Vallah, insanı dəlicəsinə bir gülmək tutur. AXC-nin 25 illik yubileyi soğan doğranmış kefimə gül-çiçək şirəsi səpdi. Gülməkdən başqa bir yol qalmır ki, qalmır. Yubilyein şəkilləri saytlarda, xüsusilə də "Azadlıq.info"da yerləşdilən şəkillərə baxanda qəribə bir yazıqlıq müşahidə olunur. Ancaq sonda Əli Kərimli, Həsən Kərimov və Gözəl Bayramlının qanadları altında bütün cəbhəçilərin Hitler kimi qollarını göyə qaldırıb "qürur"lu epiloqları məni kövrəltdi.
Mini tədbirdə kimə söz verirdilərsə, həmin adam bilmirdi ki, nə danışsın. Cəmil Həsənli bircə dəfə də olsun Ə.Kərimli oturan masaya tərəf baxmadı. İbrahim İbrahimli "AXCP-Musavat dostluğunun mövcudluğunu təsdiqləmək üçün nitq söylədi. Bir neçə nəfər beləcə davam elədi. Sərdar Cəlaloğlu da çıxış etdi. Bəs görəsən, niyə "Azadlıq.info"da S.Cəlaloğlunun nə bir şəkli, nə də nitqindən bir cümləni işıqlandırmadı?
Mən AXCP ilə bağlı bütün suallara massaj salonlarında cavab tapıram. Bu sualın cavabını da hər kəs bilir. Bir də görürsən ki, 12 il yarımlıq fahişə sənə əxlaqdan, tərbiyədən və ailə dəyərlərindən elə sözlər deyir ki, adam istəyir şalvarını çıxarıb ona yaylıq eləsin. İndi AXCP-dir də, qoy demokratiyadan, ədalətdən nə qədər danışırsa, danışsın.
Hamı bilir ki, S.Cəlaloğlu yeri gələndə AXCP-ni də, Müsavatı da yıxıb-sürüyür. Özü də elə bir formada ki, nə Ə.Kərimli, nə də İ.Qəmbər cavab verə bilmək gücündə olmur. Ə.Kərimlinin çıxışı lap utandırıcı və gülməli oldu: "Azərbaycana azadlığı biz qazandırdıq, demokratiyanı da biz qazandıracağıq". Bu bədbəxt Elçibəydən sitat gətirməklə, guya ağıllı söz demiş oldu. Amma bu boyda məntiqsizlik qınanmalıdır. Azərbaycana azadlığı AXCP yox, Azərbaycan xalqının özü qazandırdı, xalqımız özü müstəqilliyini əldə etdi. Bu, sizin başınız üçün deyildi.
Bununla da bitdi, bir də qaldı 2015-ci ilin payızına. Həmin vaxt AXCP yenə də bir az atılıb-düşəcək, sonra bir daha qış yuxusu... Daha sonra 2019-cu il və AXC-nin 30 illiyi. Bu dəfə yığıncağımızı böyük zalda keçirərsiniz.