PDF Oxu

Köşə

  • 1 498

Başqanlıq kreslosunun sirləri

Başqanlıq kreslosunun sirləri

İsa Qəmbər Müsavat partiyasının başqanı olaraq, hələ ki, yerindən "dəbərmək" fikrində olmadığını israrla göstərməkdədir. Gah özünə yaxın qruplar vasitəsilə "əvəzolunmaz başqan" olduğunu sübut etməyə çalışan, gah da digər bənzər vasitələrlə "ya mən, ya da heç kim" prinsipini önə sürən İsa Qəmbər artıq beş ilə yaxındır ki, sözügedən vasitə ilə kreslosundan ikiəlli, hətta ikiayaqlı yapışıb.

Xatırlayırsınızsa, Müsavat partiyası may ayının 24-də növbəti qurultayını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) rəsmi müraciət etmişdi. BŞİH-dən Müsavata müsbət cavab verilməsinə baxmayaraq, partiya qurultayı təxirə saldı. Hazırda İsa Qəmbər özünə yaxın adamları vasitəsilə rəhbərlik etdiyi təşkilatın nizamnaməsində dəyişiklik etməyə hazırlaşır. Ancaq bütün hallarda, qurultay keçirmək mütləqdir. Fəqət, buna da başqanın cürəti çatmır. Çünki o yatıb yuxusunda görüb ki, əgər postundan əl çəkməsə, ona bunu məcbur edəcəklər. Beləliklə, İsa Qəmbər yaman dara düşüb və oradan çıxa bilmir.

Lakin ortada digər xatırlatmalı olan məqamlar var. Məsələn, hələ 2003-cü ilin 15-16 oktyabr iğtişaşlarında sadə müsavatçıları meydanda tək qoyub uzun müddət evindən çölə çıxmayan, eləcə də 2005-ci il parlament seçkilərindən sonra mitinqçiləri və tərəfdarlarını növbəti dəfə tək buraxaraq "arxa qapıdan" qaçan Müsavat başqanı hazırkı məqamda da köhnə şakərini işə salıb.

Yəni göründüyü kimi, siyasi səhnədə qalmaqallı proseslər başlayandan Müsavat başqanı İsa Qəmbər yenə də susur, baş verənlərə münasibət bildirməməyə maksimum şəkildə səy göstərir. Çünki ortalıqda qalmaqallı siyasi alver məsələsinin müzakirə mövzusu olduğunu görüb özünü, onsuz da azalan nüfuzunu təmiz saxlamağa çalışır. Ancaq bu, mümkün deyil. Axı bu işlərin əvvəlindən çox şeylər bəllidir. Siyasətdə çirkab suya girib təmiz çıxmaq mümkün olmadığı kimi, bir çoxlarının da bu gün baş verənlərdən siyasi imicini təmiz saxlamaq cəhdləri alınmayacaq. Çünki siyasi alverin başında bu dəfə də İ.Qəmbər durur və bu gerçəyi kölgəyə çəkilməklə saxlamaq mümkün deyil.

Müsavatda siyasi dəyişiklik qaçılmazdır

İndi İsa Qəmbər ömrünün siyasətdən sonrakı dövrləri üçün özünə "gün ağlamaq" qayğıları ilə yaşayır. Digər tərəfdən, Müsavat başqanı növbəti dəfə ölkəmizin daxili siyasətilə yox, respublikamızın sərhədlərindən kənarda baş verən, lakin ölkəmizin də mətbuatının gündəmini zəbt edən olayla gündəmə gəlməyə çalışır. Belə bir qənaət hasil olur ki, müxalifətdə siyasi dəyişiklik qaçılmazdır. Xüsusilə, "facebook"dakı hərəkətlilik diqqəti cəlb edir. "Facebook" üzərindən təşkilatlanan müxalifət partiyalarının gənclik qolları davamlı olaraq radikal çağırışlar edirlər. Əslində müxalifətdə siyasi dəyişiklik baş verərsə, İsa Qəmbərin başqanlıqdan getmək ehtimalı xeyli yüksəkdir. Bu baxımdan, İ.Qəmbər özünün siyasi məqsədlərini reallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edir ki, bu da özünə qayıdan zərbə effekti verir. Gah qurultay məsələsini, gah da digər problemləri əlində bayraq edən İ.Qəmbər beləcə Müsavata rəhbərliyinin ömrünü uzadır. Amma bütün hallarda, onun aqibəti getmək müstəvisində tamam olmaqdadır. Hətta ikiəlli, ikiayaqlı öz kreslosundan yapışmasına rəğmən...

Digər xəbərlər