəttini əks etdirməsə də, müəyyən mənada "Milli Şura"lı Cəmonun sözügedən səfərlərinə az-çox bənzəyir. İndi qaç, ay Cəmo, qaç...Qaç görüm hara qədər qaçacaqsan ki, mister-Tvisterlər, Sem dayılar sənə bu qaçmaqlarına görə nə isə bir ...payı atsınlar?.. Görünür, Cəmonun başqa əlacı qalmayıb.
Hələ bu harasıdır?! "El" hərəkatının sədri Eldar Namazov Cəmonun ABŞ səfərini o qədər yekə və nataraz şəkildə açıqlayıb ki... Məsəlçün, deyib ki, "Səfər çərçivəsində C. Həsənlinin ABŞ rəsmiləri və ictimai qurumların nümayədələri ilə görüşlər keçiriləcək. Görüşlər zamanı Azərbaycanda keçirilən prezident seçkiləri və "Milli Şura" ilə bağlı müzakirələr aparılacaq".
Uca millət, Cəmil Həsənli daha səni saya-hesaba almır!
Bəxtəbər başına, ay Azərbaycan müxalifəti, sizin iki günlük geydirmə "lideriniz" seçkiöncəsi proseslərdə o qədər "məşhurlaşdı" ki, artıq ABŞ-ın və Qərb dövlətlərinin rəsmiləri (?!) ilə görüşlər keçirir. Hətta həmin rəsmilərdən kimsə C.Həsənli ilə görüşməsə, onun başına hava gələr, gecələr yuxusu ərşə çəkilər. Axı bu boyda Cəmo qaça ABŞ-a gedib, ABŞ rəsmiləri də onunla görüşməyə can atır. Pəhhh, bədbəxtçiliyə, bəxtsizliyə baxın eee!
İndi ay uca millət, bir zamanlar bəlli olmayan "seçki platformasını" şeirlərlə bəzəyən C.Həsənli daha səni hesaba-filana almır. Onun "uca milləti" bu dəfə Avropa və Qərb dairələrinin pulburaxanlarıdırlar. Onun qaçdığı yer dolların, funt-sterlinqin qoxusu gələn tərəflərdir. Cəmo da guya aydan-arı, sudan da duru bir oğlan kimi (necə deyərlər, klyanus, çto ya malçik) olub və düşüb xaricilərin qucağına. Amma haraya qədər? Məgər İsa, Əli kimi ənənəvi müxalifət akulaları ona gələcəkdə hər hansı bir imkan verəcəkmi? Əlbəttə ki, yox! Ona görə də ay Cəmo, sən hələ qaç. Qaç görək hara kimi qaçacaqsan? Bircə ayaqlarının altına da bax ki, İsayla Əli sənə badalaq gəlməsinlər. Yoxsa...