Müxalifətin, xüsusilə də özlərini aparıcı hesab edən siyasi müxalifətin bu zamana qədər həmrəy olmadığı hər kəsə gün kimi aydındır. Hətta özlərinə belə aydındır. Eləcə də həmrəy olmadıqları kimi, həmrəng olmadıqları da bir çoxlarına bəllidir. Biri Rəsulzadə yolunu getməkdə, digəri isə Elçibəy yolunda olduğunu iddia etməkdədir. Amma bu şəxsiyyətlərin ikisi də sağ olsaydı, yəqin ki, bunların hansı yolda olduqlarını daha dəqiq deyərdilər. Ancaq bilənlər bilirlər ki, bunların getdikləri yol nə yoldursa, axırıncı yoldur. Və bu axırıncı yolu da özlərinə qənimət bilən bəzi müxalifət partiyaları elə başa düşürlər ki, nə zamansa hakimiyyətə yiyələnəcəklər. Fəqət, belə sabahları aça-aça 20 ildən artıq müddəti başa vyran müxalifət liderləri hakimiyyətə yiyələnə bilməməklərini də iqtidarın üzərinə yıxmağa çalşırlar. Amma bayaq da dediyimiz kimi, bilənlər hər şeyi çox yaxşı bilir.
Əgər bu qədər həmrəy olmağı istəyirsənsə...
Bu arada "Yeni Müsavat"a palazqulaq müsahibə verən Müsavat partiyasının başqanı İsa Qəmbər iddia edib ki, sən demə hakimiyyət ölkə daxilində həmrəylik yaranmasına imkan vermir (?!-R.). "Adımı sənə qoydum, səni də yana-yana"nı elə burda deyiblərmiş dədələrimiz! Bir qayıdıb adama deyərlər ki, ay İsa "bəy", sən nə zamandan təmsil olunduğun müxalifət düşərgəsində həmrəylik nümayiş etdirdin ki, indi də iqtidarı həmrəyliyə mane olmaqda ittiham edirsən? Əgər bu qədər həmrəy olmaq istəyirsənsə, ya da buna iddialısansa, get günü sabahları qayıt "Milli Şura"ya və AXCP sədri Əli Kərimli ilə ol həmrəy, hətta istəsən həmrəng! Ya da Cəmil Həsənlini özünə necə lider seçmişdinsə, indi də onu öz liderin kimi qəbul et. Bax, onda mən də dərhal götürüb yazacağam ki, Müsavat başqanı İsa Qəmbər müxalifət daxilində birlik və bərabərliyi təmin etməkdən ötrü öz həmrəylini nümayiş etdirdi. Yazmasam, qələmimin mürəkkəbi qurusun!
Yoxsa onun Əli Kərimli ilə nə fərqi qalacaq?
Məgər sən həmin İsa Qəmbər deyiliydinmi ki, AXCP ilə Müsavatı birləşdirib, "superpartiya" yaratmaq təklifi ilə çıxış etdin? Amma sonradan atdın "zadniyə" və dedin ki, bu qərara partiyanın qurultayında baxılacaq. Demişdin?.. Amma göründüyü kimi, nə birləşmə oldu, nə də qurultay. Üstəlik, AXCP ilə Müsavat arasında düşmənçilik bu gün də davam edir. Ona görə də həmrəylikdən danışanda arada yada salmalısan ki, sən Əli Kərimli ilə nəinki həmrəy, heç həmrəng də olmağı bacarmadın. İndi də düşmüsən ortaya ki, bəs iqtidar ölkə daxilində həmrəylik yaranmasına imkan vermir. Ona görə də yaxşı olardı ki, İsa Qəmbər belə məsələlərdən danışanda qocaldığını, əldən düşdüyünü, daha siyasətə yararlı adam olmadığını da etiraf etsin. Etmirsə, onda heç olmasa çəkilsin qınına, söz deməyərək, olan-qalan bir azacıq arına qısılsın...Yoxsa onun Əli Kərimli ilə nə fərqi qalacaq?