PDF Oxu

Köşə

  • 1 644

Leyla Yunus və Kürdəxanıdakı ayaqyolu

Leyla Yunus və Kürdəxanıdakı ayaqyolu

SDİ rəhbəri Leyla Yunusun əməllərinin üstü açılanda "qarınağrısına" düşməsi, sən demə, erməni ənənələrindən biri imiş. Xatırlayırsınızsa, bir neçə il əvvəl Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı çətin vəziyyətə düşən və işğalçılıq siyasətinə haqq qazandıra bilməyən Ermənistan prezidenti Serj Sarkisyan milyonların gözü qarşısında "qarınağrısını" bəhanə edib aradan çıxmışdı. L.Yunusun bu "ənənəyə" sadiqliyi onun ermənilərlə genetik bağlılığından və onlara sonsuz məhəbbətindən xəbər verir. Belə ki, üzdəniraq hüquq müdafiəçisinin "zavallı ermənilər"in müdafiəsinə qalxması birinci hal deyil. O, erməni lobbisinin sifarişlərini yerinə yetirərək, guya Azərbaycanda insanların hüquq və azadlıqlarının pozulması, bəzi adamların siyasi fəaliyyətlərinə görə həbs olunmaları barədə rəy formalaşdırır, beynəlxalq təşkilatlara respublikamızdakı "siyasi məhbuslar"ın adlı siyahısını təqdim edirdi. Ermənilərin sifarişlərini yerinə yetirən Leyla Yunus Azərbaycan və Ermənistan arasında danışıqlar aparmaq səlahiyyətinin yalnız ölkə başçısına məxsus olduğunu bilə-bilə işğalçı ölkəyə nümayəndələr göndərilməsini, orada danışıqlar aparılmasını da təşkil edirmiş. Və artıq bütün bunlar arxada qaldı. Leyla Yunusun antimilli hərəkətlərinə, ermənipərəst mövqeyinə, "zavallı ermənilərin" hüquqlarının müdafiəsinə qalxmasına, ölkəmizin ünvanına şər və böhtan yağdırmasına nəhayət son qoyuldu. Hətta o, bu dəfə "qarınağrısına" düşdüyünü bəhanə edib aradan çıxa bilmədi.

"Adını hüquq müdafiəçisi" qoyan L.Yunusun antimilli əməllərinin üstü açılanda ilk növbədə onun müdafiəsinə məhz Ermənistanın qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələri qalxır. Xatırlayırsınızsa, bir qədər əvvəl Leyla Yunus Fransanın və ABŞ-ın Azərbaycandakı səfirliklərinin əməkdaşlarının vasitəçiliyi ilə qaçıb aradan çıxanda o, Bakı Hava Limanında saxlanılmışdı. Üzdəniraq hüquq müdafiəçisinin saxlanılmasına ilk etirazını bildirən Ermənistanın kütləvi informasiya vasitələri L.Yunusun müdafiəsi ilə bağlı əməlli-başlı kampaniyaya başlamışdılar. "Novosti Armenii", "Panarmenian", "Panorama", "Erkramas", "Epress.am" və digər aparıcı erməni nəşrlərinin başlıca mövzusu məhz Leyla Yunusa həsr olunmuşdu. Onlar Leyla Yunusu erməni və Azərbaycan xalqları arasında körpü yaratmaq istəyən, Azərbaycanda ermənidən düşmən obrazı yaradılmasına qarşı mübarizə aparan fədai kimi təqdim edirdilər. Çoxsaylı məqalə və müsahibələrdə ermənilər göstərirdilər ki, guya Leyla Yunus siyasətin qurbanıdır. Erməni mediası L.Yunusla Əkrəm Əylisli arasında paralellər də aparırdılar. Bildirilirdi ki, onların hər ikisi "öz vətəndaş mövqelərinə (?-R.) görə əzab çəkmək (?!-R.) məcburiyyətində qalıblar".

Beləliklə, fəaliyyəti boyu Azərbaycan dövlətinə qarşı mübarizə aparan, bu işdə xarici havadarlarından, erməni lobbisindən və ermənilərin çaldıqları havaya oynayan bəzi ermənipərəst beynəlxalq təşkilatlardan dəstək alan, hətta ermənilərlə işbirliyi qurmaqdan belə çəkinməyən Sülh və Demokratiya İnstitutunun rəhbəri L.Yunus bu gün də ənənəsini davam etdirməkdədir. Antimilli, anti-Azərbaycan mövqeyi ilə fərqlənən "hüquq müdafiəçisi", əslində, belə fəaliyyəti ilə ermənilərin dəyirmanına su tökmüş olub. Çünki onun istənilən fəaliyyətinin arxasında maddi maraqlar dayandığından ermənilər tərəfindən alət kimi istifadə edilir. Təbii ki, belə fəaliyyət torpağının 20 faizi işğal altında olan Azərbaycan vətəndaşı, adını azərbaycanlı qoyan bir şəxs tərəfindən qəbul edilə bilməz! Artıq Leyla Yunusa qarşı irəli sürülmüş ittihamlar obyektiv şəkildə araşdırılmağa başlanılıb. Deyəsən, "hüquq müdafiəçisi" bu dəfə "qarınağrısını" bəhanə edib aradan çıxa bilməyəcək. Çıxa biləcəyi yer isə sadəcə Kürdəxanıdakı ayaqyolu olacaq.

Digər xəbərlər