"Milli Şura"nı az qala BMT-yə, Avropa İttifaqına, hətta ABŞ-ın Dövlət Departamentinə bənzədən "axecepeçilər" belə getsə, hələ bundan ötəyə də gedib çıxacaqlar. Məsələn, tutaq ki, "Milli Şura"nı Yer kürəsindən 37 işıq ili məsafəsində olan Zeta planetinin siyasi gücü kimi göstərəcəklər. Bəs nə bilmişdiniz ?! İnanın ki, əllərində imkanları olsa bunu da edərlər. Ta o vaxta qədər ki, orada Əli Kərimli, Fuad Qəhrəmanlı, Cəmil Həsənli, Gözəl Bayramlı, Həsən Kərimov və s. ünsürlər "fəaliyyət" göstərəcəklər. Ancaq bu, hələ harasıdır...
Bunu soruşanda gözlərini yumub, ağızlarını açırlar ki...
O günləri Əli Kərimlinin müavini, köhnə "axecepeçi" Razi Nurullayev durub deyib ki, "Milli Şura" yeganə müxalifət gücüdür ki, onun qarşısında o biri müxalifət partiyaları tab gətirə bilmir (?!-R.). Bir adamdan soruşarlar ki, a bala, bu "Milli Şura" indiyə qədər müxalifətin çıxardığı hoqqalardan da artıq hoqqalar çıxardı, amma nəticədə heç bir zad edə bilmədi. Prezident seşkisində qalib ola bilmədi, bələdiyyə seçkilərinə qartılmadı. İndi də parlament seçkilərinə hazırlaşdığını iddia edir. Amma nə ilə, hansı güclə?! Bax, bunu soruşanda gözlərini yumub, ağızlarını açırlar ki, bəs nəyə görə "Milli Şura" haqqında belə sözlər deyib, xəyanətkarlıq edirsiniz? A bala, bəs nə etməliyik başqa?! Axı görünən budur ki, "Milli Şura"nın özü elə əsas xəyanətkar qurumdur. Bu dövlətin, bu xalqın, bu millətin maraqlarını ingilisə, fransıza, amerikalıya hətta digər itə-qurda satan lazımsız bir qurum!
Qalanını da sabah yazaram...
İndi də deyirlər ki, parlament belə gəldi və s. Mitinqlərinə 100 nəfəri zorla toplayan "Milli Şura" səslərini haradan qazanmağı düşünür, Zeta planetindənmi? Vallah, heç Zeta planetindəki sivilizasiyanın ağıllı qnomları da bunlara səs verməz! Versələr, onda həmin planetin tez bir zamanda dağılacağını indidən proqnozlaşdırmaq olar. Görün ki, bu "Milli Şura" nə təhər "Milli Şura"dır.
Hə, yadıma düşmüşkən onu da xatırladım ki, o günləri Əli Kərimli ilə görüşərək, seçki əməkdaşlığı etmək istədiniyi dilə gətirən Müsavat başqanı Arif Hacılı da AXCP sədri tərəfindən aldadıldı. Burada dedi ki, əməkdaşlıq təklifləri müzakirə olunacaq, amma o yana çəkilən kimi, iki ayağını bir başmağa dirədi ki, yooox, nə danışırsan, "Milli Şura"nın Müsavatla düşmənçiliyi var və əsla, belə əməkdaşlıqdan söhbət gedə bilməz.
Nə isə, beləliklə, "Milli Şura" indi də parlamentdə təmsil olunmağı qarşısına məqsəd qoyub. Amma bir soruşan yoxdur ki, ay camaat, Milli Məclis dura-dura, "Milli Şura"ya nə ehtiyac var? Axı bu "Milli Şura" həm milsiz, həm də qeyri-millidir. Vallah, yoruldum. Qalanını da sabah yazaram...