Bu gün kiminlə söhbət etsən, ilk öncə onun şalvarına, daha sonra üzünə və nəhayətdə danışığına diqqət kəsiləcəksən. Çünki cəmiyyətdə belə bir fikir formalaşıb ki, qısa şalvar geyinən, üzündə saqqal saxlayan və fikirlərində təəccüb doğuran ifadələr səsləndirən vəhabidir. Bu baxımdan, əksər ailələr uşaqlarını təhsil ocaqlarına göndərəndə, ilk öncə də məsləhəti yuxarıda qeyd etdiyim insanlardan uzaq olmağı tövsiyə etməsidir. Əslinə qalanda, bu təriqət Azərbaycan reallığında heç də qorxulu tərəf sayıla bilməz. Çünki Azərbaycanda möhkəm əsaslara malik dövlət quruluşu yaradılıb. Eyni zamanda, ictimai-siyasi sabitlik əsasında dini tolerantlıq mövcuddur. Bunun fonunda hansısa təşviş və narahatlıq keçirməyə dəyməz. Düzdür, "milçək bir şey deyil, amma ürək bulandırır" məsəlinə uyğun olaraq, vəhabi sözündən insanlar xoşlanmaya bilər. Yadıma bu yerdə meydan hərəkatı dövründə meydanda erməni axtarışında olan şəxslərin bu üzdəniraq məxluqları aşkar etmək üçün fındıq sözündən daha çox istifadə etməsi düşdü. Yəni kimsə fındıq sözünü "pındıq" kimi tələffüz edirdisə, bu şəxs erməni sayılırdı. Açığı deyim ki, bu kimi hallarla rastlaşmasam da, arada-bərədə belə bir söz-söhbətin getdiyini eşitmişdim. Hətta deyilənə görə, bir neçə nəfəri bu yolla ifşa da etmişdilər. Amma çox sonralar bu üzdəniraq məxluqlarla söhbət əsnasında məlum oldu ki, bu yaramazlar findıq sözünü şəkilidən, zaqatalalıdan daha aydın və səlist istifadə edirlər. Ola bilsin ki, elə ermənilərin içərisində, həqiqətən də, findıq sözünü "pındıq" kimi tələffüz edənlər olub. Ona görə də, bu vasitə ilə onların ifşasına nail olmağı daha məqsədəuyğun hesab ediblər. Vəhabiləri ifşa etmək üçün bu kimi vasitələrdən istifadə etməyə yəqin ki, ehtiyac yoxdu. Çünki onlar açıq şəkildə fəaliyyət göstərirlər. İctimaiyyət arasında özlərinin düşüncəsiz və dar çərçivəyə əsaslanan fikirlərini təbliğ edirlər. Hesab edirəm ki, onlara baş qoşmağa dəyməz. Çunki Suriya müharibəsi bir qədər də uzanarsa, Azərbaycanda vəhabilər ümumiyyətlə qalmayacaq.
Təkbirçilərlə xəvariclərlə uz-üzə
Məlum olduğu kimi, hazrda Suriyada kimin kiminlə vuruşduğu məlum deyil. Yəni it yiyəsini tanımır. Bir tərəfdə İraq Şam dövlətinin yaradıcıları olan xəvariclər, digər tərəfdə isə "Əl-Nusrət vəl camaat" cəbhəsindən olan təkbirçilər, başqa bir tərəfdə isə Azad Suriya Ordusunda olan saqallılar döyüşür. Bütün bu qüvvələrin önündə isə Bəşər Əsəd rejimindən olan silahlılar mübarizə aparırlar. Deyəcəyim ondan ibarətdir ki, vəhabilər bu döyüş meydanında uğur qazanacaqları inandırıcı deyil. Bunun ANS-in Suriyaya ezam olunan müxbirinin dediyi fikirlər və kameranın lentə aldığı qazılmış qəbirlər də təsdiqləyir. Bu baxımdan vəhabilər üçün Suriya bir bataqlıq olduğunu demək olar. Onu da qeyd etmək yerinə düşər ki, hazırkı mərhələdə təkbirçilər və xəvariclər arasında dərin uçurum mövcuddur. Yəni bu iki təriqət bir-birini sıradan çıxarmağa salışırlar. Yada salmaq lazımdır ki, həmin təriqət üzvləri Sumqayıt şəhərində bu yaxınlarda üz-üzə gələrək böyük hay-küyə səbəb olan qarşıdurma yaratmışdılar. Amma qısa müddətdə Azərbaycan hüquq-mühafizə orqanları onları zərərsizləşdirə bilmişdir. Vəhabilərin və bu quruma bağlı olan müəyyən qrupların hərəkətləri onu deməyə əsas verir ki, onlar üçün Azərbaycan istədikləri meydan ola bilməz. Bu baxımdan onlar daha geniş hesab etdikləri Suriyaya uz tuturlar. Onları isə Suriyada nələr gözlədiyini artıq qeyd etdik.