PDF Oxu

Köşə

  • 1 782

SƏS-KÜYƏ BAX EEE...

SƏS-KÜYƏ BAX EEE...

Deyirəm bu müsavatşıların nə səbri var, nə də hövsələsi. Düz 20 ildən artıqdır ki, müxalifətdədirlər, buna səblrəri yetir, amma Arif Hacılının başqan seçilməsini həzm edə bilmirlər. Qardaş, qoyun, imkan verin ki, adam bir bismillah eləsin, camaat da görsün ki, axı o, bir başqan kimi nəyi götürüb, nəyi qoyur. Sonra da düşün üstünə ki, bəs filan zadı niyə behməkan elədin və s. Yoxsa ki, müxtəlif qruplara ayrılan müsavatçılar - Qubad İbadoğlu qruplaşması bir yandan, Tural Abbaslı qruplaşması da o biri yandan döşəyirlər Arif Hacılıya və onun qruplaşmasına. Biri bu yandan durub deyir ki, mənim başqanım Qubad İbadoğludur, o biri də o yandan qalxıb deyir ki, yox, mənim başqanım nə Qubad İbadoğludur, nə də ki, Tural Abbaslıdır, mənim başqanım Arif Hacılıdır. Bir sözlə, aləm qarışıb, məzhəb itib o boydana partiyada. Yazıq köhnə başqan İsa Qəmbər yəqin elə buna görəydi ki, Müsavatın qurultayını gecikdirirdi da bə! Bilirdi ki, qurultay keçirilsə, təzə başqan seçilsə, partiyada kəskin fikir ayrılıqları yaşanacaq, istefalar və parçalanmalardan da yaxa qurtaran olmayacaq. Bilirdi da, bilirdi. Necə deyrərlər, "mal mənimdir, kəramətinə də bələdəm" məsəli elə bu yerdə deyilib.

İndi gəl baş aç görüm, necə baş açırsan bu Müsavatdan. Hələ bu harasıdır ki? İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər də orada özünü saxlaya bilməyib və aranı daha da qarışdıracaq bəyanatla çıxış edib. Deyib ki, Müsavatda eş-başqanlıq (yəni həmsədrlik kimi bir zad-R.) yaradılsın, Arif Hacılı ilə Qubad İbadoğlu da birgə partiyanı idarə etsinlər. İsa Qəmbər də olsun fəxri başqan (?!-R.).

Pəh, bundan sonra sən gəl səsə-küyə bax! Çünki nə Qubadın qaşığı Arifin, nə də Arifin qaşığı Qubadın boğazından keçir. Bu amilin baş tumayacağını bilə-bilə İsa Qəmbərin qardaşının odun üstünə kerosin səpməsi isə vəziyyəti kökündən dəyişdirib. Artıq bir sıra müsavatçılar da İsa Qəmbərə köntöy nəzərlərlə baxırlar. Yəqin fikirləşirlər ki, bir buna bax, 20 il başqan olub, 20 il də bundan sonra fəxri başqan olub gözümüzü mazol etmək istəyir.

Amma özümüzün arasında qalsın, səsə-küyə bax eee, mən ölüm!

Digər xəbərlər