PDF Oxu

Köşə

  • 1 965

Korlar cəmiyyəti- Avropa Parlamenti

Korlar cəmiyyəti- Avropa Parlamenti

Çox maraqlıdır... Amma mən əminəm ki, Avropanın gözü kordur, Avropa Parlamenti də korlar cəmiyyətidir. Müqayisə edək, niyə belə dediyim aydın olsun. Avropa Parlamenti bir milyonu görmür, amma bir tək Leyla Yunusu görə bilir. Bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin düşüb, onların yaxınları ermənilər tərəfindən ən amansız üsullarla qətlə yetirilib. Amma Avropa Parlamenti bunu görmür, daha doğrusu, görmək istəmir. Buna baxmayaraq bir müddət öncə Leyla Yunus həbs edildi, qoluna qandal vurulan kimi bütün Qərb, o cümlədən Avropa Parlamenti öz altına biz qoydu. Elə bil doğma analarını tutub ora basmısan. O zaman bunlar ar sayılmırmı?

Ölkəmiz haqqında "donos"lar əsasında müzakirələr keçirildi, qərarlar verildi. Paho, gör ha. Bəs görəsən, Avropa Parlamenti qanırmı ki, onların bu müzakirə və qərarları heç bizim vecimizə də deyil!? Belə şeyləri çox görmüşük, düşmənlərimizin "əziyyəti" hesabına Azərbaycan haqqında qəbul olunan hər hansı bir qərara boyun əyəcəyimizimi düşünür bunlar? Çox gülməlidir. Qərbin bədbəxt deputatları anlamaq istəmirlər ki, bir neçə aydır Putin bu boyda qitə və materiklərinizi çubuğuna dolayıb. İndiyə qədər onlarla sanskiya tətbiq etmisiniz, heç biri də effekt verməyib. Əksinə elə Avropanın öz ziyanına işləyib. Bilirsinizmi niyə? Çünki Avropa Putinin boyunun bir o qədərinin də Avropanın dərin dövlət idarəçiliyinin lap dərin qatlarında olduğunu qəbul etmək istəmir. Amma bu, həqiqətdir. Biz Rusiya deyilik, amma Avropanın enerji təhlükəsizliyi də məhz bizim əllərimizdədir. Ağlınızı başınıza yığın və bu saçma-sapan qərarlarınızı bir yerinizə dürtmələyin. Biz sizin üçün Mozambik, Efiopiya, Ermənistan və Uqanda deyilik.

Görəsən Avropada daha çox repressiya var, yoxsa Azərbaycanda? Konkret dövlətlərə keçək. Əgər İngiltərə, Almaniya, Fransa, ABŞ bu dövlətlərin hər birində 100-dən əskik siyasi dustaq varsa, Allah mənə lənət eləsin. Əgər bu dövlətlərin hər birində hər il hüquq müdafiəçiləri, jurnalistlər həbs olunmursa, öldürülmürsə, Allah mənə bu dəfə lap ikiqat lənət eləsin. Mən bununla bu tip hallara haqq qazandırmıram. Sadəcə bildirmək istəyirəm ki, Azərbaycanda müxalifətçilərin heç biri siyasi mövqeyinə görə həbs olunmayıb. Amma təəssüf ki, sizdə belədir, sizmi bizə ağıl verirsiniz? Öncə öz yamaqlarınızı yamamağı bacarın. Ölkəmizdə həbs olunan müxalifətçilər xuliqanlıqlarına, vətənə xəyanətlərinə, oğurluqlarına görə həbs olunublar. Biz Avropa qədər zəif deyilik ki, vətəndaşlarımızı siyasi mövqeyinə görə şərləyib həbs etdirək.

P.S. Sual olunur, Efiopiyada Almaniyaya məxsus 3 gizli həbsxananın olduğu yalandırmı? Almaniya siyasi mövqeyinə görə həbs olunan vətəndaşlarını, keçmiş dövlət məmurlarını niyə öz ölkəsində yox, məhz Efiopiyada saxlayır? Almaniyalı deputat Aleksandr Lord buna aydınlıq gətirə bilərmi?

Digər xəbərlər