PDF Oxu

Köşə

  • 1 983

"KLAVİATURA QƏHRƏMANI"

"KLAVİATURA QƏHRƏMANI"

Hər gözəlin bir eyibi olması məsəlindən fərqli olaraq, AXCP sədri Əli Kərimlinin nəinki bir, hətta yüzlərlə eyibi mövcuddur. Hərgah, Əli Kərimlini gözəlliyə aid etmək qeyri-mümkündür. Yəni bu adam öz partiyadaşları yanında gözəl görünə bilər, amma ictimai rəydə onun eybəcərlikləri "N" qədərdir. Hansını sayasan ki...

2005-ci ilin parlament seçkilərindən sonra boynunda narıncı şərfi sallana-sallana...

Bu günlərdə Əli Kərimliyə daha bir ad qoyuldu - "KLAVİATURA QƏHRƏMANI". Yəni ki, AXCP sədri uzun illərdir, meydanlarda ora-bura qaçaraq heç bir qəhrəmanlıq nümunəsi göstərə bilməyib. Nə 2003-cü ilin oktyabr hadisələrində, nə də ki, 2005-ci ilin noyabr olaylarında. Xatırlayanlar yaxşı xatırlayarlar ki, 2005-ci ilin parlament seçkilərindən sonra boynunda narıncı şərfi sallana-sallana polis dəyənəyindən qorxaraq qaçan Əli Kərimlinin üzü vahimədən nə qədər ağarıb-solmuşdu. Hətta o zamankı "Qələbə" kinoteatrının qarşısında sıravi "cəbhəçilər" döyülərkən, AXCP sədri onları yarı yolda qoyaraq aradan çıxmışdı. Bütün bunlar isə öz yerində.

Məsələ ondadır ki, bu gün həmin o Əli Kərimli meydanlara çıxmağa cürət etmədiyinə görə, indi də başlayıb "Facebook"da "qəhrəmanlıq" göstərməyə. Bu "klaviatura qəhrəmanı" daha hansı tip "qəhrəmanlıqlar" göstərmir ki!

Bu qəhrəmanlıq deyil, sadəcə qəhhh...rəmanlıqdır, Əli Kərimli!

Gah təmsil olunduğu "Milli Şura"nın fəaliyyətini mədh edə-edə bu qurumu "demokratiyaya" doğru aparan yeganə yol" kimi, gah hakimiyyətin işini-gücünü buraxaraq "onlarla mübarizə aparması" kimi, gah da "özünün həbs olunması təhlükəsi yaşaması" kimi iddiaları şaraqqa-şaraqqla klaviaturada döyəcləyib yazan Əli Kərimli guya bu vasitə ilə nəyəsə nail olacağını düşünür. Ancaq bu, belədirmi?

Şəxsən mən Əli Kərimlinin "klaviatura qəhrəmanlığını" ruslar demişkən, "SEKRETARŞALIĞA", yəni çap maşınında səhifə yığan katibələrə bənzədirəm. Axşam düşən kimi evinə qaçıb, klaviatura dalına keçən AXCP sədri başlayır "millət", "qeyrət", "şərəf", "mübarizə" kimi ifadələrlə ictimaiyyətin zəhləsini tökməyə. Ancaq bu ifadələrin heç birini ona aid etmək mümkün deyil. Guya ki, bu düşərgədə ondan ağıllısı yoxdur və Əli Kərimli yek müxalifət lideridir və s. Məsələ aydındır, bu adam artıq olan-qalan ağlını da itirib və çox təbii ki, sərsəmləmələri də bununla bağlıdır.

Əslində, AXCP sədri belə "inqilabi" ifadələrini yaymaqla qorxduğunu bariz şəkildə sərgiləyir. Bəli, o, qorxur. Qorxur ki, müəyyən əməllərinə görə o da nə zamansa cavab verməli olacaq. Ona görə də başlayır qabaqcadangəlmişliklər etməyə. Düşünür ki, belə şeydə ona sərf edəcək yeganə amil "klaviatura qəhrəmanlığıdır". Fəqət, belə "qəhrəmanlıqlarla" isə çox uzağa getmək olmaz. Bu qəhrəmanlıq deyil, sadəcə qəhhh...rəmanlıqdır, Əli Kərimli!

Digər xəbərlər