PDF Oxu

Köşə

  • 1 650

ERMƏNİLƏR QARŞISINDA SƏMİMİ GÖRÜNƏNLƏR

ERMƏNİLƏR QARŞISINDA SƏMİMİ GÖRÜNƏNLƏR

Bir həqiqət var ki, dünyanın sivil ölkələrində, tərəqqi edən dövlətlərdə dövlətçilik maraqlarına, Vətən amilinə xəyanət edən kəslər, satqın və dönüklər istər iqtidarın, istərsə də sağlam müxalifətin kəskin qınağına tuş gəlirlər. Lakin o da bəllidir ki, bu cür satqınlara ağır cəzalar da verilir. Belə ki, satqınlıq damğasını daşıyanlar gələcəkdə də həmin addımlarını təkrarlaya biləcək qədər mənfur ünsürlərdəndirlər. Fəqət, hər yerə olduğu kimi, bizim ölkəmizdə də dövlətə, milli maraqlara və xalqa xəyanət edənlər var və onları müdafiə edənlər də həmin ünsürlərin ətrafındadır.Ancaq budəfəki mövzu xəyanətkarlardan bəhs etsə də ortada digər vacib məqamlar mövcuddur. Məsələn, artıq məlum səbəblərə görə həbsdə olan Leyla və Arif Yunusların və digərlərinin həbsi ənənəvi müxalifət düşərgəsini nədənsə narahat etməyə başlayıb. Çünki belələrinin həbsi ilk növbədə satqın müxalifət "liderlərinin" növbəti satqınılıq ideyalarının reallaşmasının qarşısını alır. Görünür bu səbəbdən, AXCP, Müsavat və digər partiyalar haqlı olaraq həbsə atılan xəyanətkarları müdafiə edir, müdafiə komitələri yaradır, xarici təşkilatlar qarşısında əzabkeşlər imici formalaşdırmağa çalışırlar.Məsələn, onlar xarici təşkilatlar qarşısında belə bir şüarlar səsləndirirlər ki, guya Leyla Yunus şəkər xəstəliyindən və böyrək çatışmazlığından əziyyət çəkir, ərciyəzi Arif Yunusun isə sən demə ürəyində xəstəlik var. Məhz bu kimi şivənçilik metodları ilə özlərinə xal toplamağa çalışan müxalifət partiyaları nəticədə həmin təşkilatlara "Azərbaycanda repressiya" olduğunu inandırmağa cəhd göstərirlər. Sən demə,Vətənin "mərd" oğul-qızlarının başında da Arif və Leyla Yunus cütlüyü dayanırmış (?!-R.).Təəssüf ki, açıq-aşkar erməniyə işləyən bu mənfur cütlük xarici təşkilatlara belə tanıdılır. Üstəlik, belə tanıdılmalar arxasında qrantlar da əldə edilir. Sadəcə bir sual etmək lazımdır ki, əcəba, siz erməni kəşfiyyatına dövləti maraqları satan ünsürlər sayəsində aldığınız qrantları öz arvad-uşağınıza necə yedirdirsiniz?!Məhz bu kimi ürəkbulandırıcı məsələlər ətrafında gah ABŞ hökuməti, gah "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı, gah da Avropa qurumları və oralarda uzun illərdir ki, yer eləmiş erməni lobbiləri dövlətə xəyanətdə ittiham edilən ermənipərəst Leyla Yunus və Arif Yunusun həbsindən "bərk narahatdır" olduqlarını bəyan edir, üstəlik bir az da irəliyə gedərək, onların azadlığa buraxılmaları barədə bəyanatlar verirlər.Demək belə çıxır ki, bu gün ABŞ-da irqçilik faktorunun cücərdiyi bir zamanda buna etiraz edənlər həbs oluna bilər, Qərb mətbuatında konkret senzuralar tətbiq edilir və buna etiraz edən jurnalistlər siyahıya alınaraq məxfi orqanların nəzarətinə götürülə bilər, amma Azərbaycanda milli dövlətçilik maraqlarını satanlar dərhal azad olunmalıdır?! Sizcə, bu, absurd fikir deyilmi, dəyərli oxucular?Demək, belə çıxır ki, Azərbaycana dövlətə, iqtidara qarşı təhqir, böhtan yağdıran "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid tutulmamalı, Tbilisidə erməni kəşfiyyatıçısı İsparyanla əlaqə qurub Vətənə xəyanət edən Ruslan Bəşirli həbs edilməməliymiş.Baxın, bu gün həbs olunanları daha kimlər müdafiə edir - ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyov, "Milli Şura"nın sədri Cəmil Həsənli. Yəni Rüstəm İbrahimbəyov açıq-aşkar Bakının ermənilər üçün darıxdığını deyib və erməniləri Bakının siması adlandırıb. Yaxud da Cəmil Həsənli öz qızını erməni əsilli bir şəxsə verib hazırda da erməni aşnalarının maraqlarını təmin etməklə məşğuldur. Məhz budur fakt, budur dəlil! İndi belələrinin Azərbaycanın adından, milli mənafedən dəm vurmaları ümumiyyətlə səmimi görünmür. Onlar yalnız ermnənilər qarşısında səmimi görünə bilərlər.

Digər xəbərlər