PDF Oxu

Köşə

  • 1 555

Jirinovski və bizdə olanlar

Jirinovski və bizdə olanlar

Jirinovski tərs danışanda sevinirlər, düz danışanda yenə də məyusluqdan burunlarının uclarında qımıldanırlar. Müxalifətimiz Jirinovskini "Rusiya siyasətinin lakmus kağızı" da adlandırdı. Bu adam olanları, həqiqətləri dedi, məgər Jirinovskinin dedikləri gözünüzün qabağında deyilmi? Elə Rusiyada da, dünya ölkələrində də bilirlər ki, Jirinovski kimsənin sözünü demir, ya sərt tənqid edir, ya da tərif. O adam elə tərsdir ki, bütün dünyanı da yığsan fikrini dəyişdirə bilməzsən. Müxalifət ona əsaslanır ki, Jirinovski əvvəl Azərbaycanı tənqid edirdi, indi tərif edir və deməli, Rusiya dövləti onun vasitəsilə hansısa siyasi manevr edir. Rus dövlətinin siyasi manevr etməyə daha təsirli bir metodu yoxdurmu? Və ya Azərbaycan iqtidarı o qədər sadəlövhdürmü ki, Jirinovski vasitəsilə edilən siyasi manevri dərk edə bilməsin? Çox gülməlidir.

Mənim Jirinovksini tərifləmək fikrim yoxdur, amma fakt budur ki, onun partiyasının deputatlarının sayı Müsavatın ümumi üzvlərinin sayından daha çoxdur. Rusiya Dövlət Dumasında 56 millət vəkili ilə təmsil olunur. İndi Dərnəgüldə oturub siyasi analizlər etmək elə də çətin deyil, kimin ağzına nə gəlirsə, məruzə edir, nəticədə ümumi "ağızdan çıxanlardan" bir siyasi şərh ortaya qoyulur. Adı da olur politoloq.

Gözümüzün ağı-qarası Gülağa Aslanlı Jirinovskini tənqid etməklə bərabər bu il keçiriləcək bələdiyyə seçkilərinə də münasibət bildirib. Həqiqətən çox gülməli danışıb: "Böyük ehtimalla Müsavat partiyası bələdiyyə seçkilərində rayon təşkilatlarının arzusunu nəzərə alaraq, bu məsələdə onlara sərbəstlik verəcək və seçkilərdə iştiraka hazırlaşmaq üçün tapşırıqları olacaq. Müsavat partiyası hələ Məclisdə qərar verib ki, seçki qanunvericiliyində dəyişiklik olmayacaqsa, məhz bu cür saxlanılacaqsa, böyük şəhər bələdiyyələri müəyyənləşməyəcəksə, bələdiyyələrin statusları artırılmayacaqsa, bu cür seçkidə Müsavat partiyası partiya olaraq iştirak etmək haqqında hələ qərar verməyib. Amma rayon təşkilatlarına iştirak etmək üçün şəraiti öyrənmək, komandaları yaratmaq, namizədləri müəyyənləşdirmək məsələsində sərbəstlik verir".

Cümlələrə fikir verin: Müsavat rayon təşkilatlarına sərbəstlik verəcək, Müsavat seçkidə iştirak etmək üçün hələ qərar verməyib və zəncirvari şərtlər. Atamoğlan demişkən, sən indidən uduzmusan ki. Biabırçılıq odur ki, iki-üç aydan sonra seçkidir, amma müxalifətin istirahəti bitməyib.

Müsavatda olan tanışlardan biri and içib aman eləyir, Nurəddin Məmmədli bu il bələdiyyə seçkilərinin olacağını bilmirmiş. Kimsə yanında deyib və onun da cavabı belə olub: "yaxşı ki yada saldın, radikal layihələr hazırlamaq gərəkdir".

Digər xəbərlər