PDF Oxu

Köşə

  • 1 414

İsa Qəmbər Morninqstarı niyə müdafiə edir?

İsa Qəmbər Morninqstarı niyə müdafiə edir?

Qərbin bir çox insan hüquqları ilə bağlı fəaliyyət göstərən təşkilatlarının mütəmadi olaraq ölkəmiz haqqında qərəzli hesabatlarının şahidi oluruq. Xüsusilə də, xüsusi xidmət orqanlarının, Qərbin müxtəlif mafioz qurumlarının əmrlərini yerinə yetirən "Freedom House", "Human Right Watch" kimi təşkilatlar bir neçə aydan bir ölkəmizi hədəf seçirlər. Təbii ki, zatında, südündə naqislik olmayan adamlar buna sevinmir, informasiyalarla ölkələrdə təxribatlar törədən bu cür təşkilatlar qınağa tuş gəlir və gəlməlidir də.

Ancaq erməni mövqeyinə, düşmən mənafeyinə xidmət edən hesabatlara sevinib papağını göyə atanlar da, övladlarına toy edirmiş kimi yaxasına qırmızı lent bağlayanlar da var. Bax, elə İsa Qəmbər özü kimi. Adlarını çəkdiyim qurumların qərəzli hesabatları ilə bağlı onun mövqeyi hamıya bəllidir. Bəs Morninqstarın sərsəm bəyanatlarına necə baxır Qəmbər?

Müsavat başqanı sevinir və elə başa düşür ki, qocalıqdan ağlını itirib ağzına nə gəldi danışan Morninqstarın fikri məhz elə ABŞ dövlətinin rəsmi mövqeyidir. Ya da elə başa düşür ki, Morninqstara deyiblər ki, belə de, o da belə deyib. Lakin məlum olan odur ki, Morninqstar özünə və səfirliyə aid olmayan məsələyə qoşulub, lüzumsuz yerə özündən bəyanat verib və hazırda buna görə də sözün həqiqi mənasında ABŞ dövləti tərəfindən pazlanır. Azərbaycanla əməkdaşlığı "bəy taxtına" dost olmaq kimi qəbul edib sevinən ABŞ-a bu boyda problem nəyə lazımdır ki?

Keçən əsrin 90-cı illərinin əvvəllərində AXCP-Müsavat hakimiyyəti dövründə Azərbaycan dövlət idarəçiliyi gülünc bir vəziyyətdə idi. İ.Qəmbər həmin ənənəni özündə yaşadır. Bu adam o vaxt Rusiyanın qucağında oturmuşdu, amma bir tərəfi də Qərbin ovcunda idi. Hansı dövlətin rəsmisi zəng edib onunla danışırdısa, onunla "dosluq" edirdi. Elə zənn edirdi ki, Milli Məclisin sədri kimi bütün dünya buna təvəqqe edir. Qısası, bu adama görə elə bir dövlət yox idi ki, ölkəmiz həmin dövlətin qulu olmasın. Xirtdəyə qədər zibilin içində idik, ölkəmizdə bütün dövlətlərin kəşfiyyatçıları qırmızı vəsiqələrlə qara maşınlarda gəzir, strateji vəzifələr daşıyırdılar. Həmin şəxslərlə bu və ya digər formada əlaqələri də qalır. Amma Azərbaycanı qul etmək istəyənlər istəklərinə nail ola bilməsələr də, iyirmi ildən çoxdur ki, saçları ağappaq ağaran, iki oğul atası olan başqanı qul vəziyyətinə salıblar. Qərəzli, vicdansız, qeyri-obyektiv, səviyyəsiz hesabatlara və ağzından köpük axan bir səfirin sərsəm bəyanatına niyə də sevinib dəstək verməsin?

Samir

Digər xəbərlər