PDF Oxu

Köşə

  • 1 494

İsanın Musası gəlir

image

Musa adlı kirpibaş bir müxalifətçi var. Hələ mən tanıdığım qədərində bu adam 3-4 partiya dəyişib, axırıncı dəfə KXCP-də "fəallıq" edirdi. Təzəlikcə eşitmişəm ki, bu Musa İsa Qəmbərin qəbulunda olub, necə deyərlər, "dünyanı idarə edən dahi, fenomenal, müqəddəs, mükərrəm" başqan qonağını böyük "sevinc"lə qarşılayıb. Aralarında uzun söhbət olub və razılığa gəliblər ki, Musa Müsavatın vuran qolu olsun və nəhayət, yaxın gələcəkdə Müsavat başqanının müşaviri təyin olsun.

İndi bir az səbrli olun, İ.Qəmbərin Musası nə "qan"lar törədəcək. Bir sözlə, kələlərin edə bilməyəcəyini, bu kərtənkələ edəcəkmiş. Başqan bundan sonrakı ayı oyunlarını Musanın başında saf-çürük edəcək. "Allah bir tərəfdən alanda, bir tərəfdən də verər" deyirlər. Bu boyda sərvəti verib xalqımıza, amma bu boyda da "ağıllı müxalifət"i əlimizdən alıb. Azərbaycana ağıllı, normal müxalifət qismət deyilmiş. Allah vermədiyini bundan sonra kim çalışsa, düzəldə bilməz.

Müsavat partiyasında 2015-ci ilin planları, daha doğrusu, parlament seçkilərinin xəritəsi cızılır. Az-çox siyahıdan xəbərim var, o siyahıda elə adamların adı var ki, nə ali təhsili, nə iş təcrübəsi, nə normal ailəsi, nə də ad-sanı var. Di gəl, gələn il İTV-nin canlı efirində bu şəxslər elə böyürəcəklər ki, növbəti beş ilə qədər səsləri qulaqlarımızdan getməyəcək. Elə bu dəqiqə Nərimanov parkındakı çayxanaya get, Müsavatın deputatlığa gələcək namizədlərinin hamısını orda görə bilərsən. O qədər danışıb giley-güzar edirlər ki, artıq onların oturduğu masanı küncə çəkiblər ki, camaatın baş-qulağı dinc olsun.

AXCP sədri Əli Kərimlini ANS-in "gülü-çiçəyi" olan Elgiz əvəzləyə bilər. Xarakter, danışıq, hərəkətlərin sintezi baxımından çox oxşardılar. İnanın ki, belə olsa, AXCP daha çevik və təsiredici bir partiyaya çevrilə bilər. Nə qədər problemi olan müxalifətçi xəstə-xüstə varsa, hamısını da verilişə çıxararıq. Ə.Kərimli də olsun fəxri sədr. 3-4 ədəd də müğənni çağıraq, hərəsi birinə kömək eləsin. Bununla, həm müxalifətin problemlərini həll etmiş olarıq, həm də Elgizin rəhbərliyi altında yeni bir "siyasi" istiqamət müəyyənləşdirərik.

Yaxşı ki mayın 28-i var, yoxsa bizim müxalifət Məhəmməd Əmin Rəsulzadənin adı ətrafında necə konyuktura yarada, özünə dividend qazana bilər!? Hər il mayın 28-də Novxanıya gedib Rəsulzadənin qəbri üstünə 50 qəpiklik çiçək qoyurlar, mərsiyyə deyirlər, mənən üz-gözlərini cırıq-cırıq edirlər və sözün əsil mənasında özlərini zorla Rəsulzadəyə xələf seçirlər. Əgər o kişi sağ olsa idi, çoxdan Bakı şəhər prokurorluğuna müraciət edib hamınızı tutdurmuşdu. Heç nə yox, elə Müsavatın bugünkü rüsvayçı vəziyyətini görsə idi, atanıza od qoyardı.

Digər xəbərlər