PDF Oxu

Köşə

  • 1 419

Müxalifət "strateji" sözünü də gözdən saldı

Müxalifət "strateji" sözünü də gözdən saldı

Elə bir ciddi söz yoxdur ki, "bizim aydan arı, sudan duru" müxalifətimiz o sözü bir yerlərinə yamaq eləməsin. "Milli, ictimai, koordinasiya" bu kimi ciddi sözləri ələngə arvadlar kimi süpürüb müxalifətin elə bir yerinə dürtüblər ki, bundan sonra min yazıçı da çalışsa, bu sözləri hörmətə mindirə bilməz.

Vaxt var idi, "milli" sözünü eşidəndə adamın tükləri biz-biz olurdu, axı bu sözün dövlətçilik tariximizdə xüsusi bir çəkisi var idi, dilimizdə bayraq kimi dalğalanırdı. Amma Müsavat və AXCP bu sözdən özlərinə el arasında "milli şorba" kimi tanınan "Milli Şura" düzəldənə qədər.

İndi də "Strateji Düşüncə Mərkəzi" adlı qurum yaradıblar. Ada bax ha, "SDM", həqiqətən də qorxulu addır. Qısaldanda eynilə bu üç hərf görkəmində "Komitet-300" təşkilatına daxil olan biznes-kəşfiyyat qurumu var. Mən İsa Qəmbərin, Əli Kərimlinin kitab oxumalarını etiraf edirəm, burda qəribə bir şey də yoxdur, bekar adam nə etməlidir ki? Ya Odnoklassikdə, Facebookda yatmalı, ya kitab oxumalı, ya da gic-gic işlərlə məşğul olmalıdır. Birincini, qismən çıxmaqla, o birilərini tamamilə istisna etmirəm.

Di gedin, "strateji" sözü də gözdən düşdü, indi bir nəfər tap ki, bu sözün ciddiliyini qana bilsin. Sadəcə bunlara xoş gedən odur ki, hərəsinə bir qırmızı Gəncə xalçalarına bənzəyən vəsiqə verilsin və orada da "strateji" sözü yazılsın. Məsələn, "Strateji Düşüncə Mərkəzi"nin "direktor müavini", "icraçı direktoru" (bu söz dəhşətdir də, tüklərimi Tovuz süpürgələri kimi uzadıb üç metr edir), "məsləhətçi", "şöbə müdiri" və "şöbə müdirçəsi" və sairə. İndi öz aramızdır, ölkədə savadlı adamlar da azalır. Kim nə bilir ki, "strateji" sözü harda ciddi, harda qeyri-ciddi istifadə olunur.

P.S. İlahi, iki yoldan birini göstər bizə, ya İsa Qəmbərə ağıl ver, ya da ki, bizə fil səbri. Bu dövrdə fil-zad da tapılmır, azacıq da olsa, öz kərəmindən radikal müxalifətin başbilənlərinə ağıl nəsnə qıl.

Digər xəbərlər