Özünün dediyinə görə, Əli Kərimli guya Rusiyanın "Həmrəylik" hərəkatının lideri Boris Nemtsovdan yazacaqmış. Ağ yalandır, insan sevincək olanda belə münasibətlər bildirir, hansısa bir yazı ilə çıxış edir. Bəs Ə.Kərimlini sevindirən nədir? Görün nə boyda şey olub ha. Rusiyanın "Həmrəylik" hərəkatının lideri Boris Nemtsov AXCP-ni 25 illiyi münasibətilə təbrik edib. Edib, edib də. Ə.Kərimlinin bu şəxs haqqında yazdıqlarından görünür ki, elə AXCP-ni təbrik edənlər içərisində ən "sanballı"sı bu imiş. Təbii ki, əgər hansısa ölkənin prezidenti AXCP-ni təbrik etsə idi, Ə.Kərimli heç vaxt onu qoyub B.Nemtsovdan yazmazdı. Sən demə, bu adamlar Rusiyanın adi bir partiyasının təbrikini özləri üçün böyük fəxr bilib, şişirdib gözümüzə soxurlar.
Ay Ə.Kərimli, Azərbaycanda ən geridə qalmış nəyinsə yubileyi keçiriləndə belə, onu ABŞ-dan tutmuş Mozambikə qədər bütün ölkələrin prezidentləri yekə bir namə yazıb təbrik edirlər. İndi nə olub ki, Nemtsovu az qalırsan ki, Janna Dark kimi qələmə verirsən!?
Ə.Kərimli deyir ki, guya məktubda göstərilib ki, AXC SSRİ-yə qarşı prinsipial mübarizə aparıb və onu dağıdıb. Artıq XXI əsrdir, bizim müxalifət hələ də uşaq olaraq qalıb. Bu adamlar başa düşə bilmirlər ki, ABŞ-ın dağıda bilmədiyi SSRİ-ni AXC-nin dağıtdığı haqqında iddia irəli sürmək İsa Qəmbərin vicdana sahib olması qədər qeyri-mümkündür. Elə Elçibəy də ABŞ-ın oyuncağı idi. Təkcə 1980-1983-cü illərdə SSRİ-də qondarma "azadlıq" hərəkatları yaratmaq üçün ABŞ 20 milyard pul xərcləmişdi. Bundan əvvəlki illərdə də milyardlar xərclənirdi. Elçibəy də elə bilirdi ki, "liderdir". Dünyanı idarə edən mərkəzlər səndən elə istifadə edir və elə kukla kimi oynadır ki, özünü şahənşah zənn edirsən. Xalq hərəkatlarını da, inqilabları da xalq etmir.
Ə.Kərimlinin B.Nemtsov haqqında yazdığı mədhiyyə Facebookda müzakirə olundu. İlahi, dəhşətə gəldim. Elə bil ki, Vilyam Volos və Janna Dark haqqında fikirlər yazırlar. Ə.Kərimlini o qədər tərif etdilər ki, heç dində Peyğəmbərlər (Ə), İmamlar (Ə) o qədər tərif olunmur.
"Azadlıq" qəzetində milli şuradan yazılır. Yazılır ki, 3 ton heroinlə bağlı milli şura izahat tələb edir. A kişi, birincisi, 3 ton heroin müsadirə olunub, bunu dövlət bilər və cinayətin də qarşısı alınıb. İkincisi, siyasi qurumun heroinlə nə işi? Bu zibil "Milli Şura"nızın nizamnaməsində gərək yazaydınız ki, "heroinlə bağlı məsələlərə burnunu soxacaq", nə bilim daha nələr.