PDF Oxu

Köşə

  • 1 364

Sizə yer veriləcək

Sizə yer veriləcək

Müsavat partiyasının qurultay keçirə bilməməsi az qalır ki, "bəşəriyyətin ümumi problemi"nə çevrilsin. Qurultay məsələsini püfləyib o qədər şişirdiblər ki, axırda partlayıb öz sifətlərinə yapışacaq. Son iki ildə dünyada müharibələr bitdi, yeni müharibə ocaqları yarandı, ölkələr dağıldı, yeni dövlətlər quruldu, Krım da işğal olundu və daha nələr olmadı ki. Amma Müsavat qurultay keçirə bilmədi ki bilmədi. Paho, bu qurultay keçirmək nə boyda şey imiş ki. Burda deyiblər də, "itin əlinə bir girəvə düşdü, indi əldən vermək istəmir".

Guya aprel ayında Müsavatın qurultayı olmalı idi. And olsun Allaha ki, İsa Qəmbər özünü də partiyadaşlarını da bir yerinə sarıyıb. Hər ilin başlanğıcında deyir ki, apreldə qurultaydır, aprel gəlib çatan kimi deyir ki, ilin sonunda keçirəcəyik. İlin sonu da gələn kimi "ilin yekunu"nu bəhanə gətirib növbəti ilə söz verir. Bir qurultayı keçirə bilməyən İsanın iddialarına nəzər yetirəndə adam istəyir ki, başını aparıb kiminsə harasınasa soxsun. Yəni söhbət abırlı insandan gedir, amma İsada bu həya hardadır ki, illərdir aldatdığı insanlardan utana.

Bu da "NİDA"... İ.Qəmbər evində oturub keyf eləyir, arvadı Gülümsərov kimi universitetdə "alim"liklə məşğuldur, oğlanları nə oyun desən ondan çıxır, amma ortada xalqın balaları zibilə düşür. Həbs olunan "NİDA"çıların valideynləri də övladlarının həbsində məhz Müsavat başqanını günahkar bilirlər.

İki gün öncə toyda idik, söz jurnalistlərə verildi. Mənim ən zəhləm gedən şey toyda mikrofonla söz deməkdir. Bu dəfə də heç nə demədim. Növbə üzünü ilk dəfə gördüyüm "jurnalistə" çatdı. Mikrofona elə sarıldı ki, elə bil Kolimbiya gözəli barın ortasındakı yağlı boruya sarılıb. Başladı "Milli Şura" deyə böyürməyə. Mən o zaman bir daha başa düşdüm ki, dünyanın nə qədərə cin vuranı, dəli-cinnisi, vurma-çalmaya düşəni varsa, hamısı müxalifətdədir. Ay başınıza dönüm, toy hara, "Milli Şura" hara? Heç yeridirmi? Bir sözlə, bu "jurnalist" özünü dostunun xeyir işində yox, "Milli Şura"nın hansısa düşük iclasında hiss edirmiş. Araq da bir tərəfdən, adam dəli olar ki...

Hə, mətləbdən uzaq düşməyək. Eşitdiyimə görə, istədiyiniz tələblərə cavab verən zal veriləcək Müsavata. O zalı doldura bilməsəniz, bu dünyada sizdən nakişi adam yoxdur. Adamın bir abır-həyası olar. Ancaq eşitdiyim başqa bir xəbər Müsavatın "ya xalastoy" düyməsinin göstəricisidir. Gələn ilki parlament seçkilərini "nəzərə alıb" Müsavat bu il də qurultay keçirməyəcək. Guya qısa vaxta seçkiyə yeni başqanla getmək olmaz.

Digər xəbərlər