Əmmaməli müxalifət liderləri...
Deyirəm bu müxalifət liderləri heç də bozbaş mollalardan fərqlənmirlər. Yalnız əmmamələri çatmır ki, zaman keçdikcə, yəqin bu məsələdən də istifadə edəcəklər. Daha doğrusu, artıq görünən odur ki, Müsavatda Rauf Arifoğlu, AXCP-də Nurəddin Məmmədli, "Ümid" partiyasında Ənvər Ağayev və bu kimi digər şəxslərin timsalında əmmaməli müxalifət liderləri yaranmaqdadır. Təbii ki, onları vəhhabilikdə və ya nurçuluqda günahlandırmaq bir qədər çətin olar. Çünki bu kimi şəxslər sözügedən təriqət ünsürlərindən daha qorxulu və iradəolunmazdır. O mənada ki, nurçular və ya vəhhabilər konkret dini maraqlardan yararlanmaq üçün mübarizə aparır və bu mübarizə nəticə vermədikdə isə kənara çəkilirlər. Ancaq yaranmaqda olan əmmaməli müxalifətdə siyasi mübarizədən geri çəkilmək anlamı əsla mövcud deyil. Onları cəmiyyət qəbul etməsə də, əmmaməli müxalifət təmsilçiləri siyasətdən çəkilməyəcəklər. Bunu obyektiv və subyektiv səbəblərlə izah edirlər. Başlıcası müxalifət başbilənləri siyasətə gəlir mənbəyi kimi baxırlar. Misal üçün Müsavat başqanı İsa Qəmbər oturduğu başqanlıq stolunu AXC hakimiyyəti dövründə əldə etdiyi spiker kreslosu ilə eyni tutur. Onun keçirdiyi mətbuat konfranslarında da müşahidə edilən fakt ondan ibarətdir ki, başqan Milli Məclisin sədri kimi jestlər edir, qanunlardan və qəbul edilən qərarlardan daha çox danışmağa üstünlük verir. Bəzən hissə qapılıb "filan qanun layihəsi birinci oxunuşdan keçib deputatların müzakirəsinə veriləcək" - deyə bildirir. Eynilə AXCP sədri Əli Kərimli də dəfələrlə öz çıxışlarında, verdiyi bəyanatlarında özünü AXC hakimiyyəti dövründə tutduğu dövlət katibi kimi aparmağa üstünlük verib. Barmaq silkələyən, ötkəm-ötkəm danışan Ə.Kərimli bununla depressiyada olan zavallılardan olduğunu nümayiş etdirib.
Yedəkdə olan biçarələr
Nə isə... Bu müxalifət liderləri çox yazıq və biçarə məxluqlardır. Onların düzəlməsi və islah olunmaları belə qeyri-mümkün görünür. Yalnız onları "SOROS", "Fredeum Hous" və bu kimi fondları dayandıra bilər ki, hazırkı mərhələdə də bu, mümkünsüz görünür. Çünki "əl-əli yuyar, əl də dönüb üzü yuyar" prinsipinə uyğun olaraq, tərəflər bir-birinə yardım göstərirlər. Deyək ki, "SOROS" və "Fredeum Hous" müxalifətə 32 milyon dollar yardım göstərirsə, müxalifət də bu yardımların əvəzi olaraq paytaxtın mərkəzində aksiyalar keçirməyə, piketlər təşkil etməyə cəhdlər göstərir. Bədbəxtçilik ondadır ki, müxalifət liderlərinin oyununa məram və məqsədlərini hələ də anlamayan insanlar da qoşulur. Buna misal olaraq özlərini ziyalı kimi təqdim etməyə çalışan Elçin Şıxlını, Eldəniz Quliyevi, Rafiq Əliyevi və digərlərini göstərmək olar. Yedək rolunu oynayan bu biçarələr İ.Qəmbərin, Ə.Kərimlinin, Eldar Namazovun çağırışlarına uyaraq xalqın milli maraqlarına zidd olan açıqlamalarla çıxış edir, addımlar atırlar. Hətta E.Şıxlı adlı şəxs ziyalılar adlı forumda iştirak edərək kino çəkən Rüstəm İbrahimbəyovun Bakıda əsas təmsilçilərindən olduğunu göstərməyə çalışır. İddialara görə, bu biçarələrin qazancları da qəpik-quruşdur. Yəni 32 milyon dolları müxalifət liderləri həzmi-rabedən keçirsələr də, yedəklərə ancaq qəpik-quruş verilir. Bu qəpik-quruş da onların boğazından heç də keçmir. Keçsə belə, ürəyəyatımlı olmadığı şübhəsizdir. Çünki həmin qəpik-quruş minnətlə verilir.