PDF Oxu

Köşə

  • 1 823

Rüstəm İbrahimbəyov bu dəfə zəhərli göbələk rolunda

Rüstəm İbrahimbəyov bu dəfə zəhərli göbələk rolunda

Kinorejissor Rüstəm İbrahimbəyov payızın yağışlı-yağmurlu havasından sonra yenidən göbələk kimi siyasi arenada bitib. Bitməyinə bitsin, buna kimsənin sözü yoxdur, amma İbrahimbəyov normal göbələk kimi deyil, zəhərli, yararsız göbələk kimi bitərək, yenidən öz "ağıllı obrazını" cəmiyyətə sırımağa çalışıb. Əslində, bu da onun öz işidir, baxmayaraq ki, onun işi siyasət deyil və siyasətdən heç vaxt başı çıxmayıb. Və əslində, göbələyin siyasətə, ümumiyyətlə aidiyyatı-filanı yoxdur. Ancaq buna baxmayaraq, Rüstəm İbrahimbəyov bir tərəfdən kinorejissorluq edir, o biri tərəfdən də göbələklik.

Bu fərd deyib ki, ermənilərə daha çox hörmət edir, nəinki azərbaycanlı məcburi köçkünlərə və qaçqınlara!

Beləliklə, keçək bu qoca, səmərəsiz, həyati düşüklüyü ilə ad çıxarmış siyasi və zəhərli göbələyin əsas məğzinə. İbrahimbəyov uzunmüddətli susqunluğundan sonra müxalifətyönlü saytlardan birinə verdiyi açıqlamasında deyib ki, sən demə, Azərbaycanda insanın sifətinə baxıb 10 il iş verə bilərlər, ona görə də bu ölkədə baş verən heç nəyə təəccüblənmir. İndi nəyəsə təəccüblənir, ya da təəccüblənmirsə, bu da onun öz işidir. Ancaq durub Azərbaycan barədə ağzına gələni danışması, yenidən erməni axbercanlarının "zakazlarını" yerinə yetirməsi heç bir kişiliyə, şərəfə və ləyaqətə sığmır. Bu fərd faktiki olaraq deyib, hətta dediyindən geri çəkilməyəcəyini bəyan edib ki, Bakının siması ermənilər buranı tərk edəndən sonra pozulub! Bu fərd deyib ki, ermənilərə daha çox hörmət edir, nəinki azərbaycanlı məcburi köçkünlərə və qaçqınlara! Bax, bütün bunlardan sonra Rüstəm İbrahimbəyovun zəhərli göbələkliyi normal düşüncəyə malik olan insanlarda ikrah hissi oyatmasın bəs nə etsin?!

İbrahimbəyov hər zamankı kimi quş buraxır

Hə, onu da xatırladım ki, İbrahimbəyovun qeyzə gəlməsi sən demə köhnə əhbabı Eldəniz Quliyevlə bağlıymış. Yəni məsələ Eldəniz Quliyevin məhkəməyə verilməsidir. Demək belə çıxır ki, hər hansı bir siyasətçi Azərbaycanın istənilən dövlət strukturunu təhqir etməli və buna görə də qanun qarşısında cavab verməməlidir? Yaxud da cavab verməli olduğu zaman Azərbaycan hakimiyyəti günahkar çıxmalıdır? Maraqlı iddiadır deyilmi? Məhz bu maraqlı iddia kontekstində Rüstəm İbrahimbəyovun ortaya düşərək ağzına gələni danışması bir amili ehtiva edir - Rüstəm İbrahimbəyov hər zamankı kimi quş buraxır. Amma bu quşburaxmalarına görə, cavab da verməli olacaq. Özü də qanun qarşısında! Daha lazım deyil ki, Rüstəm İbrahimbəyov zəhərli siyasi göbələklər kimi durub Eldəniz Quliyevin polis orqanlarını təhqi etməsini "tənqid etmək" amili ilə malalasın. Çünki kor-kor, gör-gördür!

Digər xəbərlər