AXCP-nin məlum radikallığı və siyasi ekstermizmi fonunda Müsavatın tamamilə zəifləməsi də sübut edir ki, artıq ənənəvi düşərgədə vəziyyət kritikdən daha betərə doğru inkişaf edir. Düzdür, Müsavata baxanda AXCP bilavasitə rəhbərliyi ilə bərabər gah radikal dini elementlərə, gah da Qərbin erməniçilik maraqlarına xidmət edir. Yəni Müsavat az da olsa, belə məsələlərdən yan qaçır. Məhz bu amili götürdükdə, AXCP haqqında nə isə normal bir fikir söyləmək mümkün deyil. Hətta bu gün Əli Kərimli və onun qaragüruhçuları Əbülfəz Elçibəyin qoyub getdiyi (Əli Kərimlinin uzaqlaşdırdığı - R.) miras üzərində açıq şəkildə silah əldə eləsələr, cəbhəçilər ya Talibana, ya da digər radikal dini cərəyana çevriləcək bir quruma çevrilər. Lakin ortada daha bir fakt məhz AXCP ilə Müsavat arasındakı intriqalardır.
Sadəcə, İsa Qəmbər ona bu imkanı vermədi
Məsələn, cəbhəçilərin müsavatçılarla boğuşmalarının səbəbi odur ki, onlar kimi eyni kəskin notları bölüşmürlər. Bu mənada, Müsavat partiyasında hazırkı toqquşmaların səbəbi uzun illər bir başqa dayanıqlı siyasətin mövcudluğu ilə bağlı idisə, eyni zamanda, başqa məqamlar da var. Yəni Müsavat indi seçim qarşısındadır. Belə ki, Arif Hacılının başqan olmasına rəğmən, hazırda da başqşanlığını edən İsa Qəmbərin gizli olaraq idarə etdiyi bütün şəxslər radikalizmdən islah olnub dialoqa meyilli olacaqlarsa, həmin partiyanın dağılması baş verməyəcək. Yox əgər 2009-cu ildəki kimi İsa Qəmbər Əli Kərimlinin birləşmə tezisinə uyub ona yaxınlaşsa, bu halda, ətraflarında olan media orqanları da daxil olmaqla, Qubad İbadoğlunun cinahı yeni bir partiyaya çevriləcəklər. Ancaq göründüyü kimi, Müsavat bu dəfə də dialoqa qatılmadı. Hansı ki, Arif Hacılı dialoqa getmək istəyirdi. Sadəcə, İsa Qəmbər ona bu imkanı vermədi.
Əvəz-əvəz prinsipi davam edir
Belə olan vəziyyətdə nə baş verəcək? İlk növbədə görünən budur ki, Müsavat partiyası artıq parçalanmadan yaxa qurtara bilmir. Digər tərəfdən, bu parçalanmanın daha bir ucunun AXCP-yə də sirayət edəcəyini düşünmək mümkündür. Çünki vaxtilə AXCP parçalananda buna Müsavatın təsirinin olması dəqiq idi. İndi isə AXCP-nin parçalanması təsiri Müsavata tərəfdir. Beləliklə, əvəz-əvəz prinsipi davam edir. Ta o zamana qədər ki, həm AXCP, həm də Müsavat sona qədər parçalanacaq.