PDF Oxu

Köşə

  • 1 999

XƏCCƏ KEF EDIR!

XƏCCƏ KEF EDIR!

O günləri sosial şəbəkədə çox maraqlı bir fotofaktın şahidi oldum. Gördüm ki, ayə, sən demə həmin bu Xəccə (Xədicə İsmayıl - R.) "Milli Şura"nın mitinqindən sonra özü kimi bir-iki nəfər əxalaqsız gədə-güdə ilə gedib oturub karaoke-pub barda. Yəni nəğməli-təranəli pivə kafesində. Özü də əlinə mikrofon götürüb və dürtüb düz ağzının içinə ki, guya şərqi söyləyir...Belə yerdə yadıma milli kinomuzun şedevrlərindən sayılan "Şərikli çörək" filmi düşdü. Necə ki, həmin filmdə uşaqların başını aldadan birisi, iki-üç manata Baden-Baden gecələrində fransız xalqının necə kef etdiyini göstərir. İndi ay qadoyu alım, Xədicənin karaoke-pub barında əlinə mikrofon alıb, ağzına dürtməsi məndə həmin o təəssüratı oyatdı. Oyatdı və sual yaratdı ki, bəs Xəccənin Baden-Baden gecələrində fransız xalqı kimi kef çəkməsi, Jenevyetta sayağı pivədən vurub xumarlanması, əcəba nədən, hansı məcradan qaynaqlana bilər axı?

Qərəz, nə başınızı ağrıdım, çooox fikirləşdim və belə bir cavabla qənaəətə gəldim ki, "Milli Şura"nın mitinqindən çıxandan dərhal sonra Xədicənin iki nəfər yoluq gədə-güdə ilə pub bara gedib pivə içməsi "Milli Şura"nın mitinqinin sönük şəkildə keçməsi ilə əlaqəli ola bilər. Yəni mitinqin sönük keçməsi Xəccəni o qədər pəjmürdə hala salıb ki, o da nervilənib və bütün acığını yıxıb pivənin üstünə. Vur ki, vurasan, çal ki, oynayasan, oxu ki, oxuyasan, bir də görüblər ki, o boyddana cəmdək yıxılıb-qalıb "kojennı" qireslonun üstündə. Ayağa da qalxa bilmir, binəva!

Qardaş, əmmoğlu, dayınəvəsi, birkərəmlik AY QHIIIMMM, bə neçə illərdir ki, dediyim havaya sovrulmurdu ki! Deyirdim ki, həmən bu Xəccə cəmiyyət içində çox gözəl, füsunkar, əvəzolunmaz artistilik məharətini göstərməkdədir. Onu nə müxalifət, nə məhbus, nə də ki digər zadlar maraqlandırmır. Onu maraqlandıran bircə zad PULDUR, PUL!!! Kim çox verirsə, olur onun yanında. Necə deyərlər, pula satılanlardandır həmən bu Xəccə...Daha əqidə-məqidə, şərəf-ləyaqət, namus-qeyrət məsələsi bunluq deyil!

O biri tərəfdən də məndə belə bir sual yaranır ki, ayə, axı bu Xəccə mitinqlərə başına allı-güllü çələng qoyub gedərkən, özünü Ukraynanın evini yıxan Yuliya Timoşenkonun stilinə salıb, ona bənzədərkən, cəmiyyətdə özü barədə yeni imic formalaşdırmağa çalışarkən, xalqın acından öldüyünü iddia edərkən, türmələrdə Əli Kərimlinin ucbatından dörd divar arasındakı uşaqlar haqqında orda-burda car çəkərkən, aksiyalarda bağırarkən, Qarabağ mövzusu gündəmə gələndə yekə dalını bu mövzuya çevirib, ona kölgə salmağa cəhd göstərərkən, onun bütün bunlardan sonra pivə barına gedib kef etdiyini bilənlər varıymıydı?! Yəqin ki, bilməyənlər olmazdı. Sadəcə, bu məsələnin açıb-ağartmağa lüzum görmürdülər. Axı adama sual edərlər ki, a Xəccə, bu qədər problemləri öz üzərinə götürən bir kəsdə ən azından yarımca qram vicdan da olmalıdır, bə hansı səndəki həmin vicdan? Axı sən belə bir məqamda pivə içib, sərxoş olub karaoke oxumalı deyilsən, sən başına qara bağlayaraq, kimlərisnsə dərdinə yanmalısan. Əmbə belə deyil. Belə olmadığı üçün də get elədiyini axıra kimi elə görüm, hara kimi edəcəksən, a binəva...

P.S. Başına xeyir, a Kərimli !!!

Digər xəbərlər