PDF Oxu

Köşə

  • 1 388

AĞZIYIRTIQLAR

AĞZIYIRTIQLAR

Azərbaycanın haqq səsinin Avropa məkanında ucalması yenə də bəzilərini pəjmürdə etdi. Pəjmürdə ona görə etdi ki, uzun illər boyunca yazdıqları donosları yenə də heç bir nəticə verməmiş qaldı. Yəqin elə buna görə də qabaqcadan aldıqları təlimatlar əsasında guya demokratik dəyərlərə tamarzı qaldıqları üçün ağızlarını bağladılar. Üstəlik, üzərinə Azərbaycanın maraqlarına qarşı çıxan və bununla həm mənəvi, həm də dövləti cinayətlər törədən tiplərin şəkilləri vurulmuş köynəkləri geyinməklə "məzlumluqlarını" göstərməyə cəhd göstərdilər. Əlbəttə ki, burada təəccüblü nə isə yoxdur. Axı bir halda ki, Leyla Yunus adlı bir siyasi (həm də fiziki) fahişənin maraqlarını müdafiə edən fərdlərdən başqa nə gözləmək olar axı?

Bu gün ölkəmizin rəhbəri yalnız regionda deyil, eyni zamanda Avropa və dünya məkanında tam qətiyyəti ilə bəyan edir ki, Azərbaycanda siyasi məhbuslar yoxdur, internet, media azaddır və müxalifət istənilən vaxt mitinqlər, aksiyalar keçirir. Ancaq gəlin görək, bütün bu kimi faktlar, yəni vurğulanan fikirlər mövcud ola-ola ağızlarına ləçər ləçəyi bağlayan və adlarını "kişi" qoyan bədnamlar niyə bu kimi ucuz, kimsənin marağına səbəb olmağı bacarmayan hərəkətlərə rəvac verdilər? Məsələnin birinci tərəfinə baxaq. Bəllidir ki, bunlar Avropanın bir çox nüfuzlu təsisatlarının Azərbaycanda demokratiya ilə bağlı problemlərin olmadığı haqqında rəylər verəcəyini yaxşı bilirdilər. Bilirdilər ki, Leyla Yunusun, eləcə də digər hüquq müdafiəçilərinin üst-üstə düşməyən "siyasi məhbus" hesabatları avropalı diplomatlarda da şübhə yaradacaq. Çünki rəqəm fərqləri ilə yanaşı, həmin siyahılarda adlar da üst-üstə düşməyib. Məsəlçün, Leyla Yunus erməni kəşfiyyatına verbovka etdirdiyi şəxsin adını siyahıya salıb. Onun siyahısında terrorçu da var, qatı cinayətkar da. İndi qardaş, Avropa təsisatları hərif-zad deyil ki, terrorçunun, qatı cinayətkarın adını siyasi məhbus kimi hallandırsın.

Digər tərəfdən, ölkə rəhbərimizin qətiyyətli çıxışı, sübutu və isbatı, verilən suallara tutarlı cavabları da avropalıları düşünməyə vadar etdi. Artıq hər şey on beş-iyirmi il bundan öncə olduğu kimi deyil. Bu gün Azərbaycanın demokratikləşmədə tutduğu mövqeyə hətta Qərb də həsəd aparır. Belə olan halda bəzilərinin ağızlarını bağlayıb, şəkilli "mayka" geyinərək, sözün həqiqi mənasında meymunluq etmələri, sirk klounları kimi özlərini xalqa güldürmələri qabaqcadan hazırlanmış ssenarinin tərkib hissəsi idi.

Son olaraq həm də belə qənaətə gəlmək olar ki, bunlar, əslində ağızlarını ləçərlərin ləçəyi ilə bağladıqlarına görə, ağzıbağlı deyil, ağzıyıtrıq olduqlarını nümayiş etdiriblər. Əgər bunların ağızları yırtıq olmasaydı, meymunluqlarını elə açıq şəkildə də sərgilədə bilərdilər. Görünür bunların ağzılarına bəziləri o qədər çox pul-para basıb-dürtüb ki, indi də ağızları yırtılıb. Yaxşı olardı ki, bu binəvalar Leyla Yunusun yanında çox qalmasınlar. Yoxsa sabah-birigün başqa yerləri də yırtılar. Avropalılar da bundan sonra onlara yaxşı baxmaz...

Digər xəbərlər