PDF Oxu

Köşə

  • 1 863

Müsavatın qurultay gözəlləri və yekə Nəsiman

Müsavatın qurultay gözəlləri və yekə Nəsiman

Nəsiman Yaqublunu tələbə vaxtından tanıyıram. Boğazının altındakı əti o qədər yığıb sinəsinin altına yapışdırırdı ki, köynəyinin üst düyməsi heç vaxt yerində olmurdu. Qətiyyən kimsəyə salam verməzdi, xüsusilə də özünəməxsus yekəxanalığı, lovğalığı ilə universitetin dəhlizində elə yeriyirdi ki, elə bil hamı bunun atası Qara kişidən pul alıb qaytarmayıb. Ya da ki, tələbələrin təhsil haqqını da Qara kişi özü ödəyirmiş. Düzdür, mühazirələrini vaxtında oxuyardı, amma tələbələr onun mühazirəsini sevirdimi? Nəinki sevmək, hətta N.Yaqublunun dərsində dekan İsmayıl Əhmədov tələbələri məcbur gətirib dərsə soxurdu. Tələbələr bezirdi, ancaq özünü tərifləyər və Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı olduğu üçün özündə nəsə fövqəladə bir şey hiss edirdi. Amma başa düşmürdü ki, Məhəmməd Əmin irsini araşdıran QHT-si indiyə qədər nə qədər pul yeyib və bu pullar həqiqətənmi Rəsulzadə irsinin araşdırılmasına sərf olunub?

Mən bildiyim qədər, onu məhz lovğalığına görə heç Müsavatın divan üzvü olsa da, heç bir iclasa-zada çağırmırlar. Dünən xəbər saytlarından biri N.Yaqubluya zəng vuraraq Müsavatın qurultayında hansı namizədə dəstək verəcəyini soruşublar. Cavaba diqqət edin: "Müsavatda qurultay öncəsi baş verənlər haqqında danışmayacam. Zəng edib mənə bu məsələ ilə bağlı suallar verməyin".

Birinci cümlədə çox böyük xof, peşmançılıq, qaragüruhçuluq, ikinci cümlədə isə zırpı bir təkəbbür, yekəxanalıq var. Yadıma "Nəsimi" filmi düşdü. Teymurləngin oğlu Şəmsə deyir ki, "nədir səni belə əyilməz eləyən?" İndi lətifəsi səndən iraq, ay Nəsiman müəllim, sən onsuz da o qədər əyilmisən ki, sınmağına da gərək qalmayıb. Bəs nədir səndəki bu lovğalıq, təkəbbür? Bəlkə insan olduğunu da nə vaxtsa özün öz qulağına pıçıldayasan...

Müsavat başqanlığına namizədlərin hoqqaları qabaqdadır hələ. Siz siz olun, mən də mən. Başqanlığa namizəd Səxavət Əlisoyun uduzacağı şübhə doğurmur. Amma qurultaydan sonra S.Əlisoy sandığı elə açacaq ki, içindən çıxmayan olmayacaq. Baxın, görəcəksiniz ki, Müsavatdan istefa verib o da özünə bir partiya yaradacaq. Q.İbadoğlu aldığı pullara, QHT oyunlarına görə məsuliyyətdən yaxa qurtara bilməyəcək. Tural Abbaslı Arif Hacılı ilə düşmənçiliyini davam etdirəcək. Yerdə qaldı Hacılı. Əgər o qalib gəlsə (guya) o zaman Müsavatla massaj salonlarının heç bir fərqi olmayacaq. Qərargahda o qədər pastellər qurulacaq ki, düşmənçiliklıər o həddə çatacaq ki, Rəsulzadənin ruhu bunların hər yerinə söyəcək.

"A.Hacılının vızıltısı gəlir... "Bu cümlə müsavatçılara çox tanışdır. O, qərargaha gələndə T.Abbaslının tərəfdarları onu bu cür sözatmalarla qarşılayırlar: "milçək vızldayıb keçdi elə bil". O da başını aşağı salıb iki günlük gəlinlər kimi guya abır-həyasına qısılıb tez özünü qərargaha soxur.

Digər xəbərlər