PDF Oxu

Köşə

  • 1 628

Vladimir Jirinovski xüsusi tip olduğunu etiraf etdi

Vladimir Jirinovski xüsusi tip olduğunu etiraf etdi

Deyirəm, bu dünyada elə məxluqatlar var ki, gözlənilmədən elə açıqlamalar, fikirlər səsləndirirlər ki, sağlam düşüncəli insanlar mat-məəttəl qalırlar. Olur ki, həmin məxluqatlar dünyanın siyasi mənzərəsi ilə bağlı axmaq-axmaq proqnozlar verir, iddialar və təhlillər irəli sürürlər. Bu tip məxluqatlar sırasında Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovskinin xüsusi dəst-xətti ilə seçildiyini demək olar. Çünki bu biçarə həm də yazıq məxluq o ölkə, xalq və dövlət qalmır ki, haqqında özünün dayaz düşüncələrinə əsaslanan proqnozlarını söyləməsin. Düzdür, ittiham hədəfinə çevrilən xalqlar sırasında nədənsə ermənilərin adı qeyd olunmur. Bu da onun erməni qarışıq nəsə bir tip olmasından irəli gəlir. Onun daha çox ittiham etdiyi və tənqidlər səsləndirdiyi dövlətlər Türkiyə və Azərbaycandır. Bunun da səbəbi onun Rusiya ilə SSRİ-nin Türkiyədəki səfirliyində işlədiyi zaman cavan bir türk oğlunun onu pozmasıdır. Bu məsələnin mahiyyətini və məğzini geniş şəkildə açıqlanması etik normalara uyğun gəlməsə də hər kəs söhbətin nədən getdiyini bilməmiş olmaz. Məhz hər kəsin bildiyi bu fakt səbəbindən V.Jirinovski Türkiyədən ekstradisiya olunduqdan sonra türklərlə azərbaycanlılara qarşı ağlına deyil, ağzına gələni danışmaq kursu götürüb. Bu günlər onun Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi və Xəzər dənizi ətrafında Azərbaycan adlı xalqın olmadığını iddia etməsi onun tam şəkildə ağlını itirdiyini deməyə əsas verir. Bununla da bir daha təsdiq olunur ki, onun həqiqətən də, çox ciddi psixi problemləri var.

Jirinovskini Bakıya deyil, Maştağaya aparmaq lazımdır

Təəssüflər olsun ki, bu günlər hörmətli millət vəkillərimizdən biri Jirinovskinin Azərbaycana qarşı olan münasibətini dəyişmək üçün onu Bakıya dəvət etməyin vacibliyini bildirmişdir. Amma həmin millət vəkilinə xatırlatmaq istərdim ki, Türkiyədə kök salan PKK terror təşkilatı geniş terror aktları həyata keçirdiyi zaman həmin bu Jirinovski rəsmi Ankaraya müraciət edərək, ona Antaliyada villa veriləcəyi təqdirdə PKK-nı pisləyən bəyanatla çıxış edəcəyini bildirsə də, hökumət onun istəyini rədd etmişdir. Bu baxımdan, bizlərə qarşı sərsəm bəyanatlarla çıxış etməyi ənənəvi ampluasına çevirən RLDP sədrini Bakıya dəvət etməklə çox ciddi yanlışlığa yol vermiş olardıq. Ən azı bu Zori Balayanın Azərbaycana səfəri kimi dəyərləndirilə bilərdi. Çünki Zori Balayan Xocalıda törədilən erməni vəhşiliyindən məmnun qaldığını və azərbaycanlı uşaqların öldürülməsinə sevindiyini bildirirsə, Jirinovski də Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsini iddia edir. Bu cür və buna oxşar şətrlərdən kifayət qədər qeyd etmək olar. Sadəcə, onu bildirmək lazımdır ki, düşmən münasibətə adekvat cavab verilməlidir. Jirinovskini Bakıya qonaqlığa deyil, Maştağaya müalicəyə aparmaq lazımdır. Düşünürəm ki, bundan bəzi ruslar da razı qalardılar. Hətta deyərdim ki, Sank-Peterburqda yaşayan ruslar çubuqlu dəf götürüb şəhər küçələrində bayram tədbiri keçirərdilər.

İLHAM

Digər xəbərlər