PDF Oxu

Köşə

  • 1 504

ÇAYXANA LİDERİ

image

Hər sahənin liderini görmüşdüm, amma çayxana liderinin də necə olmasını axır ki, görə bildim. Bu "xoşbəxtliyi" mənə AXCP sədri Əli Kərimli "yaşatdı". İnanın ki, bundan sonra daha mənə "zaval"-zad yoxdur. Çünki illər uzunu çəkdiyim bu "həsrətə" axır ki, son qoyulmuş oldu. "Azadlıq" qəzetində Əli Kərimlinin Şəki səfəri barədə boy-boy yazılan yazı və həmin yazıda verilən boy-boy çayxana şəkilləri məni apardı çıxardı düz 90-cı illərin çayxana nostalgiyasına. Düzdür, həmin illərdə lider-filan yox idi və siyasi- sosial söhbətlər, diskussiyalar məhz çayxanalarda aparılırdı. Amma sonradan buna son qoyuldu. Amma sən demə heç də belə deyilmiş...

Azərbaycan Xalq Çayxanası Partiyası

"Cəbhə" sədrinin məhkəmə adı altında (REAL sədri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun məhkəməsi - R.). Şəkiyə getməsi, məhkəmədən çıxdıqdan sonra dərhal Şəkinin bütün çayxanalarına baş vurması bir daha sübut etdi ki, əslində Əli Kərimli AXCP-nin deyil, çayxanaların əvəzolunmaz lideridir. Maraqlıdır ki, bu vaxta qədər AXCP sədri nəyə görə Azərbaycan Xalq Cəbhəsi Partiyasının adını dəyidirib "AXÇP", yəni Azərbaycan Xalq Çayxanası Partiyası ilə əvəzləməyib? Öz aramızdır, pis ideya da deyil haaa! Əli Kərimliyə də məhz bu ad yaraşar - ÇAYXANA LİDERİ!

Yadımdadır, hələ sovet dönəmlərində işlədilən çayxanalarda daha çox çaynik çay satmaqdan ötrü çayçılar belə bir maxinasiyayla ikiqat qazanırdılar. Belə ki, onlar dəmlədikləri çayın içinə soda tozu əlavə edərək müştərilərin susuzluğunu daha da artırır, onlara əlavə çay satırdılar.

İndi, Əli Kərimli də yəqin ki, Şəkidə öz maxinasiyalarını reallaşdırıb. Bir-bir çayxanalara gedib və çay içirtdiyi adamların çaylarına "cəbhə" tozu səpib. Səpib ki, həmin adamlar zombiləşərək bundan sonra yalnız Əli Kərimlinin "cəbhə" tozlu çayından vursunlar, sonra da düşsünlər küçələrə.

Kim ki, on beş stəkan çay içmədisə, "xəyanətklardır"!

Beləliklə, uzun illərdir ki, axtardığım çayxana liderinin kim olmasını müəyyənləşdirdikdən sonra mənə ard-arda yeni ideyalar gəlməyə başlayıb. Məsələn, Əli Kərimli "Milli Şura"dakı komissiyaları, koordinasiya şurasını, eləcə də digər qurumları fəaliyyətə keçirməkdən ötrü onların adlarını dəyişdirməlidir. Tutaq ki, koordinasiya şurası çayxormaxinasiya şurası, sədr aparatı, samovar aparatı, komissiyalar isə vahid olaraq düdkeşlər yığıncağı adlandırılsın. Bütün bunlara isə vahid lider olaraq Cəmil Həsənli deyil, məhz çayxanalar lideri Əli Kərimli nəzarət etməlidir. Kim ki, gün ərzində "Milli Şura"da on beş stəkan çay içmədisə, demək, o, xəyanətkardır, "hakimiyyətə işləyir" və dərhal qrumudan uzaqlaşdırılmalıdır. Bax beləcə, mərhələli qaydada son olaraq növbə gəlib çatacaq "Milli Şura"nın adına ki, onun da adını dəyişdirib qoyacaqlar "Çaylı Şura". Bu ideya reallaşarsa, inanın ki, siyasi müstəvidəki bütün problemlərini həll etə biləcəklər. Üstəlik, gəlib mənə də təşəkkür edəcəklər ki, sağ ol, bizi pis vəziyyətdən çıxara bildin.

Hər halda mən, Əli Kərimlinin çayxana lideri olduğunu müəyyənləşdirdikdən sonra onun "siyasi uğur" qazanması istiqamətində həmin ideyaları verməyə bilməzdim axı! Çünki yaxşılığa (Əli Kərimlinin mənim çayxana liderinin kim olması "həsrətimə" son qoyması - R.) yamanlıq mənim işim deyil...

Digər xəbərlər