Öz ərtafında süni ajiotaj yaradaraq, gah bu, gah da digər məsələlər vasitəsilə gündəmdə qalmağa səy göstərən "Azadlıq" Radiosunun jurnalisti Xədicə İsmayıl yenə də öz köhnə ampluasında qalmaqda davam edir. Avropaya səfərində və həmin səfəri çərçivəsində çıxartdığı oyunbazlıqlarından sonra üzünə üz tutub, utanmadan Azərbaycana dönən bu əxlaqsız ünsür indi də verildiyi məhkəmə ətrafında özünə xal toplamağa çalışır. Hansı ki, həmin məhkəməyə onu keçmiş KXCP üzvü, bayraqdar kimi tanınan Elman Türkoğlu verib. Özü də şərəf və ləyaqətinin tapdanmasına görə!
Səni Ermənistanın vətəndaşı, hətta fəxri vətəndaşı edəcəklər!
Demək belə çıxır ki, Xədicə İsmayıl kimi istəsə təhqir edə bilər, kimə istəsə şər-böhtan yaxa bilər, amma məhkəməyə verildiyi zaman onun "hüquqları pozular" (?!-R.). Hətta Avropadan döndüyü zaman onun Bakı hava limanında saxlanılaraq yoxlanılması (bu prosedur hər kəsə tədbiq edilir-R.) sən demə xətrini xoşhal etməybmuş...Əcəba, sən Azərbaycan vətəndaşı deyilmisən? Əgər vətəndaşsansa, buyur hüquqi prosedurlara hörmətlə yanaş. Yox, əgər vətəndaş deyilsənsə, yaxud da vətəndaş olmaq istəmirsənsə, onda necə deyərlər, rədd ol çox sevdiyin erməni dostlarının yanına. Onlar səni Ermənistanın vətəndaşı, hətta fəxri vətəndaşı edəcəklər! Çünki sənin Varşavada çıxardığın oyunbazlığın ermənilərin ürəklərinə yağ kimi yayılıb.
Bir azacıq da vicdanı barədə düşünsün
Başqa tərəfdən, Xədicə İsmayılın bu kimi süni ajiotajları bilavasitə Leyla Yunusun ajiotajlarının davamıdır. Məsələn, Leyla Yunus da həbs olunmaq üçün dəridən-qabıqdan gedirdi. Çünki o, bu vasitə ilə erməni xüsusi xidmət orqanları qarşısındakı vəzifəsini həll etmiş olurdu. O cümlədən, Leyla Yunusa qrant axını da başlayacaqdı.
Eynilə Xədicə İsmayılın bu yolla hərəkəti də sözügedən amil təsirini bağışlayır. Əgər Xədicə məhkəməyə çəkilirsə, halbuki onun iddia etdiyi kimi, məhkəmə "sifarişli" deyil. Çünki Xədicə İsmayılı məhz müxalifət təmsilçisi məhkəməyə verib. Ortada isə yenə də xatırladaq ki, şərəf və ləyaqətin alçaldılması, ailənin təhqiri məsələləri dayanıb. Söz yox ki, müxalifətçi, ya da iqtidaryönlü olmağlndan asılı olmayaraq, hər kəs bu ölkənin vətəndaşıdır və qanun da hər kəs üçün eynidir. Ona görə də yaxşı olardı ki, Xədicə İsmayıl həbsə can ataraq, bu ətrafda özünə xal toplamaqdansa, bir azacıq da vicdanı barədə düşünsün.
Bu vicvicə Xədicəni lazım olan yerə qədər izləyəcək
Amma çətin ki, Xədicə İsmayılda vicdan anlayışı olsun. Əgər onda bircə qırıq da olsa vicdan, şərəf və ləyaqət hissləri mövcud olsaydı, bu günə qədər törətdikləri rüsvayçılıqlar üzündən xalqın arasına çıxmazdı. Lakin çıxır, üstəlik siyasi həyasızlıq nümayiş etdirir. Fəqət, o da sirr deyil ki, bu yolun yolçuları heç də uzağa gedə bilməyiblər. Çünki xalq belələrinin qarşısını dəfələrlə alıb, bundan sonra da alacaq. Xədicə buna yüz faiz əmin olmalıdır, yüz faiz! Görünür, buna əmin olmaq üçün də içindən vicvicəyə düşüb. Ancaq gecdir, çox gec. Bu vicvicə Xədicəni lazım olan yerə qədər izləyəcək.